525.Az

Millət vəkilləri məişət zorakılığının artmasından narahatdırlar


 

Millət vəkilləri məişət zorakılığının artmasından narahatdırlar<b style="color:red"></b>

"Son zamanlar ölkəmizdə məişət zorakılığı həddindən çox artıb. Bunun qarşısı  hansısa yolla alınmalıdır".

Bunu professor, millət vəkili Aytən Mustafayeva dünən parlamentin növbəti plenar iclasında çıxışı zamanı səsləndirib. "Dünən baş verən dəhşətli hadisə, uşağının, övladının gözü qarşısında ata həyat yoldaşını, övladının anasını qəddarlıqla öldürüb, ona 20 bıçaq zərbəsi vurub... Özü də hamının gözü qarşısında... Hamı da durub seyr edib, bunu durub telefona çəkib... Bu, dəhşətdir. Artıq kişilər yoxdur ki, həmin qadını dartıb onun əlindən alsın və ya alaydı... Biz  hara gedirik?! Hesab edirəm ki, qanunvericiliyə çox ciddi dəyişikliklər edilməlidir, cinayət qanunvericiliyi sərtləşdirilməlidir", - deyə A.Mustafayeva sözlərinə əlavə edib.

Digər millət vəkili Məlahət İbrahimqızı isə bildirib ki, məişət zorakılığı ilə bağlı BMT-də bir sıra sənədlər var: "Məişət zorakılığına   qarşı təkcə siyasilər deyil, hər kəs mübarizə aparmalıdırlar". Bu yaxınlarda cəmiyyətdə "zəlzələ təsiri" yaradan hadisənin baş verdiyini deyən deputat bildirib ki, özlərini "ana müxalifət" adlandıran partiyanın üzvünün ailəsində uzun illərdir ki, problem olduğunu aşkara çıxdı. M.İbrahimqızı cəmiyyətin məsələyə reaksiya verməməsinə də təəssüfünü bildirib: "Nə qədər ki, cəmiyyətdə bu cür hadisələrə biganəlik olacaq, belə hadisələr davam edəcək".

Kamil HƏMZƏOĞLU

 





09.10.2019    çap et  çap et