525.Az

Polşa Türkiyənin yerinə F-35 qırıcılarını almaq niyyətindədir


 

Polşa Türkiyənin yerinə F-35 qırıcılarını almaq niyyətindədir<b style="color:red"></b>

Polşa dövləti Türkiyənin ABŞ-ın F-35 döyüş təyyarələrini almaqdan imtina edərsə, bu qırıcıları əldə etməyə hazır olduqlarını bildirib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, Polşa rəhbərliyi Türkiyə və ABŞ arasındakı son aylarda yaşanan gərginliyi yaxından izləyir. Rəsmi Ankaranın Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemlərini almaq istəməsi Polşanın bu qərara gəlməsini şərtləndirib.

Bildirilir ki, rəsmi Ankaranın bu addımı ABŞ-ın beşinci nəsil F-35 döyüş təyyarələrinin Türkiyəyə satışını poza bilər.
Qeyd edilib ki, Polşa sözügedən təyyarələri almaq üçün növbə gözləyir və əgər Türkiyə F-35-lərin tədarükündən əl çəkərsə, Varşava onları alacaq.

Qeyd edək ki, hələ 2017-ci ildə Polşa Hava Qüvvələri 2025-ci ilə qədər beşinci nəsl hesab edilən F-35 döyüş təyyarələrini almağı planlaşdırdığını bəyan etmişdi.

 





11.06.2019    çap et  çap et