525.Az

"Odərlər" romanı türkiyəli oxuculara təqdim olundu


 

"Odərlər" romanı türkiyəli oxuculara təqdim olundu<b style="color:red"></b>

Noyabrın 11-də Dədə Qorqud və Əhməd Yasəvi vəqfinin təşkilatçılığı ilə Ankarada azərbaycanlı yazar, pedaqoq, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqin "Odərlər" romanının imza mərasimi keçirilib.

Tədbiri Dədə Qorqud vəqfinin rəhbəri, şair, Azərbaycan sevdalısı Servet Gurcan açaraq, "Odərlər" romanı barəsində tədbir iştirakçılarına ətraflı məlumat verib. Romanın türk dünyası üçün önəmindən danışan Servet Gurcan, çıxışında əsərin hər bir nöqtəsində belə türk ruhu olduğunu xüsusi olaraq vurğulayıb.

Sonra çıxış üçün söz Türkiyənin keçmiş mədəniyyət naziri, Türk Dünyası ziyalılarından Namiq Kamal Zeybəkə verilib. O, çıxışında türklərin tarixi, türkçülük ideologiyası barəsində nitq söyləyib. Bununla yanaşı, "Odərlər" romanının ideya baxımından türk dünyasını birləşdirici bir mövqe tutduğunu bildirib.

Tədbir roman ətrafında müzakirələrlə davam edib. Müzakirələr vaxtı tədbir iştirakçıları parallel olaraq türk mifologiyası, inanc sistemi haqqında da fikirlərini bölüşüblər.

"Odərlər" romanının təqdimat mərasiminə bir sıra yerli KİV nümayəndələri, həmçinin, araşdırmaçı-yazar Müjdat Kayayerli, Dədə Qorqud vəqfinin sədr müavini, arxeoloq Metehan Gürcan, yazıçı Miraç Demirbaş, Vedat Çağlar, yazıçı Alper Aksoy, professor Mustafa Karakaya, Beyazid Karacan, yazıçı Fahrettin Alay, Erdoğan Pamuk, rəssam Mustafa Kaya Akozan, Bilal Şahbaz, rəssam Aydın Demirkaya, TRT əməkdaşı Nebi Tamyüksel, rəssam Nezih Demirtepe, Ural Yılmaz kimi türkiyəli ziyalılar da qatılıb.

Sonda Şəmil Sadiq türkiyəli oxucuları üçün "Odərlər" romanını imzalayıb.

Şahanə MÜŞFİQ

 





13.11.2019    çap et  çap et