“Bildiyiniz kimi, dünən Fransa Senatında Azərbaycana qarşı çirkin siyasi aksiya təşkil olunub və Azərbaycana qarşı qərəzli sənəd qəbul edilib”.
525.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Sədr bildirib ki, qətnamədə xalqımızın apardığı vətən mübarizəsinin üzərinə kölgə salmağa cəhd göstərilib:
“Eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsi təhrif edilib. İş orasıdır ki, hətta Senatın üzləri Fransa hökumətini qondarma rejimin müstəqilliyini tanımağa çağırmışdılar. Milli Məclisdə haqlı olaraq, buna qarşı bəyanat qəbul etməsi zərurəti yaranıb”.