525.Az

Xalq şairi Məmməd Araza həsr olunmuş sərgi açıldı


 

Xalq şairi Məmməd Araza həsr olunmuş sərgi açıldı<b style="color:red"></b>

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycanın Xalq şairi Məmməd Arazın 85 illik yubileyi ilə bağlı sərgi təşkil edilib.

Sərgidə şairin kitabxana fondlarında saxlanılan seçilmiş əsərləri - "Daş harayı", "Atamın kitabı", "Qayalara yazılan səs", "Oxucuya məktub", "Aylarım illərim", "Həyatın və sözün rəngləri", "Qanadlı qayalar", "Dünya sənin, dünya mənim", "Ocaq başında", o cümlədən, şairə həsr olunmuş "Məmməd Araz dünyası" (Vaqif Yusifli), "Məmməd Araz", "Xalq şairi Məmməd Araz" (İsa Həbibbəyli), "Məmməd Araz" (Eyvaz Eminalıyev), "Bu da belə bir ömürdü..." və digər kitablar nümayiş olunur.

Bu kitablar Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı əsasında həyata keçirilən "Milli Rəqəmsal Yaddaş (MRY) üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanılması, ekspertizası və etibarlı saxlanılması" adlı layihə çərçivəsində MEK-in elektron kataloqunda yerləşdirilib.

Sərgi oktyabrın 20-dək davam edəcək.

Şahanə MÜŞFİQ

 





12.10.2018    çap et  çap et