525.Az

Sürülən milliyyətpərvərlər - Şirməmməd Hüseynov


 

İLK CÜMHURİYYƏTİMİZ: OLMUŞLAR VƏ DÜŞÜNCƏLƏR

Sürülən milliyyətpərvərlər - <b style="color:red">Şirməmməd Hüseynov </b>

Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq, düşünək, onlarla və bu günümüzlə fəxr edək! 

(Əvvəli ötən şənbə sayımızda)

PARİSDƏN MƏKTUB

Ötədən Bəridən 

Temuçin Bakıda doğulmuş fəqət Parisdə böyümüşdür. Temuçin daha körpə ikən əbəveyni (valideynləri) buraya gəlmişlərdir. Çocuq şimdi burada fransız məktəbinə gediyor. Parisdə böyümüşsə də kəndisinə məxsus ayrı bir vətəni olduğunu biliyor. Bilməm çocuğun xəyalında "Azərbaycan və Bakı" sözləri nasıl bir rəng və ruh alıyor... "Bən Azərbaycanlıyam, orada nənəm, amcam var" diyor. Arqadaşlarına Azərbaycandan, Bakıdan, annəsindən, babasından eşitdiklərini bir az da yaxın kəndi xəyalxanəsindən əlavə edərək hekayə ediyor.

- Biliyormusunuz bizim də sizin "Sen"dən daha böyük irmağımız, çiçəkli, güllü bağlarımız, çəmənlərimiz, uca dağlarımız, gözəl ormanlarımız vardır!

Məktəbdə ona hər kəs "La Petit Azerbaidjanian" diyor.

Temuçini 28 Mayıs İstiqlal Baryamı mərasimində görməli idi. Köksündə ufacıq bir Azərbaycan Bayrağı, böyük bir təlaş, sevinc və nəşə ötəyə-bəriyə  qoşuyordu. Ətrafında bəlkə də qafasının tamamən qavramayacağı böyük bir bayram olduğunu hiss ediyordu. Arada-sırada Temuçin bir fransız xanımın yanına qoşaraq onunla bir şeylər qonuşuyor, gülüyordu.

- Temuçin bu kur yapdığın xanım kimdir - deyə şaka etdim. Çocuk bir az qızaraq güldü.

- Tanımıyorsunuz əfəndim, bu mənim müəlliməmdir. Gəlin sizi tanış edəyim. Rizamı bəkləmədən əlimdən çəkərək həmən xanımın yanına götürdü. Bizi bir birimizə "prezante" etdi.

- Madmazel Martini.

Sadə fəqət çox sevimli tərzdə geyinmiş bir madmazel.

- Əfəndim, Temuçin bəni də azərbaycanlı yapdı. Daima Azərbaycandan konuşur. Bizlərdə məmləkətimizə qarşı ciddi bir əlaqə və simpati oyandırdı.

Bir az ötədən bəridən qonuşduq. Temuçinin məktəbində birinci olduğunu gizləmədigi bir heyrət və məmnuniyətlə söylüyordu. Bu sırada baxdım Temuçin Şeyx Şamilin torunu (nəvəsi) .... xanımın əlindən çəkərək bizim yanımıza sürüklüyor. Bunu da müəlliməsi ilə tanışdırdı. Zənn ediyoram ki o gün Temuçinin bütün tanışlarını müəlliməsi xanım da tanıdı.

Ertəsi gün bəzi fransız ricalından (xadimlərindən) və digər yerlərdən gələn təbrik teleğraf və məktublarını oxuyurduq. Zərfin birindən 50 frank ilə qısa bir məktub çıxdı. "Milli davanızın propağandası yolunda sərf üçün mənim bu ufacıq payımı qəbul etmənizi və bundan fəzlə bacara bilmədigimdən dolayı məni əfv buyurmanızı rica edərəm əfəndim. Madmazel Martini".

Bu Temuçinin müəlliməsi xanım idi. Arqadaşlardan biri xanımın evinə getmiş. Səmimi təşəkkür və minnətdarlıq hislərimizi bəyanla bərabər parayı bir növi iadə etmək istəmiş. Bu arqadaş anlatıyordu.

"Parayı qətiyən geri qəbul etmədi. Məhəbbət və Simpati fədakarlıq istər. Mən bu qədər yapa biliyoram" dedi.

Şunu da ögrəndim ki, bu müəllimə xanımın maaşı ayda 800 frankdır. İştə Pier Lotinin Fransası.

***

"Franse Orient" komitəsində Qafqasiya və Ukrayna Cümhuriyətləri mürəxxəsləri şərəfinə böyük bir ziyafət verildigini biliyorsunuz. Həqiqətən də enteresan bir ziyafət idi. Masada 260 dəvətli arasında senatorlar, məbuslar, miralaylar, generallar və bir çox ədib və mühərrirlər vardı. Xariciyə və hərbiyə nəzarətlərinin birər nümayəndəsi də gəlmişlərdi.

Yemək başladı. Kəndi kəndimə düşünüyordum: "Bu yaşlı başlı fransızları buraya bu Qafqasiya ziyafətinə gətirən amil nədir?" Bu sırada "Franse Orient" komitəsi rəisi Müsyo Lenay sözə başladı. Uzun boylu, uzun və qara saqqalına epey dən düşmüş natiqin səsi getdikcə yüksəliyordu.

"... Siz Qafqasiya və Ukrayna millətləri bilməlisiniz ki, sizin bu istiqlal və hürriyət mücadilənizdə bizim, Fransa millətinin bütün sempatisi sizinlədir. Zülüm, istila və əsarət dövrü keçmişdir. XX əsir, millətlər istiqlalı və millətlər hürriyətinin əsridir".

Görürsünüz natiq nə qədər hərarət, nə qədər həyəcanla qonuşuyordu. Səsi bəzən titriyordu. Yabançı bir adam zənn edərdi ki, şöylə bir atəşlə söylənən natiq bir qafqasiyalıdır. Məlum ya, qafqasiyalılar üçün fəzləcə atəşlidirlər... Fəqət işbu .... oluyor... Qafqasiyada axıdılan qanlar bir fransız münəvvərini bir qafqasiyalı qədər həyəcana gətiriyor. Görünüyor ki insanlıq hissinin insanlarda daha sönmədigi yerlər də vardır... Natiq sözünü bitirir-bitirməz salon alqış tufanı ilə doldu.

Müsyo Lenaydan sonra senator Renoult, Qafqasiya və Ukrayna Cümhuriyətləri haqqında qayət dəyərli bir konferans verdi. Azərbaycandan qonuşurkən Füzulidən, Sabirdən böyük təqdir və təxəssüslə bəhs etdi"... Bu millətlər hürriyət və istiqlallarına qovuşacaqlar, qovuşuyorlar, qovuşmaq üzrədirlər" deyə sözünü bitirdi.

Ziyafətdən çıxarkən yenə düşünüyordum. Bunları, bu fransızları, bu gün buraya gətirən, bizimlə bu bir qaç həyəcanlı saatı bərabər keçirdən nədir? Dənizlərin ötə tərəfində, uzaqlarda bir məmləkət Qafqasiya.... Burada fransızların bizimlə səmimi və həyəcanlı bir dərdləşməsi....

Fransızların ötədən bəri hürriyət dostu olduqları məlumdur. Hürriyətləri uğrunda çarpışan millətlərdən bir çoxunun burada dürlü-dürlü cəmiyətləri, qəzetələri və məcmuələri vardır. Yalnız Qafqasiya millətlərinin və ukraynalıların burada bir çox qəzetə və məcmuələri çıxıyor. İstənilən zaman sərbəst konferanslar, siyasi milli günlərə aid mərasimlər icra və konqrelər əqd olunuyor.

Fransızların da daxili və xarici bir çox mühüm məsələləri, dərdləri yoxmudur... Dəvə böyüksə bağrı da böyükdür. Fəqət bununla bərabər dənizlər ötəsindəki millətləri də unutmuyorlar. Nəyimə lazım zehniyəti burada hakim degildir. Və bununla da Fransa qazanıyor. Bu qazanc nədir?

- Millətlərin məhəbbəti!

Böyük Amerika Cümhuriyəti ilə Fransa arasındakı dostluq və mütəqabil təməyülat siyasətinin daha bundan bir əsir müqəddəm qurulmuşdur. O zaman hürriyət və istiqlal uğrunda mücadilə edən Amerika millətinə ilk sempati göstərən və metropoldan ayrılmış Amerika Cümhuriyətini ilk tanıyan Fransa olmuşdur. Amerika hürriyətinin qəhrəmanı Vaşinqtonun ən gözəl heykəli Parisin ən gözəl məhəllində tikilmişdir.

Üç milyonluq ufaq Türk Azəri xalqı 6-7 sənədir istiqlal uğrunda qanlar töküyor və hala tökməkdədir. Bu qeyri-müsavi mücadilədə onun başına nələr qaldı ki gəlmədi. Nə qədər qurbanlar verdi və veriyor. Nə qədər zülümlərə vəhşi və namussuzca hərəkətlərə düçar qaldı, qalıyor.

Qanlar içində çarpışan bu millət mənəvi yardım səsini ancaq uzaqlardan eşidiyor. Uzaqdan da olsa bu yüksələn səs, pək böyük bir qüvvət və ümid verir.

Fəqət gönül arzu etməzmi ki.... Könül arzu etmiyormu ki bu kibi müəyyid səsləri zavallı Azəri Türkləri daha yaxından, daha fəzlə ümduqları yerlərdən eşidə idilər...

***

Bugünlərdə Cenevrədən dönən bir Ukraynalı ilə görüşdüm. Bir qaç gün əvvəl xitam bulunan  Cəmiyəti-Əqvam məclisi haqqında fikir və təəssüratını söylüordu.

Cəmiyəti-Əqvamın bu dəfəki məclisinin əhəmiyəti ancaq böyük dövlətlərin xariciyə nazirləri arasında Cenevrədə cərəyan edən xüsusi görüşmələr, müzakirə və müşavirələrdə idi. Bu xüsusi müzakirələrdə İngiltərə, Almanya, Yaponya, Fransa, İtalya və Belçika nümayəndələri uzun-uzadıya Rus məsələsi ilə məşğul olmuşlardır. Nə qonuşulmuş, qərarlar nə olmuş, pək də bəlli degil, gizli tutuluyor. Fəqət bir şey mühəqqəqdir ki bu mülaqatlar nəticəsində məsələnin əsaslı nöqtələrində etilaf hasil olmuşdur. Hətta sovetlərlə münasibət məsələsində bir az mövqei-məxsusi olan Almanya xariciyə naziri Herr Stresemanın da digər rüfəqası ilə tam mütaqib qalmışdır. Və Renanya məsələsi ilə Almanyanın Şərq hüdudlarındakı istehkamlar məsələsi üzərinə də bu dəfə çox qolaylıqla rəylərdə etilaf hasil olmuş... Bu gizli celsələrin bir nəticəsi aşikardır. Cenevrə otellərində bolşeviklərə kredi açmaq ehtimallarına dərin bir məzar qazılmış və "uzun xəstəlikdən" şimdiyə qədər bir növi şəfa bulmayan bu məsələ bir dəfəlik gömülmüşdür. Hər halda Mister Chamberlain Cenevrədən yəqin ki məmnun dönüyor... Və ona bu dəfə ən çox yardım edən bizzat bolşeviklər oldu. Son günlərdə yenə başladıqları terörləri ilə məhkəməsiz, sualsız, cavabsız bu qədər adamları sərçə kibi qurşuna düzmələri ilə İngilis siyasətini təqviyə etdilər.

Anladığıma görə bu dəfə artıq Cenevrədən anti bolşevik rüzgarı şiddətlə əsməyə başlamışdır.

Paris, 20 Həziran (iyun) 1927
Mustafa (Çokay oğlu)
"Yeni Qafqasiya", 1 Temmuz (iyul) 1927, № 19(88)

SOVET RUSYANIN MƏNƏVİ TƏCRİDİ

I

Nəhayət komunist həqiqətini, onların daxildəki vəziyətlərini və xaricdəki ikiüzlü siyasətlərini bilənlərin çoxdan bəklədikləri şey vaqe oldu. Bu bəkləyənlər günün günorta çağı Sovetlər tərəfindən istilaya məruz qalan və şimdiyə qədər Moskva hökumətinin istilası altında inləyən millətlərdir. Oktyabr ixtilalına (inqilabına) qədər Kerenskiyi millətlərin həqqi-istiqlal və həqqi-hürriyətlərini qəbul etdirməklə ittiham edən komunistlər, hakimiyəti əllərinə aldıqdan sonra, kəndiləri milli hürriyət və istiqlal hərəkatlarını kökündən kəsməyə başladılar. Hətta bolşevizmdən daha əvvəl istiqlala malik və kəndilərinə görə bir dövlət qurmağa müvəffəq olan Polşa və Finlandiya kibi millətləri dəxi istiqlaldan məhrum etmək istədilər. Mavərayi Qafqasiyada dəxi, bolşeviklər xüsusi agentləri vasitəsilə milli hərəkatı öldürməyə və bu məqsədlə millətlər arasında milli ixtilafı qüvvətləndirməyə çalışdılar. Bu məqsədlə 1917 kanuni-əvvəlində (dekabrında) Tiflisdə hökuməti ələ almaq istədikləri kimi, Bakıda mart 1918-də erməni müsəlləh qüvvələrilə Türk xalqını qılıncdan keçirərək Erməni-Türk xalqını vəhdətdən uzaqlaşdırdılar və kəndi istifadələrindən ötürü bu millətlərin milli ədavətlərini dərinləşdirdilər. Eyni siyasəti Şimali Qafqasiya millətləri arasına dəxi salmaqdan çəkinmədilər. Millətlər və milli hökumətlər əleyhinə bolşeviklər Baltik sahilində dəxi az əmək sərf etmədilər. Buradakı əməkləri qanlı müsəlləh müharibələrə qədər vardı. Türküstan və sair cəhətlərdə müstəqil olmağa müvəffəq olmayan məhkum millətlər arasında isə milli hərəkatları öldürmək üçün bolşeviklər 2 milyondan ziyadə Türk məhv etmişlərdir.

Bolşeviklərin millətlər məsələsi daima, Rusya dairəsində olan millətlərin yalnız istiqlal hərəkatlarını deyil, sadə milli, mədəni inkişaf arzularının da ən ibtidada öldürmək və ondan bir əsəri-həyat buraxmamaq və milli hərəkatlarından müvəqqətən Qərb dövlətləri əleyhinə istifadəyi təmin etməkdən ibarət olmuşdur. Biz "müvəqqəti" kəlməsini işlətiyoruz, çünkü Sovet hökuməti nəzərində millətlərin istiqlalı qayə və məqsəd deyil, cahan ixtilalından ötrü bir vasitədir. Yuxarıda zikr etdiyimiz həqiqəti bolşevik istilasına "qurban" olunmuş millətlərin nümayəndələri daima təkrar etmişlərdir. Fəqət onları dinləyən olmamışdır. Daha qüvvətli dövlətlərlə hesabları olan millətlər, bolşevikləri kəndilərinə müttəfiq biliyorlardı. Hətta alman kibi bir millət bir vaxt az qala Şərqdəki müttəfiq ilə birləşiyordu. Fəqət komunistlərin Şərqdə və Qərbdəki fəaliyətləri cahan millətlərinin gözlərini açdı və onları təhdid edən komunizm təhlükəsini gördülər. Bu surətdə bolşeviklər, ixtilala qədər mövcud olan bütün nüfuzlarını kəndi daxillərindəki və xaricdəki millətlər arasında qeyb etdilər. Bütün bu qüvvətlər, Rusya daxilində Asyada, İranda, Çində, Misirdə bütün cahan miqyasında bolşeviklərin sabiq "dostları" əleyhlərinə çevrilmiş, kəndi istiqlalları üçün qan axıdıyorlar.

II

Bolşeviklərin məğlubiyət və hizmətləri yalnız millətlər cəbhəsində degildir. Onlar proletar və burjua cəbhələrində də məğlub oldular. Bolşeviklər oktyabr ixtilalında da demokratik fikirlər və ünsürlər üzərinə qələbə çaldıqdan sonra o qədər sərməst oldular ki Qərbi Avropanın demikratisinə ölüm zərbəsi vurmaq fikrinə düşdülər. Bu məqsədlə müharibədə məğlub olacaq millətlərə ümid bağladılar. Filhəqiqə bolşevizmdən bir il sonra Orta Avropa dövlətləri müharibədə məğlub oldular və Bolqarıstanda, Avstriya-Macarıstan və Almaniyada ixtilal baş verdi. Öylə görünüyordu ki, Leninin "Dünyanın ən çox kapitalist ölkəsində etimai-ixtilal" ümidi doğru çıxmaqdadır. Fəqət bu zamanda Rusyanın kəndi içərisində bolşeviklərdən ötürü böyük təhlükələr çıxmağa başladı və Admiral Kolçaq ilə General Denikinin, Antanta dövlətlərinin müavinətilə bolşeviklərə qarşı "Bəyaz hərəkatı" başladı. Bu hərəkatın təşkilatsızlığı və rus olmayan millətlərə qarşı dəxi mübarizə etdigi və bu surətlə qeyri-rus millətləri bolşeviklərlə müttəhid hərəkata məcbur qalmaları idi ki, yalnız bolşevikləri mühafizə etdi və Ağ hərəkat qalib gəlmədi.

Vəziyətlərinin ən qorxulu zamanında bolşeviklər, Qərbi Avropanın əmələ hərəkatı rəhbərlərinə müraciət etdilər. Oğrady, Lansburğ Makdonald və sairlərinin əfkari ümumiyəyə və hökumətlərinə etdikləri təsirlər nəticəsində Antanta, Rusya işlərinə müdaxilədən vaz keçməyə məcbur oldu. Bəyaz hərəkat və müdaxilədən sonra Sovet hökuməti yenə Qərb əmələ hərəkatı rəhbərlərinin yardımı ilə kəndini burjua dövlətlərincə təsdiq etdirməgə girişdi. Halbuki eyni zamanda həmin əmələ rəhbərləri üçün bolşeviklər dar ağacları hazırlıyorlardı. Hizmətlərinə baxmayaraq cahan sosyalist hərəkatının rəhbərləri olan Kautski, Şeydemanın, Bernştein, Brantinq və Vandervelde, Makdonald və sairlərini bolşeviklər burjuazinin quyruğu, ixtilafçı və xain deyə adlandırmaqda idilər. Bu "rəhbərlər", məsələ böylə ikən nasıl olur da demokrasi üzərinə qurulu Qərb sosyalizmi ilə rus bolşevizmi arasındakı dərin təzadı görməyib də bolşevik hiyləsinə aldanıyorlardı? Bunların bir qismi doğrudan da bolşeviklərin "sosyalizm cənnəti" haqqındakı nəğmələrinə aldanı-yorlardı. Bunlardan bir qismi o qədər uzaq getdilər ki "Komunist İnternasyonal"ın şöbələrini Qərbi Avropa dövlətlərində təsis edərək bolşeviklərin yeganə istinadgahları oldular. Əmələ rəhbərlərinin əksəriyəti isə bolşevizmin həqiqi mahiyətini iyicə anlıyor, onların nə kibi bir barbarlıqdan ibarət olduğunu təsəvvür ediyorlardı. Fəqət bunlar Rusyada olduğu kibi, əmələ və proletar kütləsi içərisində nüfus və etibarlarını qeyb etməmək üçün məcburən hərəkət ediyorlardı. Bu rəhbərlər istiyorlardı ki, Sovetlərə hüsni-təvəccöh bəsləyən Qərb əmələ kütləsi, bolevizmin məzərrətini və əmələ kütləsinin faydası degil, zərəri olduğunu kəndisi anlasın. Bunun üçün dəxi uzun bir müddət və əsaslı bir taktik lazım idi. 2-ci bir səbəb bu idi ki, Qərb əmələ hərəkatı başçıları Lenin, Trotski və sairləri kibi şəxslərin nəhayət komunizmin qabili-tətbiq olmadığını görüb anladıqdan sonra fərziyələrindən əl çəkəcəklərinə ümid bağlamaqda idilər.

Bir sözlə, bolşevizmin "evolusyon" üsulu ilə demokratizmə doğru inkişaf edəcəgini bəkliyorlardı. İşdə bu məqsəd üçün idi ki mükərrərən bütün əmələ beynəlmiləllərinin birləşməsini meydana atıyorlardı. Fəqət bütün bu müvəffəqiyətlər əqim qaldı. Əgər müvəqqəti etilaflar vaqe olurdusa da bunlar da bolşeviklər tərəfindən pozuluyordu. Rusyada sosyalistlərin təqib və edam edilmələri davam etdigi kibi, Qərb əmələ rəhbərləri əleyhinə propağanda dəxi susmuyordu. Nəhayət iş bir dərəcəyə gəldi ki Qərbin yalnız əmələ rəhbərləri deyil, əmələ kütləsi dəxi Sovet rejiminin və bolşevizmin həqiqi mahiyətini anladılar, ondan üz çevirməyə başladılar. Halı-hazırda Sovetlərə, bolşevizmə və onun III İnternasyonalına qarşı Viyana və II İnternasyonalşılar vahid bir təşkilat halına gəlmişlər və Qərbin bütün mütəşəkkil və müttəhid proletar sinfi, Sovet hökumətinin terror və vəhşət siyasətinə qarşı nifrətlər izhar ediyorlar. İngiltərənin Rusya ilə qəti münasibətini demək olur ki etiraz etmədən istiqbal edən əmələ kütləsi və onun liderləri yumuşaq bir surətdə etiraz etməkdədirlər. Fransa məbusanında isə sosyalistlər tam mənasilə komunistlər əleyhinə təərrüzə keçiyor, "siz komunistlər qatilsiniz" diyorlar. Bundan daha əvvəl Almanya, İngiltərə, Fransa və Belçika sosyalistlərinin konqresi, komunistləri qovmuş və aralarına buraxmamışlardır. Qərbi Avropada 30 milyonluq mütəşəkkil bir əmələ kütləsi vardır ki bunları bolşeviklər bi zaman kəndi tərəflərində olaraq burjua əleyhinə istifadə etməyi ümid ediyorlardı. Şimdi bu qüvvət yenə vardır fəqət bolşevik tərəfində deyil, bolşevik əleyhinə olaraq bir cəbhədir.

III

Daxildə və xaricdə bu qədər müşkülatlara məruz qalan bolşeviklər nəhayət "Müvəqqəti tənəffüs" dövrü elan etməyə, cahan ixtilalını "təxir etməyə" məcbur oldular. Burjua arxasında propağandadan maəda qüvvətli bir ordu dəxi lazım idi. Fəqət müasir əskəri və müharibə texniki adamdan ziyadə fabrikaya, mükəmməl yollara və sairəyə möhtacdır ki bunlar da paradan asılıdır. İştə bu səbəbdəndir ki Bolşeviklər ixtilala olan ümidləri qırıldıqdan sonra burjua dövlətlərinin qapılarını döyməyə və para dilənməyə başladılar. Yeni bir şüar meydana gəldi "Kapital ilə mücadilə üçün kapital" və bu kapitalı əldə etmək üçün bolşeviklər yalnız rus millətinə aid olan sərvətləri deyil, qeyri-rus millətlərinin milli sərvətlərini də satmağa hazır idilər. Bolşeviklərin fikirləri hər kəsə məlum isə də yenə öylələri bulundu ki müahidələr sayəsində Rusyada bəzi iqtisadi mənafelər təmin etməgə və digər tərəfdən də bolşevikləri komunizm propağanından məhrum qılmağa ümid bağladılar. O zaman öylə güman edilmişdi ki, bolşeviklər beynəlmiləl müahidələrə riayət edəcəklərdir. Lloyd George bu surətlə bolşeviklərə frak geydirib onları "centlimen" yapmaq istəmişdi. Filhəqiqə Cenevrə Konferansına bolşeviklər Avropanın ən məşhur dərziləri tərəfindən biçilmiş kostyum geyərək gəldilərsə də konferansın ən qızğın bir zamanında Sovetlərlə Almaniya arasında əqd edilmiş bir Rapallo Müahidəsi meydana gəldi. Bunu İngiltərə ilə Fransa ilə İtalya və sairləri ilə əqd olunan müahidələr təqib etdi. Bu müahidələrin xarakteristik cəhətləri yekdigəri əleyhinə propağandadan mütəqabilən vaz keçməkdən ibarətdi. Fəqət təcrübə göstərdi ki, bu müahidələr yalnız burjua dövlətlərindən ötürü məcburi tutuluyormuş. Cahan ixtilalı üçün gərək Avropa dövlətləri daxilində, gərək bu dövlətlərin müstəmləkələrində bolşeviklər geniş bir sahədə əsaslı surətdə hazırlanmaqda davam etdilər. Təbiidir ki ən ağır zərbəyi bu dövlətlərin ən qüvvətlisi və ən çox müstəmləkə sahibi olan İngiltərə hiss etməyə başlıyordu. Halı-hazırda bütün xəyallar, təkamül və müahidələr təcrübəsi qüvvəsini qeyb etmiş, müqabilində Avropada və müstəmləkələrdə bolşeviklərin vücuda gətirdikləri böyük və dərin ixtilal dəxi deyilsə də, bir anarşi təhlükəsi qalmışdır. Vəziyəti qurtarmaq üçün Sovetlərə qarşı müahidə və imzadan daha əsaslı tədbirlər lazımdır. Bu təşəbbüsü də İngiltərə dəröhdə etmişdir ki şübhəsiz kəndi mənafeləri üçün digərləri də onu təqib edəcəklərdir.

Əkbərağa Şeyxülislamzadə
"Yeni Qafqasiya", 15 Temmuz (iyul) 1927, №20 

SÜRÜLƏN MİLLİYƏTPƏRVƏRLƏR 

1923-dəki ümumi həbslərdən sonra 1924-də Rusyanın Şimalına və Bəhri-Mühiti-Müncəmidi (Buzlu okean) şimalındakı Soloveçki Monastra sürülən milliyətpərvər gənc Azərilər haqqında "Yeni Qafqasiya" vaxtında təfsilatı ilə yazmışdı. Bunlar həp darülfünun tələbəsindən ibarət bir qafilə (dəstə) idi. Bu qafilənin müddəti-məhkumiyətləri çoxdan tamam olmuş və Azərbaycana dönmək zamanları gəlmişkən daha qaytarılmadan arxalarınca 2-ci və 3-cü olmaq üzərə, keçən il və bu il yeni münəvvərlər qafiləsi sövq olunmuşdur. Biz 1924-dən bu vaxta qədər Sibiryaya sürülən, Rusiyanın müxtəlif yerlərinə sövq olunan tək-tək milliyətpərvərləri bu qafilələr xaricində tutuyoruz. Eyni surətlə 1922 sənəsində Urala sövq olunan sabiq Məclisi-Məbusan əzalarından Səfikürdlü Arslan, Qaraşarlı Rıza Bəy və tələbələrdən Feyzullahzadə dəxi bu böyük qafilələr xaricində bulunuyorlar.

Keçən ildə və bu il həbs olunub da Rusyaya sövq olunan qafilələrdən bəhs etməklə biz bu dəfə bu qafilələri təşkil edənlərin haqqında qısa bir məlumat vermək istiyoruz.

Bu qafilələr içində bulunanlardan şimdilik bizcə bəlli olanlar bunlardır. Əli Yusif (Paris Sciencə Politique Məktəbindən məzun öğrənci), Azərbaycanın atəşin milliyətpərvər şair və mühərrirlərindən biridir. 1919-1920-də milli hökumət tərəfindən Avropaya göndərilən tələbələr içində bulunmuş, Parisdə məktəbi-siyasi itmamından sonra 1923-də Bakıya dönmüşdür. Əli Yusif Bakıya gəldikdən sonra Bakı Ali Politexnik İnstitutunda müdərrislik etməklə bərabər Azərbaycan Ədəbiyat Cəmiyəti və "Ziraət Bankası" katibi bulunuyordu. 1924 sənəsindən başlayaraq dəfələrlə tutulmuş və nihayət hər gün "Çeka"ya gedib təqdim olunmaq şərtilə sərbəst buraxılmışdır. 1925 sonlarında həbsə alınaraq bu vaxta qədər uzun müddət geri - insani işkəncələrə məruz tutulduqdan sonra Rusiyanın Şimalına sövq olunmuşdur.

Dadaş Həsənzadə, Əli Yusiflə bərabər tövqif və Şimala sürülən bu gənc 1925-də Bakı Darülfünunu Tib fakultəsini itmam etmiş münəvvər milliyətpərvərlərdəndir.

Əhməd Hacızadə: İstiqlal dövrünün milli ordu zabitanında bulunan bu gənc hökuməti-milliyə dövründə telsiz teleğraf ixtisasını kəsb etmiş və orduda da bu vəzifə ilə xidmət ediyordu. İstiladan sonra sair zabitlərimizlə bərabər illərlə Sibiryada bulunmuş və nəhayət bir vasitə ilə övdət edib Bakıda qəzetələrdə çalışıyor və Darülfünunun Şərq fakultəsində təhsillə məşğul bulunuyordu.

Rəhim Bəy Vəkilli: Bakıda Darülfünunun Şərq fakultəsi Tarix-İctimaiyat Şöbəsini itmam (qurtarmaq) üzərə diploma imtahanı vermiş olan və bu zamanda tövqif və sürülən bu gənc milli hökumət dövründə Məclisi-Məbusan əzası idi. Rəhim Vəkillinin ismi Azərbaycan istiqlal tarixilə sıxı surətdə mərbut bulunmaqdadır. 1918-də, 28 Mayısda Azərbaycan istiqlalını elan edən Şurayi-Millinin 2 katiblərindən biri də bu gənc idi. İstiladan sonra Rəhim Bəy dəfəatlə tutulmuş və bu həbslərdə böyük qəhrəmanlıqlar göstərməklə məruf olmuşdur.

Əbülfəzl Babazadə: Bu gənc, qüvvətli lisana, qələmə, məlumata malik olub, Azərbaycan Darülfünunun Şərq fakultəsi Ədəbiyat Şöbəsinin itmam etmək üzərə bulunuyordu. Əbülfəzl Babazadə daha gənc ikən, 1914-də ruşdiyə orta məktəblərdə ikən ictimai həyata atılmış, gizli gənclər cəmiyətlərində əzalıqdan katib və riyasətligə qədər yüksəlmiş, Azəri gəncliginin çox sevdigi simalardan biridir.

Məhəmməd Həsən Baharlı: Azərbaycanın iqtisadiyat və ictimaiyət alimlərindən olan Məhəmməd Həsən Baharlı (Vəliyev) 1917-də Kiyev Darülfünununu itmam etmişdir. Gərək Kiyevdə gərək Azərbaycanda ikən Məhəmməd Həsən Bəy milli hərəkatlarda, istiqlal mübarizələrində yaxından iştirak etmişdir. İstiladan sonra isə Məhəmməd Həsən Bəy fəaliyətini tətəbbö (araşdırma), mühərrirlik və müəllimlik sahəsinə atmışdır. "Azərbaycan Ali İqtisad Şurası Əxbarı" namində birinci dəfə olaraq çıxan elmi və iqtisadi bir məcmuəyi illərdən bəri idarə edən Məhəmməd Həsən Bəy "Azərbaycan iqtisadi, etnoğrafi və coğrafisinə aid" elmi bir əsər yaratmış və Azərbaycan tarixini tədqiq edərək bu xüsusda dəxi bir kitab meydana gətirmişdir. Son zamanlarda Məhəmməd Həsən Bəy, Bakıda Ali Pedaqoji İnstitutu ilə Darülfünunda Azərbaycan tarixi kursunu tədris etməkdə idi.

Qəzənfər Sultanzadə: Bakı Ali Pedaqoji İnstitutu son sinifi tələbələrindən olan bu gənc, milli hökumət dövründə Məclisi-Məbusanda maliyə komisyonu katibi bulunuyordu.

Müseyyib Bədəlbəyli: Bakı Darülfünunu Şərq fakultəsi Tarix-İctimaiyat Şöbəsinin son sinifində bulunan bu gənc fədakar bir milliyətpərvərdir.

İsfəndiyar Bəy Vəkilli, Muin Niyazi və Mir Əbdülqəni Bakı orta məktəblərində müəllimlik edən münəvvər simalardır.

İbrahim Axundzadə: Milli Ordu zabitlərindən olan bu gənc istila dövründə orta məktəblərdə müəllimlik vəzifəsində bulunmaqda idi.

Rusiyaya sürülən münəvvər milliyətpərvərlərin siyahısı bunlarla bitmiyor. Bu siyahı yüzləri keçən sürülmüşlər içərisindən alınmış və şimdilik bizə bəlli olanlardır. Digərləri haqqında dəxi gələcək nömrələrimizdə məlumat verəcəgiz.

"Yeni Qafqasiya", 31 Temmuz (iyul) 1927, №21

BİR MÜLTƏCİNİN MƏKTUBU

(Təbrizdən göndərilən bir məktub) 

Sonki təqibatdan qaçaraq Təbrizə iltica edən azərbaycanlı bir gənc bizə aşağıdakı məktubu göndərmişdir:

"... Müdhiş "Çeka" həyatından daha acı və çəkilməz mühacirət həyatına atıldığım hənuz bir ay olmadı. Azərbaycanımızın istiqlal mücadiləsinin bitmədiginə və bitmiyəcəginə əmin olduğunuz yəqinimdir. Son həbslər, sürgünlər, hətta edamlar buna şahiddir. 26 sənəsinin əvvəllərindən etibarən üzərimizə başlayan hücum təşrini-sani (noyabr) və kanuni-əvvəl (dekabr) aylarında bilxassə şiddətləndi. Müsavat naminə anlaqlı ziyalılar və əski Azərbaycan ordusunda bulunan bütün zabitlər "Çeka"ya atıldı. Həbs olunanların miqdarı, bən kanuni-əvvəlin (dekabrın) sonlarında orada ikən, 7-8 yüz kişi qədər təxmin olunuyordu. Bən Bakıdan çıxdıqdan sonra, Səlyan Qışlasını mühasirəyə almış, bütün Türk zabitlərini yenidən həbs etmişlərdir. Bunlardan maəda (başqa) bir çox tələbə və müəllimlər də həbs olunmuşlardır. Məhbusların arasında qadınlar da vardır. Bir sənədən bəri həbsə alınan Yusifzadə Əli, "Çeka"da ağır surətdə xəstədir. Evlərindən heç bir şey qəbul etmiyordular. Ehtimal ki, şimdiyə qədər həyata vida etmişdir.

Yeni həbsə alınanlardan mən tanıdıqlarım bunlardır:

Vəkilli Rəhim, Baharlı Məhəmməd Həsən, Muin Niyazi, Mir Əbdülqəni, Nəsibli Əsəd, Vəkilli İsfəndiyar, Soltanzadə Qəzənfər, zabitlərdən Gəncəli Axundzadə Hüseyin, Bəkdəmir İmanov, gənc doktorlardan Dadaş, Darülfünun Şərq fakültəsi son kurs tələbəsindən 11 zat həbs olunmuşdur. Bunlardan tanıdıq-larım bunlardır: Əhməd Hacızadə, Əbülfəzl Babazadə, Bədəlbəyli Müseyib, Xəlil, Hüseyinzadə Surxay və başqaları. Məhbusların bir çoxunu Sibiryaya sürmək, digərlərini də edam etmək fikrində idilər. Mən həbs edilmək üzərə ikən qaçdım. 15 gündən bəridir ki, Təbrizdəyəm.

Möhtərəm yurddaş! Qüdsi istiqlalımız uğrunda hər şeyə təhəmmül etmək vəzifəmizdir. Ümid şöləsi ilə parlayan gözlərinizə baxar, əllərinizi sıxaram.

Bakıda "Müsavat" Firqəsi gizlin təşkilatı üzvlərindən

Əyn. Ha.
7 şubat (fevral) 1927
Təbriz
"Yeni Qafqasiya", 1 Nisan (aprel) 1927, №13

(Ardı var)

 





14.05.2019    çap et  çap et