Dünən 60 yaşı tamam olan yazıçı, Milli Məclisin deputatı Aqil Abbas yubileyini “Nizami” Kino Mərkəzində “Dolu” filminin nümayişinə qatılmaqla qeyd edib.
525.az-ın məlumatına görə, yazıçı bir neçə gün əvvəl yubiley axşamını onunla keçirmək istəyən hər kəsi “Nizami” Kino Mərkəzinə “Dolu”nin ictimai baxışına dəvət etmişdi. Bu xoş günü onunla bir yerdə qeyd etmək üçün yazıçının dostları və həmkarları filmin nümayişinə yığışıblar.
Həmin anlardan ən maraqlı fotoları təqdim edirik.