Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə Sabunçu rayonunda Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş Rayon Gənclər Forumu baş tutub.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Azərbaycan Respublikasının Prezident Administrasıyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin əməkdaşı Kənan Firdovsioğlu, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Eduard Məmmədov, Nərmin Mehdiyev, Şahanə Müşfiq, Elvin Dadaşsoy, Anar Şəmsiyev, Səma Abıyeva, Ümid Mehdiyev və gənclər təşkilatlarının fəalları iştirak ediblər.
Tədbir öz işinə Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.
Açılış üçün ilk söz Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcovaya verilib. R.Fərəcova öz çıxışına "hər bir gəncin məqsədinin Ümummilli liderimiz Heydər Əliyevin yolundan gedərək onun gənclərə verdiyi böyük dəyərə layiq olub, Azərbaycana faydalı gənc olmaqdır" - sözləri ilə başlayıb. Daha sonra o, forumun keçirilməsinin məqsədindən söz açıb. Bu forumun gələcəkdə də öz işini daha yüksək şəkildə davam etdirəcəyinə inandığını vurğulayıb.
Tədbirdə çıxış edən nümayəndələr forum haqqında öz fikirlərini bildirib, dövlətin uğurlu gənclər siyasətindən söz açıblar.
Daha sonra fəxri qonaqlar- spikerlər çıxış edərək öz uğur hekayələrini danışıb, həyat təcrübələrini gənclərlə bölüşüb, cəmiyyətə daha faydalı gənc olmaq haqqında düşüncələrini səsləndiriblər. Hər bir spikerin bioqrafiyası və fəaliyyətini əks etdirən foto şəkillər videoçarx kimi nümayiş olunub.
Tədbir müzakirələrlə davam edib, gənclər onları maraqlandıran sualları sipkerlərə ünvanlayıblar.
Sonda tədbirdə çıxış edən fəxri qonaqlara "Təşəkkürnamə"lər verilib, qonaqlar "Uğurun əl izi" adlı xüsusi guşəyə öz imzalarını atıblar.
MEHRİ