525.Az

Taxta bazarındakı yanğın söndürüldü


 

Taxta bazarındakı yanğın söndürüldü<b style="color:red"></b>

Bakı şəhəri, Nərimanov rayonu, "Baksol" yolu yaxınlığında tikinti materialları bazarında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən söndürülüb.

APA xəbər verir ki, bu barədə nazirlik tərəfindən yayılmış məlumatda deyilir.

Məlumata görə, yanğının söndürülməsi üçün əraziyə ümumilikdə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 34 ədəd texnika və 141 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 6 ədəd texnika və 60 nəfərdən ibarət canlı qüvvə cəlb olunub. İki nəfər yanğınsöndürən tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, üç nəfərə isə yerində yardım göstərilib.

İlkin hesablamalara görə, təxminən, 7200 kv/m taxta məmulatları yanıb. Bitişik obyektlər yanğından mühafizə olunub.

 





23.08.2019    çap et  çap et