Türk xalqlarının ortaq ədəbi abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanı ədəbiyyatımızın dünya ədəbiyyatına inteqrasiyası üçün gözəl zəminlərdən biridir. Kamal Abdulla “Yarımcıq əlyazma” romanında etnik movzuya modern yanaşma tərzi ilə “Kitabi-Dədə Qorqud” eposu motivlərini müasir dünya ədəbiyyatı arenasına çıxartmışdır.