525.Az

Polis Akademiyasının kursantları AzTU-da


 

Polis Akademiyasının kursantları AzTU-da <b style="color:red"></b>

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası və Azərbaycan Texniki Universiteti (AzTU) arasında informasiya təhlükəsizliyi ilə əlaqəli bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində akademiyanın informasiya təhlükəsizliyi ixtisası üzrə təhsil alan bir qrup tələbəsi oktyabrın 7-də AzTU-nun qonağı olub.

Kursantlar AzTU-nun imtahan otaqları, laboratoriyaları, muzeyləri, server otaqları və “Telekommunikasiya sistemləri və informasiya təhlükəsizliyi” kafedrası ilə yaxından tanış olublar.

Daha sonra hər iki universitetin tələbələrinin iştirakı ilə universitetin iclas zalında görüş keçirilib. Görüşdə AzTU-nun “Telekommunikasiya sistemləri və informasiya təhlükəsizliyi” kafedrasının müdiri Mehman Həsənovun “Azərbaycanın ağıllı şəhərlərinin və təhlükəsizliyinin inkişafı üçün innovasiyalar” mövzusunda məruzəsi maraqla dinlənilib. Məruzədə gələcəyin ən müasir texnologiyaları haqqında məlumat verilib.

Qeyd edək ki, kursantlar Polis Akademiyası rəisinin Tədris işləri üzrə müşaviri Səməd Hümbətov, Tədris şöbəsinin inspektoru Rüfət Abdullayev və Texniki şöbənin baş inspektoru Xaliq Piriyevin rəhbərliyi ilə AzTU-da olublar.

 





07.10.2019    çap et  çap et