525.Az

Lavrov: “ABŞ Suriya ərazisinin bir hissəsini qoparmaq istəyir”


 

Lavrov: “ABŞ Suriya ərazisinin bir hissəsini qoparmaq istəyir”<b style="color:red"></b>

“ABŞ Suriyada, Fərat çayının şərq sahilində əraziləri ayırmağa çalışır və orada kvazidövlət yaratmaq üçün əlindən gələni edir”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov II Paris sülh forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ABŞ Körfəz ölkələrindən Suriya demokratik qüvvələrinin, kürd qruplaşmalarının əsasında yerli administrasiya yaratmaq üçün böyük investisiyalar barədə xahiş edir: “Burada məqsəd Suriyanın bu hissəsini qoparmaqla, oradakı neft yataqlarını nəzarətdə saxlamaqdır”.

S. Lavrov bildirib ki, ABŞ-ın Suriyada neft yataqlarına nəzarəti ələ keçirmək cəhdləri qanunsuzdur və müsbət heç nə vəd etmir.

Rusiya XİN başçısı ABŞ-ın müttəfiqlərinə rəsmi Dəməşqin nəzarətində olan Suriyanın yenidən qurulması layihələrinə investisiya yatırmağı qadağan etdiyini də vurğulayıb.

“Biz Suriya hökuməti ilə birlikdə hamını qaçqınların geri dönməsi və ölkənin normal həyatına qayıtmasına dəstək verməyə çağırırıq”, - deyə S. Lavrov qeyd edib.

 





13.11.2019    çap et  çap et