525.Az

Mühəndislik Universiteti ilə AMEA-nın iki strukturu arasında əməkdaşlıq müqaviləsi


 

Mühəndislik Universiteti ilə AMEA-nın iki strukturu arasında əməkdaşlıq müqaviləsi <b style="color:red"></b>

Bakı Mühəndislik Universiteti (BMU) ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Strateji Elmi Tədqiqatlar Mərkəzi və AMEA-nın İdarəetmə Sistemləri İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Tədbirdə çıxış edən universitetin rektoru, professor Havar Məmmədov rəhbərlik etdiyi universitetdə Texnopark və İnnovasiya Mərkəzinin fəaliyyət göstərdiyini, burada innovasiyaların, eləcə də innovativ sahibkarlığın, startapların inkişafına dəstək verdiklərini bildirib. O, BMU-nun bu sahədə müxtəlif şirkətlərlə əməkdaşlıq etdiyini nəzərə çatdırıb. BMU-nun AMEA-nın adıçəkilən müvafiq qurumları ilə əsası qoyulan əməkdaşlığına toxunan H.Məmmədov ümidvar olduğunu bildirib ki, əməkdaşlıq tədris prosesinə elmin inteqrasiyasına, tələbələrin elmin incəliklərinə yiyələnməsinə, yeni elmi nəticələrin alınmasına və onların kommersiyalaşdırılmasına xidmət edəcək.

AMEA Strateji Elmi Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev qeyd edib ki, BMU innovasiyalar, eləcə də innovativ sahibkarlıq və  startaplar yüksək səviyyədə inkişaf edib: “BMU ilə bağladığımız əməkdaşlıq bizim işimizin ümumi inkişafına xüsusi töhfə olacaq. Biz çalışacağıq ki, layihələrdə iştirak edən tələbələrə lazımi şərait yaradılsın”.

AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev çıxışında əməkdaşlığın uğurlu olacağını vurğulayıb. O bildirib ki, hər üç tərəfin kifayət qədər elmi və təcrübi potensialı var. Bu əməkdaşlıq sayəsində yeni innovativ elmi-tədqiqat işlərinin aparılması və yeni texnologiyaların işlənilməsi həyata keçiriləcək.

Sonra BMU-nun rektoru, professor Havar Məmmədov, AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi direktoru, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev və AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev əməkdaşlıq müqaviləsini imzalayıblar.

Müqavilənin məqsədi BMU-da fəaliyyət göstərən ixtisaslar üzrə mütəxəssis hazırlığında və biliklərin yayılmasında maddi-texniki, elmi metodiki və təşkilatı tədbirlərin, müxtəlif sahə və istiqamətlər üzrə fundamental və tətbiq yönümlü elmi-tədqiqat işlərinin aparilması, yeni texnologiyaların işlənilməsi, əldə olunan elmi nəticələrin tədris prosesində və müxtəlif istehsalat sahələrində tətbiq olunmasıdır.

 





09.10.2019    çap et  çap et