525.Az

Tramp uğursuz Qrenlandiya təklifinə görə Danimarka baş naziri ilə görüşünü təxirə saldı


 

Tramp uğursuz Qrenlandiya təklifinə görə Danimarka baş naziri ilə görüşünü təxirə saldı<b style="color:red"></b>

ABŞ prezidenti Donald Tramp Qrenlandiya adasının alınması ilə bağlı Vaşinqtonun etdiyi təklifi geri çevirən Danimarkanın baş naziri Mette Frederiksenlə planlaşdırılmış görüşünü təxirə salıb.

APA xəbər verir ki, belə bir məlumatı Tramp özünün “Twitter” səhifəsində paylaşıb.

“Danimarka – qeyi-adi insanların olduğu xüsusi bir ölkədir. Ancaq baş nazir Mette Frederiksenin Qrenlandiyanın satışı məsələsinin müzakirəsində maraqlı olmamasına dair etdiyi açıqlamalarına əsaslanaraq, iki həftə sonraya planlaşdırılmış görüşü başqa bir vaxta qədər təxirə salıram”, - deyə, prezident bildirib.

 





21.08.2019    çap et  çap et