|
|
|
|
Fransa, Türkiyə, Rusiya, Brazilya, Polşa, ABŞ, Qazaxıstan, Misir, Avstriyada və digər ölkələrdə çap edilən "Yarımçıq əlyazma" bu yaxınlarda italyan oxucularına da təqdim olundu.
Yazıçı Kamal Abdullanın "Yarımçıq əlyazma" əsərini italyan dilinə romanın rus və ingilis dili versiyasından Daniele Franzoni tərcümə edib. Ön sözün müəllifi Qədim və orta əsrlər ədəbiyyatı və mədəniyyəti və eləcə də sivilizasiyalararası münasibətlər üzrə görkəmli mütəxəssis, Florensiya Universitetinin professoru Franko Kardini, kitabın redaktoru isə professor Michele Bernardinidir.
Kitab İtaliyanın tanınmış nəşriyyat evlərindən bir olan "Sandro teti editore" nəşriyyatında çap olunub.
"Yarımçıq əlyazma" romanı İtaliyada kitab kimi çap edilməmişdən əvvəl İtaliyanın məşhur "Sole 24 Ore" qəzeti əsəri 3 ay ərzində hissə-hissə nəşr edib.
Yaxın günlərdə professor Franko Kardininin kitaba yazdığı ön söz azərbaycandilli oxuculara təqdim ediləcək. Professor Kardini yazdığı ön sözdə vurğulayır ki, "Kamal Abdullanın müəllifi olduğu bu romanı qraf Potockinin, dahi Manzoninin və professor Ekonun bəyənəcəyinə şübhə etmirəm.