Milli mədəniyyətimizin bilicisi və fədakar təəssübkeşi - Ərtoğrul Cavid Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi Hüseyn Cavidin nakam övladı, parlaq istedad sahibi Ərtoğrol şeirə, sənətə, poeziyaya olan vurğunluğu hələ uşaq yaşlarından özünü büruzə verib. O, hələ ikinci sinifdə oxuduğu zaman "Ay" adlı şeir yazmış və bununla diqqət çəkmişdi.
08.09.19
Könül körpüsü - İsa Həbibbəyli yazır Azərbaycan - Tatarıstan ədəbi-mədəni əlaqələrinin qədim tarixi və böyük ənənələri vardır. Lakin bu əlaqələr XIX əsrdə və XX əsrin əvvəllərində tamamilə yeni mərhələyə çevrilmişdir. 06.09.19
Cıdır düzü sənsiz qaldı... - Təhminə Vəliyeva yazır Hələ məktəb illərindən çox eşitmişdim səhərlər Cıdır düzündə at çapan oğlan barəsində... Ürəyi oğul dərdi ilə paralanmış anaya - Mənzər müəlliməyə hər dəfə baş çəkəndə Şuşadan və Rövşəndən söhbət salırdıq. 05.09.19
Hidayət Orucov: 75 yaşın işığında Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi - şair, dramaturq, publisist, tərcüməçi, ictimai xadim Hidayət Orucovun bugünlərdə, daha dəqiqi, sentyabrın 5-də 75 yaşı tamam olur. 04.09.19
Nazimsiz - Xalq yazıçısı Anar yazır Taleyim mənə yalnız ay yarım məzuniyyət müddətində Zuğulbada sırf yaradıcılıqla məşğul olmağa vaxt ayırıb. Uzun illərdən bəri tamamlamağa çalışdığım sənədli roman üzərində işləyirdim. Telefon zəngi gəldi. Çingiz idi: “Anar müəllim, pis xəbər var. Nazim müəllim vəfat edib”. 02.09.19
Mühacirət dramaturgiyamızda Abay Dağlı yaradıcılığının yeri və rolu - I YAZI Müasir ədəbi-nəzəri fikrin aktual sahələrindən, prioritet istiqamətlərindən və əsas tədqiqat obyektlərindən olan Azərbaycan mühacirət ədəbiyyatı ideya, mövzu baxımından nə qədər zəngin və maraqlıdırsa, janr baxımından da fərqli və rəngarəngdir. 01.09.19
"Sənətə sevgim bu yaşımacan məni enerjili saxlayıb" - Sərpil Tamurla müsahibə Müsahibimiz qardaş Türkiyənin sayılıb-seçilən aktrisalarından biri, Azərbaycanda daha çox "Qurdlar vadisi" serialında Nəzifə ana, "Bir zamanlar Çukurova"da Haminne kimi məşhurlaşmış Sərpil Tamur bir neçə gün öncə paytaxtımızda qonaq oldu. 30.08.19
Sözə dəyər qazandıran imza və ya "Dözüm" adamı - Ağasəfa Asfalt yoldan torpaq yola düşdük, dağlarla əhatələnmiş, ayağı xınalı kəkliksayağı sıralanmış laçın qayaların sinəsinin göz oxşayan rəng çalarlarında irəlilədikcə insanın ağlına heç nə gəlmir. Ağıla gələn bu dağları yaradana şükranlıqdır. 28.08.19
Mehriban Əliyevanın fəaliyyət və portretinə 12 ştrix Azərbaycanın Birinci Xanımı və Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəxsiyyətinə, çoxcəhətli fəaliyyətinə beynəlxalq aləmdə maraq ilbəil yüksəlir. 26.08.19
Əhməd Ağaoğlu və İsmayıl Qaspiralı - Əhməd bəy Ağaoğlu-150 Əhməd bəyin rus dilindən tərcümədə "525-ci qəzet"in oxucularına təqdim olunan "Nadir yubiley" məqaləsi "Kaspi"nin 29 aprel 1903-cü il tarixli 93-cü sayında nəşr edilmişdi. 26.08.19
"Bayatı Gəncə" muğamı, yaxud "Gəncə-Bakı" Qatarı"nın 60-cı dayanacağında xatirələr İlqar Həsənov bu yazının qələmə alınacağını yaxşı bilirdi. Buna baxmayaraq, nədən yazacağımla, necə yazacağımla qətiyyən maraqlanmadı. Həmin səbrin nəticəsidir ki, indiyədək onun haqqında yazdıqlarımın hamısını qəzet səhifələrində görüb. Elə mən də ondan nə isə soruşmadım. Əvvəllər yazdıqlarımın hansında soruşmuşdum ki? 25.08.19
Mərhəmət zirvəsini nura qərq edən Bu gün dünyanın, bəşər övladının hava, su, qida, təhlükəsiz yaşam kimi vacib tələbatları, ehtiyacları qədər mərhəmətə, insanpərvərliyə, xeyirxahlığa da böyük ehtiyacı, tələbatı var... 23.08.19
Qala Adam - Türkan Turan Rəşad Məciddən yazır Bəzən çoxlu pula, hər cür imkana, aşıb-daşan diqqətə, insan selinə yox, bircə nəfərə ehtiyac duyursan. İstəyirsən ki, səni duyan, hiss edən, anlayan, dinləyən bir insan aydın, təmiz düşüncəsi ilə yanında olsun. O adam sevgili, ailə üzvü yox, yalnız dost ola bilər. 20.08.19
İki şəkili - Əkbər Qoşalının yazısı Bəlli olduğu kimi, UNESCO-nun Ümumdünya İrs Komitəsinin ötən ay Bakıda keçirilən 43-cü sessiyasında "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Dünya İrs Siyahısına daxil edildi. 16.08.19
Milli maraqların müdafiəsində - Əhməd bəy Ağaoğlu-150 Əhməd bəy Ağayev (Ağaoğlu) "Kaspi" qəzetinin səhifələrində yalnız mənsub olduğu Azərbaycan türklərinin deyil, çar Rusiyasında yaşayan qeyri-rus xalqların, ilk növbədə isə dini fərqlər baxımından daha çox sıxışdırılan, milli zülmə uğrayan türk-müsəlman əhalinin maraq və mənafelərini ardıcıl müdafiə edirdi. 14.08.19
1503-cü ilin qışı - Tüdorların uğurları və bədbəxtliklər seriyası Atası yaxın silahdaşı Tomas Hauarda etibar etdiyindən, ona qızını Edinburqadək müşayiət etmək tapşırığını vermişdi. Axı o, bu qızın atasının Bosvort çölündəki bataqlıq ilə addımlayıb, taxt-tacı necə götürdüyünü görmüşdü və düşünürdü ki, bir gün bu adam onu itirməli idi. Ona görə də qız inana bilmirdi ki, bu kişi onun atasını və özünü sevir. 12.08.19
Polina Dessiatnitçenko və böyük eşq yolu - Müsahibə Səhər tezdən şəbəkəyə daxil olan kimi Feysbukun xəbər lenti məni qeyri-adi bir sürprizlə qarşıladı... Zərif, incə, göyçək bir xanım Kürdəxanıda tarzən-pedaqoq Vamiq Məmmədəliyevin həyət evinin eyvanında əyləşıb tar çalırdı və onun özü kimi zərif barmaqları tarın pərdələri üzərində gəzdikcə "Nəva" muğamının tanış, ləngərli melodiyaları bahar nəsimi kimi virtual dünyanın sərhədlərini aşıb əyləşdiyim otağa daxil olur, ruhuma hakim kəsilirdi.
10.08.19
Səhiyyəmizin Sonası Tibb aləmində çalışanlar yəqin ki, Hippokratın “Gözəl davranış haqqında” əsərini yaxşı xatırlayırlar. Həkimlik sənətini insana sevgi əxlaqından ayırmayan Hippokrat yazırdı: “İnsana sevgi olan yerdə sənətə də məhəbbət var”. 09.08.19
"İki dollara aldığım kitab, sən demə, qiymətsiz bir xəzinə imiş" - Fotolar Türkiyə səfirliyinin Mədəniyyət və Tanıtma müşavirliyinin dəstəyiylə Bayburt şəhərinə - 25-ci Bayburt Dədə Qorqud festivalına gedərkən son aylarda Türk ədəbiyyatı gündəmini məşğul edən "Kitabi-Dədə Qorqud"un yeni nüsxəsinə də yer veriləcəyini təxmin edirdim. Hətta yeni nüsxənin sahibi Vəli Məhəmməd Xocanın da dəvətli olacağı gözlənilən hadisə idi. 07.08.19
Azərbaycan ədəbiyyatında Məmməd Səid Ordubadi imzası - Şahanə Müşfiqin yazısı XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, nasir, şair, dramaturq, ədəbiyyatşünas, tərcüməçi, böyük ictimai Məmməd Səid Ordubadi çoxşaxəli fəaliyyəti, zəhmətkeşliyi və novatorluğu ilə təkcə ədəbiyyat deyil, ümummədəniyyət tariximizə öz imzasını qızıl hərflərlə yazmış sənətkarlardandır. 05.08.19
Yollar yorğunu - Pərvindən yeni hekayə Nədisə satmaqla heç aram yoxdu... Nə adam satmaq, nə də əşya, ev, maşın. Vallah bəlkə satardım e, amma alan olmayacaq axı məndən. 03.08.19
Qıymayın kəpənək qanadlarına... - Əlisəfdər Hüseynov Mirzə Babayevdən yazır 27 il əvvəl yazdığım bu yazının əlyazmasını öz mənzilimdəcə itirmişdim: hansa kitabın içinə, hansı kağızların arasına qoymuşdum - yada sala bilmirdim ki, bilmirdim. Bu günlərdə xoş bir təsadüf nəticəsində axır ki, 27 illik nigarançılığa son qoyuldu: yazıldığı kağızlar sapsarı caralmış yazı özü məni tapdı. Yaxşı ki, ötən illər onun ruhunu saralda biməmişdi. Elə bunu nəzərə alıb onu oxuculara təqdim edirəm. 01.08.19