525.Az

Çempionlar Liqası: "Qarabağ" növbəti mərhələdə


 

Çempionlar Liqası: "Qarabağ" növbəti mərhələdə<b style="color:red"></b>

"Qarabağ" bu gün Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, Ağdam klubu "Dalğa Arena"da "Partizani"ni qəbul edib.  Tiranadakı ilk matçda qolsuz bərabərliyə razılaşan Qurban Qurbanovun komandası bu dəfə 2:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

"Qarabağ"  2-ci  mərhələdə "Riqa" (Latviya) - "Dandolk" (İrlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Çempionlar Liqası

1-ci təsnifat mərhələsinin cavab oyunu

17 iyul

21:00. "Qarabağ" (Azərbaycan) - "Partizani" (Albaniya) - 2:0
Qollar
: Filip Ozobiç, 51, Dani Kintana, 90+4
Hakimlər: Dumitru Muntean, Vladislav Lifçiu, Andrey Bodean, Aleksandru Tean
İlk oyun - 0:0
Bakı, "Dalğa Arena"

 





18.07.2019    çap et  çap et