525.Az

İki rayona yeni polis rəisi təyin olundu


 

İki rayona yeni polis rəisi təyin olundu<b style="color:red"></b>

Xaçmaz və Xızı rayon Polis şöbələrinə yeni polis rəisləri təyin olunub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmrinə əsasən Xızı RPŞ-nin rəisi Həmid Həsənov Xaçmaz  RPŞ-nin rəisi təyin olunub.

Suraxanı rayon Polis İdarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin rəisi Faiq Quliyev isə Xızı RPŞ-nin rəisi təyin edilib.

 

 





19.08.2019    çap et  çap et