525.Az

38 dərəcə isti olacaq


 

38 dərəcə isti olacaq <b style="color:red"></b>

Sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, cənub-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, havanın temperaturu  gecə 19-23°, gündüz 30-34°, Bakıda gecə 21-23°, gündüz 32-34° isti təşkil edəcək.

Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək.Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25°, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24°, gündüz 33-38°, dağlarda gecə 14-18°, gündüz 23-28° isti təşkil edəcək.

 





17.08.2019    çap et  çap et