Zülfiyyə Xanbabayeva sosial layihədə iştirak etdi - Video Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Həyatın dəyərlidir! Evdə qal, Azərbaycan!” sosial layihəsi çərçivəsində Xalq artisti Zülfiyyə Xanbabayeva 73 yaşlı Solmaz xanımın virtual qonağı olub.
04.04.20
Hüsniyyə Mürvətova: “Biz bu gün də tamaşaçılarımıza pozitivlik aşılamalıyıq” - Video Artıq bir aya yaxındır ki, digər mədəniyyət müəssisələri kim teatrlar da öz fəaliyyətini dayandırıb. Bundan əlavə film və serial çəkilişləri də müvəqqəti olaraq təxirə salınıb. Aktyorlar da hər kəs kimi “evdə qal” çağırışına əməl etsələr də, sosial şəbəkələrdən izlədiyimiz qədər sənətlərindən heç də uzaqlaşmayıblar. Kimi uşaqlar üçün nağıllar, kimi pritçalar danışıb videoya çəkir, kimi canlı yayımlar açaraq şeirlər səsləndirirlər. 01.04.20
İtaliyada işləyən həkimimiz: “Ölənləri yerləşdirməyə yerlər yoxdur” - Video Bu video İtaliyanın Lakuila şəhərində çəkilib. Videonu çəkib APA TV-yə göndərən İtaliyada yaşayan azərbaycanlı həkim Sayalı Vəliyeva deyir ki, əvvəllər bu cür iri marketlərin önündə maşın saxlamağa yer tapılmırdı, isə indi şəhərin küçələri kimi, parklama yerləri də boş qalıb.
31.03.20
Prezidentin şüarı "Alov qüllələri"ndə əks olundu - Video Azərbaycanın karonavirus pandemiyası ilə mübarizə apardığı bu günlərdə Bakıdakı "Alov qüllələri" #evdeqal, #Bizbirlikdəgüclüyük, “Azərbaycan həkimlərinə eşq olsun!” çağırışlarla işıqlandırılıb.
28.03.20
“Böyüklərimizə qayğı ilə!” - Videoçarx Yaşı 65-dən yuxarı tənha şəxslər bu gün ehtiyac duyduqları sosial məişət xidmətləri ilə elə evlərindəcə təmin olunurlar. 28.03.20
Sərhədlərdə qəbul-çeşidləmə məntəqələri fasiləsiz fəaliyyət göstərir - Video Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, qonşu Gürcüstanla sərhəddə Qazax rayonunun ərazisində yerləşən “Qırmızı körpü” və Balakən rayonunun ərazisində yerləşən “Mazımçay” sərhəd-keçid məntəqələrinin yaxınlığında Fövqəladə Hallar Nazirliyi tərəfindən yaradılmış qəbul-çeşidləmə məntəqələri 24 saat fasiləsiz fəaliyyətini davam etdirir.
27.03.20
Bakı Media Mərkəzi yeni video-çarx hazırladı Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktuallığını nəzərə alaraq Bakı Media Mərkəzi, sosial məsuliyyəti çərçivəsində yeni video-çarx hazırlayıb.
26.03.20
Bakı Media Mərkəzi sosial video-çarxlar hazırladı Dünya üzrə koronavirusa (COVID-19) yoluxma hallarının sürətlə artması və problemin aktuallığını nəzərə alaraq Bakı Media Mərkəzi sosial məsuliyyət çərçivəsində xüsusi video-çarxlar hazırlayıb.
23.03.20
Ürək-damar xəstələri koronavirusdan necə qorunmalıdır? - Video “Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı məlumatlardan da bildiyimiz kimi, koronavirus əksər insanlarda qrip infeksiyası kimi nəzərə çarpır. Amma immun sisiteminin zəifləməsinə səbəb olan problemlərdən, xüsusilə ürək-damar xəstəliklərindən əziyyət çəkən, xərçənglə bağlı müalicə almış insanlarda, eləcə də immuniteti zəiflədən dərmanlar qəbul edənlərdə koronavirus daha ağır şəkildə keçə bilər. Ona görə də həmin insanlar sosial izolyasiya barədə qərarlara daha diqqətlə yanaşmalıdırlar”.
20.03.20
Orduda qabaqlayıcı tədbirlər həyata keçirilir - Video Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tövsiyə olunan mübarizə tədbirləri çərçivəsində Azərbaycan Ordusunda qabaqlayıcı tədbirlər həyata keçirilir.
20.03.20
Müdafiə nazirinin hərbçilərlə görüşü davam edir - Video Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhə bölgəsində səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev və nazirliyin digər rəhbər heyətinin ön xətdə yerləşən bir sıra hərbi hissələrə səfəri davam edir.
18.03.20
Tələbələrimiz Azərbaycana təşəkkür etdilər - Video İtaliyada təhsil alan azərbaycanlı tələbələr Vətənə təxliyə edilmələri çarter reysləri təşkil edildiyi üçün Azərbaycan rəhbərliyinə təşəkkür ediblər.
18.03.20
Zakir Həsənov və Məhərrəm Əliyev ön xəttə gediblər - Video Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev və nazirliyin digər rəhbər heyəti ön xətdə yerləşən hərbi hissələrdən birində olublar.
17.03.20
"Yaşamaq üçün güclü olmaq istəyirsənsə..." - Video Yollar... Xəritəli və xəritəsiz yollar. Əlimizdə hər bir yolun xəritəsi olsa, getməyə nə var ki? Sadəcə bir az istək, bir az dəstək və bir az da maraqlı yol yoldaşın olsa, bəs edir. Xəritələr sənə yolu göstərəcək, istiqaməti verəcək, hətta minəcəyin avtobusa qədər təyin edəcək. Bir də əlindən tutan varsa, nə gözəl! Amma, görəsən, bu cür asan, xəritəsi əlində olan yolu getmək sənə nə verəcək? Sadəcə xatirələr?..
15.03.20
İranla sərhəddə 2183 nəfər müayinədən keçirilib - Video Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən Astara və Biləsuvar rayonlarının ərazisində İran İslam Respublikası ilə sərhəd-keçid məntəqələrinin yaxınlığında yaradılmış qəbul-çeşidləmə məntəqələri ciddi rejimdə fasiləsiz olaraq fəaliyyətini davam etdirir.
15.03.20