Yaqub Mahmudovdan Paşinyana sərt cavab - Video Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov "Yeni Kanal" internet televiziyasına müsahibəsində Münhen debatını şərh edib.
24.02.20
Tələbələrdən təsirli - Videoçarx Türkiyədə və dünyanın digər ölkələrində təhsil alan azərbaycanlı gənclər 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı videoçarx hazırlayıblar.
20.01.20
Azərbaycan sahibkarlarının Rusiya bazarlarına çıxışı asanlaşır - Təşəkkürlər, cənab prezident Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi, "KDY Logistics"dəmiryol habının işə düşməsi, o cümlədən Həştərxanda Azərbaycan İşgüzar Mərkəzinin yaradılması ölkəmizdə fəaliyyət göstərən sahibkarların da xaricə, xüsusilə də Rusiya bazarına məhsul ixracını asanlaşdırıb. Belə ki, yerli fermerlər istehsal etdikləri məhsulları birbaşa Rusiya bazarına çıxarmaq imkanı əldə ediblər. Məsələn, elə bu günlərdə Türkiyədən 400 ton yüklə Bakı-Tbilisi-Qars dəmiryolu ilə hərəkət edən və "Azərbaycan Dövlət Dəmir Yolu" ilə birgə "KDY Logistics" dəmiryol habına qoşulan vaqonlar vasitəsilə Azərbaycan sahibkarlarının istehsal etdikləri 160 ton xurma da Rusiyanın Həştərxan şəhərinə yola salınıb.
Qeyd edək ki, bu günlərdə Rusiya Federasiyasının Həştərxan vilayətinin Qubernatoru İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdə olub. Nümayəndə heyətini Azərbaycan Respublikasının prezidenti İlham Əliyev qəbul edib. Görüş zamanı Prezident İlham Əliyev dəmiryol habının yaradılmasını, Həştərxanda Azərbaycan İşgüzar Mərkəzinin açılmasını və Bakıda analoji mərkəzin yaradılması üçün tikinti işləri aparılmasını çox mühüm hadisə adlandırıb. Prezident bildirib ki, Həştərxanla Bakını bağlayan amillər çoxdur: "Əlbəttə, gələcəkdə birgə fəaliyyətimizi elə planlaşdırmalıyıq ki, qarşılıqlı əlaqələrimiz daha sıx olsun". "KDY Logistics" şirkətinin Azərbaycan qrupunun Direktorlar Şurasının sədri Qalib Məmmədov Olayların əməkdaşı ilə söhbətində bildirib ki, cənab prezidentlə görüş şirkətin daha geniş və əhatəli fəaliyyət göstərməsi üçün münbit şərait yaradıb. Belə ki, görüş zamanı şirkətin rəhbəri tərəfindən verilən təkliflər cənab prezident tərəfindən müsbət qarşılanıb və həmin təkliflərin həyata keçirilməsi üçün anındaca müvafiq qurumlara tapşırıq verilib. Qalib Məmmədov onu da xüsusilə qeyd edib ki, "KDY Logistics" şirkətin fəaliyyətində cənab prezidentə xüsusi xoş gələn məqam şirkətə Rusiyanın müxtəlif bazarlarına səpələnən və bir sıra adamlar tərəfindən sıxışdırılan soydaşlarımızın bu şirkətin ətrafına toplaşmasıdır. Azərbaycan prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edən və Azərbaycan və Azərbaycan insanı naminə gördüyü bütün işlərdə prezidentin yanında olduqlarını deyən Qalib Məmmədov sahibkarlar adından prezident İlham Əliyevə təşəkkürünü bildirib."Azərbaycan Dövlət Dəmir Yolu" İdarəsinə isə göstərdikləri dəstəyə görə minnətdarlıq edib.
Xatırladaq ki, "KDY Logistics" yüksək texnologiyanı, etibarlı yük daşınmasını birləşdirən müasir logistikanın bariz nümunəsidir. Bu gün şirkət beynəlxalq ticarətin inkişafında əsas yerlərdən birini tutur. "KDY Logistics" dəmir yolu sistemlərinin inkişafı dövrünün və Qərblə Şərqi birləşdirən yolun böyük bir hissəsidir.
Belə ki, idxal olunan məhsullar şirkətin Həştərxan vilayətində yaradılmış saxlanma kameralarında saxlanılır və müvafiq qurumların həmin məhsullara keyfiyyət və ünvana çatdırılma proseduruna operativ nəzarətindən sonra nəzərdə tutulmuş yerlərə daşınır. Qeyd edək ki, Xəzəryanı ölkələr, Orta Asiya respublikaları, Gürcüstan, Türkiyə, İran və İraqın da daxil olduğu bu şəbəkəyə Azərbaycan da qoşulub. Ötən ildən etibarən Azərbaycanın məhsulları da dəmir yolu vasitəsilə həmin ünvana çatdırılır. Azərbaycanın göndərdiyi məhsullar sırasında daha çox kənd təsərrüfatı məhsulları üstünlük təşkil edir. Məlumata görə bir çox ölkələrin iş adamlarının əlaqəsini dəfələrlə asanlaşdıran və məhsulların tranzitdən fərqli olaraq rahat və tez daşınmasını təmin edən bu layihə vasitəsilə tikinti materialları da daşınır. Ehtiyacı olan ölkələrə isə Rusiyadan gətirilmiş arpa və buğda toxumları göndərilir. Başqa sözlə, şəbəkəyə daxil olan ölkələrdən olan iş adamları asan və rahat yolla mal və məhsul mübadiləsini həyata keçirə bilirlər. Onu da qeyd edək ki, hazırda Həştərxanda "KDY Loqistika" layihəsinin daha çox ölkəni əhatə etməsinin həyata keçirilməsi üzərində iş gedir. Məqsəd sözügedən layihənin coğrafiyasının daha da genişləndirilməsidir. Belə ki Əfqanıstan, Pakistan, Qazaxıstan və Qırğızıstanın, o cümlədən Çinin bu böyük iqtisadi xəritəyə daxil edilməsi gözlənilir. İqtisadi ekspertlər hesab edirlər ki, meyvə-tərəvəzin Həştərxana 4-5 günə çatdırılması "Bakı-Tbilisi-Qars" xəttinin vizit kartı və Azərbaycanın, o cümlədən ölkənin dəmir yollarının brendidir. 25.12.19
Azərbaycanda ilk: Belarusla memorandum elektron imza ilə imzalandı - Video “Bakutel-2019” sərgisi çərçivəsində bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Belarus Respublikasının Rabitə və İnformatizasiya Nazirliyi arasında dövlətlərarası memorandum elektron imza ilə imzalandı.
05.12.19
Merkel Berlində səhnəyə çıxmaq istəyərkən yıxıldı - Video Almaniyanın baş naziri Angela Merkel Çoxtərəfli Ticarət və Rəqəmsal Təhlükəsizlik mövzusunda keçirilən Berlin konfransında çıxış etmək üçün səhnəyə qalxarkən yıxılıb.
29.11.19
Vüqar Kərəmovdan möhtəşəm qələbə - Video Noyabırın 14-ü İsrailin paytaxtı Tel-Əviv şəhərində, MMA (qaydasız döyüş) üzrə dünyanın ən tanınmış rinqlərindən olan “Bellator”da həmyerlimiz Vüqar Kərəmov 70kq. çəki dərəcəsində brazilyalı rəqibi Qustavo Vurlitzer üzərində parlaq qələbə qazanıb. 18.11.19
Azərbaycanlı bloger ABŞ-da Poznerin Qarabağla bağlı yalanına cavab verdi - Video ABŞ-da yaşayan @herstory.az bloqun yaradıcısı Arzu Cahid Kaliforniya ştatında Middlebury Institute of International Studies İnstitutunda mühazirə ilə çıxış edən tanınmış ekspert, ermənipərəst mövqeyi ilə seçilən rusiyalı jurnalist Vladimir Pozneri kəskin tənqid edib.
28.10.19
Leyla Əliyevanın “Sanki bir alovsan” şeirlər toplusu Ankarada işıq üzü görüb - Video Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Sanki bir alovsan” adlı şeirlər toplusu Ankarada nəşr olunub. “Kaspi” təhsil şirkətinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sona Vəliyevanın rəhbərliyi ilə “Azərbaycan ədəbiyyatını tanıdaq!” devizi altında həyata keçirilən layihə çərçivəsində nəşrə hazırlanan kitab Avrasiya Yazıçılar Birliyi tərəfindən çap edilib. 16.10.19