“525-ci qəzet”in 20 aprel sayında nələr var? - ANONS
Millətə xidmətin dəyərli nümunəsi: Abdulla Şaiqin "Türk çələngi"
Estetik əməliyyatlara maraq niyə artır?
“O şəxslər himayədar ailə ola bilməzlər ki...”
Haqqımızda
|
Əlaqə
|
Mobil versiya
|
Köhnə 525
|
Əsas səhifə
Bütün xəbərlər
Siyasət
Sosial
İqtisadiyyat
COP29
Mədəniyyət
İdman
Dünya
Qarabağ
Ədəbiyyat
Digər
Şəhidlər-qazilər
"525" - 30
Ədəbi köşk: Nə var, nə yox?
Müsahibə
Region
Rəsmi
Şou-biznes
525-ci qəzetə yubiley təbrikləri
"525" - 25
Faydalı
Media
Turizm
Maraqlı
Təhsil
Texnologiya
Son xəbərlər
20 Aprel 2024
00:30
“525-ci qəzet”in 20 aprel sayında nələr var? -
ANONS
19 Aprel 2024
23:56
İranın Parisdəki konsulluğunda bomba həyacanı
23:40
Tramp Ukrayna üçün Avropadan daha çox pul tələb edib
23:19
İran İsrailin nüvə obyektlərinə istənilən hücumuna cavab verəcək
23:07
Ostin israilli həmkarı ilə görüşüb
22:46
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
22:44
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
22:33
Belçikadan fələstinli qaçqınlara çoxillik maliyyə paketi
22:28
Kolumbiya Universitetində 100-dən çox tələbə saxlanılıb
22:18
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub
21:55
ŞoltsYaxın Şərqdə gərginliyin artmasına qarşı xəbərdarlıq edib
21:32
Ursula Fon der Lyayen İran və İsraili hərbi əməliyyatlardan çəkinməyə çağırıb
21:26
Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir
21:18
ABŞ Şimali Koreyanın nüvə silahlarına nəzarət etmək istəyir
21:00
Millətə xidmətin dəyərli nümunəsi: Abdulla Şaiqin "Türk çələngi"
20:48
G7 ölkələri Rusiyanın aktivləri ilə bağlı planlarını açıqlayıb
20:38
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub
20:27
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:10
ABŞ Dəməşqə hücumdan əvvəl məsləhətləşmədiyi üçün İsrailə qəzəblənib
20:00
Estetik əməliyyatlara maraq niyə artır?
19:24
Ceyhun Bayramov İtaliyanın həssas zamanda ədalətli mövqe sərgilədiyini bildirib
19:20
Ayxan Hacızadə: Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir
19:11
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:00
“O şəxslər himayədar ailə ola bilməzlər ki...”
18:35
Maliyyə Nazirliyi büdcədən vəsait alan qurumlara müraciət edib
18:17
Sahib Ələkbərov Naxçıvanda vətəndaşları qəbul edib
18:00
Göydəki kişi bilər, ona min şükür...
17:55
Xərclənən 100 manatdan 51 manatı ərzaq məhsulları üçün istifadə olunur
17:45
İndiyədək 31 mindən çox abituriyent qeydiyyatdan keçib.
17:42
MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib
17:37
La Liqa klubu baş məşqçi ilə müqaviləni uzatdı
17:30
ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin akademik əməkdaşlığı müzakirə olunub
17:27
“Sabahın alimləri” Respublika Müsabiqəsi başa çatdı
17:21
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib
17:20
Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb
17:16
Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb
17:15
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
17:13
Azərbaycanın növbəti qələbəsi
17:09
Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib
17:00
Tanqo terapiyası nədir?
16:58
Hakan Fidan iranlı həmkarı ilə regiondakı son hadisələri müzakirə edib
16:54
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
16:44
Azərbaycan Prezidenti Rusiyaya səfər edəcək
16:40
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:38
Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb
16:30
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı ilkin etirazlara dair dinləmələr başa çatıb
16:22
Şoran torpaqların əkin üçün yararlı hala salınması COP29 çərçivəsində önəmli addım olacaq
16:19
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti “Dank” ordeni ilə təltif olunub
16:07
İranın nüvə silahı yoxdur
16:00
Əbədi sevgi, yoxsa istək? -
Əlisəfdər Hüseynov yazır
15:58
"Roma"nın Lukaku qərarı
15:52
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlanıb
15:40
Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə!
15:39
ABŞ İsraili Qəzzaya humanitar yardım göstərməyə çağırır
15:32
G7 ölkələri Azərbaycan və Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
15:28
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:25
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
15:16
Qərb Ermənistanı Rusiyadan uzaqlaşdırmağa çalışır
15:08
Qazaxıstan-Azərbaycan Fondu “Astana” Maliyyə Mərkəzinin bazasında qeydiyyata alınacaq
15:00
FİFA-nın ikiüzlülüyü -
Sosial şəbəkədə yazılanlar
14:53
"Uğur yolu" müsabiqəsi yüksək potensiala malik kadrları müəyyənləşdirir" -
Mikayıl Cabbarov
14:49
Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib
14:42
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:35
Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər
14:25
Qurban Qurbanovun "Beşiktaş"ın baş məşqçi vəzifəsinə namizəd olması -
Rəsmən təsdiqləndi
14:12
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:07
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
14:05
"Sosial dəstək mexanizmləri genişlənməlidir"
14:00
Peşəsinə vurğun
13:57
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
Son xəbərlərin davamı »
Ağdamın “MVD” döngəsi
Yazar
Oxunub:
2318
dəfə
a
-
A
+
21.12.12 14:52
Vüqar TOFİQLİ
Ağdam
şəhərinin
küçə
,
meydan
və
parklarının
hər
biri
özünəməxsusluğu
ilə
seçilirdi
.
Sanki
bu
küçələrin
hər
birinin
illər
boyunca
formalaşmış
xarakteri
var
idi
.
Şura
məhlələri
,
Maşın
həyəti
,
Dəyirman
həyəti
,
Hamam
məhləsi
,
İmarət
,
Sarıtəpə
,
Beşmərtəbə
,
Armudun
dibi
, “
Sayuztrans
”
məhləsi
,
Layışlar
məhləsi
(
Lahıcdan
olanların
yaşadığı
ərazi
belə
adlanırdı
) ...
Hər
biri
öz
tarixi
məqamları
ilə
yaddaşlarda
iz
buraxmışdı
.
Araşdırmalarımız
göstərir
ki
,
Ağdamda
53
küçə
və
prospekt
olub
. 1989-
cu
ildə
Ağdamkənd
,
Pərioğullar
,
Muradbəyli
,
Əlimərdanlı
,
Qaradağlı
kəndləri
yaşayış
sahəsi
kimi
şəhər
ərazisinə
qatılmışdı
.
Maraqlısi
o
idi
ki
,
Ağdamın
ölçüsü
kiçik
küçəsinin
uzunluğu
600
metrə
çatmırdı
. “
MVD
”
döngəsi
,
sonralar
Mir
Bəşir
Qasımovun
adını
daşıyan
küçə
şəhərin
tanınmış
intellekt
mərkəzlərindən
sayılırdı
...
Ağdamı
heç
olmasa
virtual
olaraq
xeyli
vaxt
idi
ki
,
gəzmək
istəyimi
reallaşdırmaq
üçün
qarşılaşdığım
hər
bir
həmyerlimlə
söhbətdə
məhz
şəhəri
küçəbəküçə
dolanırdım
.
İlk
görüşüm
ən
kiçik
küçə
hesab
edilən
“
MVD
”
döngəsinin
sakini
Tariyel
Eyvazovla
oldu
.
Hazırda
T
.
Eyvazov
Azərbaycan
Tibb
Universitetinin
dosenti
və
tibb
elmləri
üzrə
fəlsəfə
doktorudur
.
Uzun
illər
Ağdam
Səhiyyə
şöbəsinin
müdiri
işləmiş
Tariyel
müəllimlə
söhbətimiz
maraqlı
alındı
.
...
Bir
faktı
qeyd
etmək
kifayətdir
ki
,
ötən
əsrin
50-60-
cı
illərində
şəhərdə
olan
internat
və
musiqi
məktəbidə
daxil
olmaqla
mövcud
olan
səkkiz
təhsil
müəssisəsinin
dördünün
direktoru
məhz
“
MVD
”
döngəsində
yaşayırdı
.
Həmin
illərdə
Əli
Eyvazov
-2
nömrəli
,
Paşa
Qarayev
-4
nömrəli
,
Həsən
Axundov
-
internat
məktəbin
,
Cəlal
Əliyev
-
musiqi
məktəbin
direktoru
vəzifəsində
çalışırdılar
.
Tariyel
müəllim
deyir
ki
, “28
Aprel
”
prospektindən
başlanan
döngə
Lenin
küçəsini
kəsərək
bir
tərəfdən
Milis
şöbəsinin
– “
KPZ
”-
nin
(
müvəqqəti
saxlama
təcridxanası
)
çox
hündür
hasarı
ilə
,
digər
tərəfdən
isə
rayon
partiya
komitəsinin
siyasi
maarif
kabinetinin
(
partkabinet
)
hasarı
arasından
Əli
İbrahimov
küçəsinə
– “
hamam
məhləsi
”
nədək
uzanırdı
.
Qeyd
edək
ki
,
Ağdam
Rayon
Partiya
Komitəsi
1965-
ci
ildə
yeni
ünvana
-
Voroşilov
küçəsi
3-
ə
köçdükdən
sonra
onun
yerində
Maarif
şöbəsi
və
bir
mərtəbəli
hissəsində
isə
(
partkabinetdə
)
pionerlər
evi
fəaliyyət
göstərdi
.
Lenin
küçəsindəki
raykomun
əvvəlki
binasının
isə
bəy
evi
olduğu
deyilir
...
Küçəni
Tariyel
Eyvazovla
birgə
gəzəsi
olduq
.
Hər
ünvanda
olduq
.
Sanki
sakinlərlə
görüşür
və
30-40
il
əvvəlki
xoşbəxt
günlərə
qayıdırdıq
:
– 1-
nömrəli
ünvanda
Lətif
kişi
ailəsi
ilə
qalırdı
.
Üç
nömrəli
ünvanda
yaşayan
Firudin
kişinin
yaxın
qohumu
olan
Lətif
səhiyyə
şöbəsində
statistik
işləyırdı
.
Deyilənə
görə
,
cavanlığında
yaxşı
futbol
oynamaqla
yanaşı
,
sonralar
bu
oyunlarda
hakimlikdə
edərmiş
.
– 2-
nömrəli
ünvanda
“
ağzıbir
”
Heydərin
oğlu
usta
Zahidin
ailəsi
yaşayırdı
.
Televizor
–
soyuducu
ustası
olan
Zahidin
atası
vaxtıilə
bəyin
faytonçusu
olmuşdu
.
– 3-
nömrəli
ünvanda
uzun
illər
rayon
səhiyyə
şöbəsində
mühasib
işləyən
Firudin
dayının
ailəsi
yerləşmişdi
.
Onun
həyat
yoldaşı
Suqra
müəllimə
5
nömrəli
məktəbin
coğrafiya
müəllimi
işləyirdi
.
Onların
Emil
və
İlqar
adında
iki
oğlu
var
idi
.
– 4
nömrəli
ünvan
bir
neçə
ailənin
birgə
yaşadığı
nisbətən
kiçik
ümumi
həyətdən
ibarət
idi
.
Bu
həyətdə
də
rayonun
çox
sayılıb
seçilən
şəxsləri
, 50-
ci
illərdə
raykom
katibi
olmuş
Səlim
Abdullayev
,
əslən
Xıdırlı
kəndindən
olan
Məhəmməd
kişinin
oğlu
Hümbət
Əhmədov
yaşayırdı
.
Həmyaşıdları
arasında
özlərinə
məxsus
yerləri
olan
Asif
və
Akif
qardaşları
valideynləri
ilə
birgə
bu
həyətdə
yaşayırdılar
.
– 5
saylı
ünvanda
yağ
zavodunda
mühasib
işləyən
İldırım
kişinin
ailəsi
yerləşmişdi
.
– 6-
nömrəli
ünvanda
M
.
B
.
Qasımov
küçəsinin
Lenin
küçəsi
ilə
kəsişməsindən
sonrakı
başlanğıc
hissəsində
, “
KPZ
”
ilə
üzbəüz
ərazidə
məşhur
“
Maşın
həyəti
”
gəlirdi
.
Beynəlmiləl
həyətdə
“
maşın
həyəti
”
nin
sakinləri
olan
Rasim
,
Kolya
,
Adil
ilə
dostluğumuz
bu
gündə
də
davam
edir
.
Bu
həyətə
“
Maşın
həyəti
”
nin
deyilməsinin
də
maraqlı
tarixçəsi
var
.
Belə
ki
,
müharibədən
sonra
Ağdamda
ilk
avtomobil
sahiblərindən
dördu
məhz
bu
həyətdə
yaşayırdı
.
Həyət
sakinlərindən
Məhi
kişi
, “
taksi
”
Əsgərin
,
çayşı
Böyükkişinin
oğlu
Oktayın
və
rus
Nikolayın
maşınları
var
idi
.
İlk
“
polutorka
”
yük
maşını
,
sonralar
isə
“
Moskviçin
”
ilk
buraxılışları
həyət
sakinlərində
olduğundan
bu
həyətə
“
Maşın
həyəti
”
deyərmişlər
.
Xatırladaq
ki
,
həyətdə
iki
Nikolay
adında
rus
yaşayırdı
.
Maşın
sahibi
olan
Nikolay
adaşından
bir
qədər
yaşlı
idi
.
Ona
nisbətən
cavan
olan
Nikolay
Yerşov
isə
ev
təmiri
ilə
məşğul
olurdu
.
Həyətin
maraqlı
və
baməzə
adamlarından
bir
də
Sanitar
Epidemioloji
Stansiyada
baş
mühasib
işləyən
Soltan
kişi
idi
.
– 7
nömrəli
ünvanda
Mütəllim
müəllim
və
onun
həyat
yoldaşı
uzun
illər
poliklinikada
bir
yerdə
çalışdığım
bacarıqlı
tibb
bacısı
Tamella
bacı
uşaqları
ilə
yaşayırdı
.
Qeyd
edək
ki
,
bu
sakinlər
“
Maşın
həyəti
”
istisna
olmaqla
M
.
B
.
Qasımov
küçəsinin
28
Aprel
prospekti
ilə
Lenin
küçəsinin
arasındakı
hissədə
yaşayırdılar
.
Təkrəqəmli
ünvanlar
yolun
sol
tərəfində
,
cütrəqəmli
ünvanlar
isə
yolun
sağ
tərəfində
yerləşirdi
.
Yeri
gəlmişkən
deyək
ki
,
Lenin
küçəsi
rayonun
ən
tanınan
küçəsi
idi
.
Həmin
küçənin
“
MVD
”
döngəsinə
yaxın
hissəsində
bir
-
birinə
yaxın
olan
Sosialist
Əməyi
Qəhrəmani
Məmməd
Məmmədovun
,
birinci
katiblərin
xidməti
evi
,
şəhərin
məşhur
simalarından
olan
Məşədi
Abbasın
evi
,
vaxtı
ilə
Ağdam
RPK
nın
birinci
katibi
işləmiş
əslən
Xıdırlı
kəndindən
olan
Məmməd
Əliyevin
evi
və
“
KQB
”
nin
(
Dövlət
Təhlükəsizlik
Komitəsinin
Ağdam
Rayon
Şöbəsi
)
iş
iqamətgahı
və
rəisinin
yaşayış
evi
var
idi
...
–8
nömrəli
ev
.
Tam
sakit
gözəl
zövqlü
həyət
idi
.
Axşamüstü
demək
olar
ki
,
heç
kimlə
ünsiyyətə
girməyən
nurani
bir
qoca
öz
darvazasının
ağzında
,
özü
də
,
ancaq
ayaqüstə
,
çəliyinə
söykənib
qısa
bir
müddət
dayanar
və
sonra
evinə
dönərdi
.
Çox
sonralar
öyrəndik
ki
,
bu
ağsaqqal
İldırım
bəy
Vəlibəyov
imiş
.
Sovet
rejiminin
repressiyalarından
zülmlər
çəkən
bu
ailənin
qız
övladı
Adilə
xanım
5
nömrəli
məktəbdə
bizim
birinci
sinif
müəlliməmiz
olmuşdu
.
Qeyd
edilən
ünvanda
onun
oğlu
İdris
və
gəlini
Tamara
müəllimə
də
yaşayırdı
.
Tamara
müəlimə
5
nömrəli
məktəbdə
rus
dili
müəlliməsi
işləyirdi
.
–9
nömrəli
ünvanda
musiqi
məktəbinin
uzun
illər
direktoru
işləmiş
Cəlal
Əliyev
və
1
nömrəli
məktəbdə
işləyən
həyat
yoldaşı
Barat
müəllimə
ilə
yaşayırdı
.
Bu
ailənin
dörd
oğlu
və
bir
qızı
var
idi
.
– 10
nömrəli
mənzildə
uzun
illər
internat
məktəbin
direktoru
işləmiş
Həsən
Axundovun
ailəsi
yaşayırdı
.
Həyat
yoldaşı
Mama
xala
əsl
Azərbaycan
qadınının
nümunəsi
idi
.
Bu
evdə
ailənin
yeddi
qız
və
bir
oğlan
övladı
yaşayırdı
.
–11
nömrəli
ev
həkim
Rizvan
Eyvazova
məxsus
idi
.
O
,
öz
layihəsi
əsasında
iki
mərtəbəli
,
bütün
incəliklər
nəzərə
alınmaqla
ev
tikdirmişdi
.
Çox
vaxt
bu
küçəni
tanıtmaq
üçün
Rizvan
həkimin
küçəsi
kimi
adlandırırdılar
.
–12
nömrəli
ünvan
iki
mərtəbəli
geniş
həyəti
olan
ev
idi
.
Bu
evdə
4
nömrəli
məktəbin
direktoru
,
tanınmış
ziyalı
Paşa
Qarayevin
ailəsi
yaşayırdı
.
Həyat
yoldaşı
Sitarə
xala
idi
.
Onun
dörd
oğlu
və
bir
qızı
vardı
.
– 13
nömrəli
ev
əslən
Xıdırlı
kəndindən
olan
Məhəmmədəli
İbrahimovun
mənzili
idi
.
Buradan
nisbətən
qədimdə
tikilmiş
iki
mərtəbəli
evlər
başlanırdı
.
Həyat
yoldaşı
çox
mehriban
Bulqeyis
xala
idi
.
Məhəmmədəli
kişi
kolxoz
sədri
olmuşdu
.
Biz
uşaq
ikən
onun
Əsgəran
rayonunda
öldürüldüyünü
eşitdik
.
– 14
nömrəli
ünvanda
Əhməd
Musəvinin
ailəsi
yaşayırdı
.
Müharibədən
sonraki
illərdə
hərbi
komissar
,
konyak
zavodunun
,
yağ
zavodunun
direktoru
,
son
zamanlarda
isə
yol
idarəsinin
müdiri
işləmişdi
.
Prinsipiallığı
,
mübarizliyi
ilə
tanınırdı
.
Təbiətləri
uyğun
gəldiyindən
Rizvan
həkimlə
çox
dostluq
edərdilər
.
Həyat
yoldaşı
Mələk
xala
mülayim
,
hamının
yerini
bilən
xanım
-
xatın
bir
qadın
idi
.
İki
oğlu
və
iki
qızı
vardı
.
– 15
nömrəli
evdə
Əsgər
Əsgərovun
ailəsi
yaşayırdı
.
Həyat
yoldaşı
Sara
müəllimə
idi
.
Həmin
mənzildə
onlarla
birgə
yaşayan
Humay
müəllimə
5
nömrəli
məktəbdə
nümunəvi
pedaqoq
kimi
ad
-
san
qazanmışdı
.
Ailənin
böyük
övladı
Marlen
Əsgərov
“
Azərenerji
”
SC
-
də
vitse
-
prezident
vəzifəsinədək
yüksəlmişdi
.
Təəssüf
ki
,
biz
uşaq
olanda
bu
evdə
bədbəxt
hadisə
baş
verdiyini
eşitdik
.
Əsgər
müəllim
dünyasını
vaxtsız
dəyişdi
.
Ailə
Bakıya
köçdü
.
Nə
qədər
acınacaqlı
olsada
,
o
gözəl
evlərə
Norik
adlı
bir
erməni
sahib
çıxdı
.
– 16
nömrəli
evdə
bizim
ailəmiz
,
Azərbaycanın
ilk
ordenli
müəllimlərindən
olan
Əli
Eyvazovgil
yaşayırdı
.
Uzun
illər
Ağdamda
,
sonra
yeni
yaradılmış
Beyləqan
(
o
vaxt
kı
Jdanov
)
rayonunda
Maarif
şöbəsinin
müdiri
,
son
20
ilə
yaxın
isə
Ağdam
şəhər
2
nömrəli
beynəlmilləl
orta
məktəbin
direktoru
olmuşdu
.
Həyat
yoldaşı
Abuhəyat
müəllimə
bütün
ömrü
boyu
təlim
-
tərbiyə
sahəsində
çalışmışdı
.
O
qədər
də
əlverişli
olmayan
şəraitdə
dörd
oğlan
,
üç
qız
böyüdüb
tərbiyə
etmişdilər
.
Onlardan
altısı
həkim
,
biri
isə
mühəndis
peşəsinə
yiyələnmişdi
.
Əvvəllər
bizim
həyətdə
bir
neçə
qonşu
birlikdə
yaşayırdıq
.
Nəzər
əmi
,
həyat
yoldaşı
Şüküfə
xalagilin
oğlanları
Mehman
bu
həyətdə
dünyaya
gəlmişdi
.
O
,
DİN
sistemində
çalışmaqla
polkovnik
rütbəsinədək
yüksəlmişdi
.
Digər
qonşumuz
Qumru
xala
idi
.
Yaşlı
qadın
idi
,
balaca
bir
otaqlı
mənzili
var
idi
.
O
qədər
səliqə
-
səhmanlı
olurdu
ki
,
o
vaxtlar
elə
bilirdik
ki
,
bu
ən
gözəl
bir
mənzildir
.
Qəlbi
sınıq
idi
.
Oğlu
(
biz
onu
görməmişdik
)
müharibədən
qayıtmamışdı
.
Lakin
hər
birimiz
onlara
gedəndə
mütləq
ondan
söhbət
salar
və
oğlunun
qayıdacağına
inamını
bir
gün
də
itirmirdi
.
Digər
oğlu
Cavanşir
dənizçi
idi
,
anasına
,
bacısına
çox
mehriban
idi
.
Qızı
Ofelya
tərbiyəli
,
mərifətli
xanım
idi
.
Tək
qız
uşağı
o
vaxtlarda
Xarici
Dillər
İnstitutuna
qəbul
olunmuş
və
elə
həmin
institutda
sonralar
müəllimə
saxlamışdılar
.
Başqa
bir
qonşumuz
Nina
xala
,
qızı
Janna
bir
otaqlı
mənzildə
yaşayırdılar
.
Deyəsən
“
pasportstol
”
da
katibə
işləyirdi
. 50-
ci
illərin
axırlarında
Ağdamdan
köçdülər
...
– 17
nömrəli
evin
2-
ci
mərtəbəsində
Xanım
xala
,
qızı
Fazilə
,
əkiz
oğlanları
Tofiq
və
Vaqif
Cəfərovlar
yaşayırdı
.
Tam
şəraitsiz
1-
ci
mərtəbəni
isə
dağ
rayonlarından
gəlmiş
imkansız
adamlara
simvolik
qiymətə
kirayəyə
verirdilər
.
Suvağı
yumurta
sarısından
hazırlanmış
yuxarıda
dediyim
iki
mərtəbəli
binalar
Cəfərovlar
ailəsinin
mülkləri
olmuşdu
.
Evlərin
çoxunda
əsasən
1-
ci
mərtəbədə
başqa
-
başqa
adamlar
,
o
cümlədən
erməni
ailələri
yerləşdirilmişdi
.
Binaların
qarşısında
kifayət
qədər
böyük
,
geniş
ümumi
bir
həyət
var
idi
.
Maşın
həyətindən
fərqli
olaraq
bu
həyətin
ayrıca
bir
adı
yox
idi
.
Amma
hamımız
oranı
“
Kişi
Mələyin
”
həyəti
kimi
tanıyırdıq
.
Bu
ürəyi
təmiz
,
ailə
qurmamış
,
bir
hadisə
olanda
hamıdan
qabaq
yüyürən
,
açığı
xarakteri
və
xarici
görünüşündə
kişi
xarakterini
xatırladan
bir
qadın
idi
.
Onun
mənzili
2-
ci
mərtəbədə
idi
.
Yeri
gəlmişkən
deyim
ki
,
millət
vəkili
Bəxtiyar
Sadıqovgilin
ailəsi
də
həmin
bu
binanın
ikinci
mərtəbəsində
yaşayırdı
.
Onun
uşaqlıq
illəri
də
“
MVD
”
məhləsində
keçmişdi
.
Birinci
mərtəbə
də
isə
kifayət
qədər
tanınmış
qoçaq
Möhübə
adlı
bir
qadın
yaşayırdı
.
Onun
İlqar
adında
oğlu
da
var
idi
.
Çətin
bir
mühitdə
böyüməsinə
baxmayaraq
onun
tərbiyəsinə
,
davranışına
hamı
heyran
qalırdı
.
Sıra
ilə
düzülmüş
ikimərtəbəli
binaların
digərinin
2-
ci
mərtəbəsində
isə
bu
mülklərin
varislərindən
olan
5
nömrəli
məktəbdə
işləyən
Sara
müəllimə
tək
yaşayırdı
. 1-
ci
mərtəbə
,
demək
olar
ki
,
yaşayışa
yararsız
idi
. 70-
ci
illərdə
onun
qardaşı
Fikrət
gəldi
.
Yaxşı
yadımdadır
,
heç
bir
söz
-
söhbətsiz
Sara
müəllimə
birinci
mərtəbəyə
köçərək
,
qardaşı
Fikrətə
toy
eləyib
,
onu
öz
mənzilinə
köçürdü
.
Özü
isə
tam
şəraitsiz
birinci
mərtəbəyə
köçdü
...
Bax
belə
hörmət
-
izzət
var
idi
“
MVD
”
məhləsində
.
–18
nömrəli
ünvanda
Abbasov
İsmayıl
olurdu
.
Bu
ailə
İrandan
gəlmişdi
.
Bir
mərtəbəli
bina
olsa
da
geniş
həyəti
var
idi
.
Özünü
yaxşı
xatırlamasamda
bilirdim
ki
,
kolxoz
sədri
də
olmuşdu
İsmayıl
kişi
.
Gərək
ki
,
beş
qızı
,
bir
oğlu
vardı
.
Oğlunun
adı
Vahid
idi
.
Çoxları
özünəməxsus
xarakteri
ilə
seçilən
Vahidin
qoçaqlığını
və
davakarlığını
yaxşı
xatırlayırlar
.
Həyətdə
Vahidin
əmisi
,
heç
bir
vəzifə
sahibi
olmasada
tay
-
tuşu
arasında
xətir
-
hörmət
sahibi
Məmi
kişinin
bir
kürsülü
evi
var
idi
.
O
,
Ağdamda
böyümüş
yerli
rus
qızı
Valya
ilə
ailə
qurub
yaşayırdılar
.
Ailənin
üç
oğlu
və
iki
qızı
var
idi
.
Xatırlatma
:
O
vaxtki
vəziyyətlə
əlaqədar
olaraq
çox
adam
o
tayda
qohum
–
əqrəbasının
olduğunu
bildirmirdi
.
Bir
gün
küçədə
hay
-
küy
düşür
.
Qoca
bir
nurani
qadınla
Məmi
sözün
həqiqi
mənasında
bir
-
birinə
sarınıb
hönkürtü
ilə
ağlayırlar
.
Uzun
müddət
onları
ayırmaq
mümkün
olmur
.
Sonradan
məlum
oldu
ki
,
bu
nurani
təmiz
-
tariq
qadın
Məminin
doğmaca
anası
imiş
. 40
ildən
çox
bir
vaxtda
bir
dəfə
də
olsun
onların
nəinki
görüşməsi
,
hətta
danışıqlarına
da
qadağa
qoyulubmuş
.
Sovet
dövründə
bu
anaya
yalnız
Bakıya
qədər
getməyə
icazə
veriblər
.
O
,
isə
aeroporta
düşən
kimi
bir
taksi
tutub
və
maşını
sürdürüb
Ağdama
-“
MVD
”
məhləsinə
.
Oğluna
qovuşandan
bir
neçə
gün
sonra
xanım
dünyasını
dəyişdi
və
elə
Ağdamda
da
dəfn
olundu
...
–19
nömrəli
ünvan
nisbətən
kiçik
bir
həyətdən
ibarət
idi
.
İkimərtəbəli
iki
yanaşı
binanın
birinin
qurtaracağının
1-
ci
mərtəbəsi
və
ondan
sonrakının
başlanğıcının
hər
iki
mərtəbəsi
mülk
sahiblərindən
alınıb
digər
ailələrə
verilmişdi
. 1-
ci
mərtəbədə
peşəsinin
mahir
ustası
”
Kisəçi
Mütəllim
”
in
ailəsi
yaşayırdı
.
Ən
mötəbər
və
vəzifəli
adamlar
Mütəllim
kişinin
növbəsinə
çox
çətinliklə
düşə
bilrdilər
.
Elə
bu
peşəsi
ilə
də
o
böyük
bir
ailəni
dolandırırdı
.
Onun
mənzilinin
üstündəki
2-
ci
mərtəbədə
Xavər
xala
qızı
ilə
yaşayırdı
.
Köz
üstündə
çox
gözəl
paxlava
bişirərdi
.
Birdən
səhərə
qədər
oturub
hamımız
onun
hazır
olmasını
gözləyərdik
.
Onun
gərək
ki
,
Hamlet
adlı
bir
oğlu
da
var
idi
.
Amma
nə
isə
buralara
uyuşmurdu
,
çox
az
görsənirdi
.
Amma
qızı
oxudu
,
tibb
bacısı
oldu
,
məhşur
xanəndə
Haqverdi
ilə
ailə
həyatı
qurdu
,
oğul
-
uşaq
sahibi
oldu
.
Mütəllim
kişinin
olduğu
1-
ci
mərtəbə
və
Xavər
xalanın
olduğu
ikimərtəbəli
olan
bina
həmin
sıra
ilə
düzülmüş
iki
mərtəbəli
binaların
sonuncusu
idi
.
Binanın
ikinci
mərtəbəsinin
əsas
otaqları
həmin
binanın
əsas
varisi
, 10-
dan
çox
uşağı
olduğuna
görə
“
Qəhrəman
ana
”
fəxri
adını
almış
,
həyatda
həmişə
özünü
qəhrəman
kimi
aparan
Azad
bəyin
qızı
Əntiqa
xalanın
istifadəsində
idi
.
Binanın
başlanğıc
hissəsi
onlardan
alınmasına
baxmayaraq
,
həyətdəki
1-
ci
mərtəbə
də
çox
sakit
adam
olan
Məhəmməd
kişinin
ailəsinə
verilmişdi
.
Onun
Musa
adlı
bir
oğlu
var
idi
.
İndi
yada
salanda
görürəm
ki
, “
qabağından
yeməyən
” 8
oğul
həmin
tək
uşaqla
nə
qədər
mehriban
davranırmışlar
.
Təəssüf
ki
,
Əntiqə
xalanın
həyat
yoldaşı
gəmi
kapitanı
olan
Rza
kişi
dünyasını
tez
dəyişdi
.
Həmin
binanın
çıxışı
Əli
İbrahimov
küçəsinə
açılsada
,
bina
bütünlüklə
“
MVD
”
döngəsində
yerləşdiyindən
həmin
evin
8
oğlu
öz
yaşlarına
uyğun
olaraq
bizim
məhlənin
sakinləri
hesab
olunurdular
və
çox
yaxşı
ünsiyyət
qurulmuşdu
.
Onun
nəticəsi
idi
ki
,
indi
də
həmin
münasibətlər
davam
edir
.
Sonralar
Əntiqə
xala
həqiqi
varisi
olduğu
bütün
binanın
qanuni
şəkildə
geri
qaytarılması
məsələsini
qaldırsa
da
,
Ermənistan
Silahlı
Qüvvələrinin
Ağdamı
işğal
etməsi
onun
bu
arzusunu
gözündə
qoydu
...
Beləliklə
,
Tariyel
Eyvazovla
söhbətimizi
burdaca
yekunlaşdırırq
.
Əlavə
edim
ki
,
döngənin
digər
sakinləri
olan
Bəhruz
Axundov
,
Bəxtiyar
Sadıqov
və
Sədrəddin
Abdullayevlə
də
söhbətlərim
olub
.
Bu
virtual
gəzintidə
onların
da
fikirləri
yer
alıb
...
Kiçik
döngə
sakinlərinin
zənginliyi
onda
idi
ki
,
Ağdama
xas
olan
bütün
cəhətləri
özündə
daşıyır
və
birləşdirirdi
...
Ağdamın
küçələri
ilə
,
maraqlı
şəhərin
maraqlı
adamları
ilə
xəyali
görüşlərimizi
davam
etdirəcəyik
...
Bizi İnstagramda izləyin
Müəllifin digər yazıları
Böyük ağdamlı olmaq arzusu - Vüqar Tofiqli yazır
Yaxın dostlarından biri məslislərdən birində Xalq şairimiz Musa Yaquba giley-güzar edir ki, uzun illərdir dostluq edirik, niyə mənim də adımı heç olmasa bir şeirində çəkmirsən. Şair yerində qurcalaqlanıb
11.04.20
Tbilisidə Azərbaycan ocağı
Tbilisidə keçiriləcək konfransa dəvət alanda ağlıma ilk gələn fikir Mirzə Fətəli Axundovun bu şəhərdəki ev-muzeyini ziyarət etmək oldu. Konfrans işini yekunlaşdıran kimi internet vasitəsiylə muzeyin
19.10.17
"Xocalının bərpasına qatılmaq istəyirəm"
Onunla xeyli müddət idi ki, görüşüb həm özü, həm də atası barədə danışmağa qərar vermişdim.
14.02.17
Ağdamın məscid məhləsi
Mən "şəhər uşağı" olmasam da, Ağdama olan hörmətim-izzətim, məhəbbətim sonsuzdur. Bu sevgini, bu istəyi məndə, deyərdim ki, elə şəhər özü yaradıb.
15.11.16
Mir Cabbar ağanın yurdu
Doğma Qarabağımızın sayılan simalarından olan Xurşidbanu Natəvanın Seyid Hüseyndən olan övladı Mir Cabbar ağa haqqında bir sıra yazılarımda onun həyatının bəzi məqamlarına toxunmuşam.
18.10.16
Ağdamın fevral günləri
Fevral qısamüddətli günləriylə yaddaşımızda qalsa da, bu ayda kiçik çiləni yola salıb boz aya doğru gedirik. Təbiətin bu hadisəsi fevralı öz təlatümüylə hamının diqqətində saxlayır.
25.02.16
Avtomobil dayanacaqları: qanunun tələbi və real vəziyyət
30.09.15
Məcidov - (Yubiley)
25.08.15
"Ruhlar şəhəri"ndə dolaşan fikirlər
22.07.15
Bələdiyyənin "ASAN" inkişaf yolu
03.07.15
Tut ağacının “süfrəsi”
01.06.15
İkiyə bölünmüş Qərvənd...
14.05.15
Bakı - Qəhrəman şəhər
11.05.15
Avropa Oyunlarının məşəli Ağdamda alovlanacaq
05.05.15
Bir daha "Qarabağ muzeyləri" haqqında
28.04.15
Əsas səhifə
Bütün xəbərlər
Siyasət
Sosial
İqtisadiyyat
Kriminal
Mədəniyyət
İdman
Şou-biznes
Ədəbiyyat
Çap versiyası
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.