525.Az

BANM kibertəhlükəsizlik üzrə nüfuzlu təşkilatın rəsmi partnyoru seçilib


 

BANM kibertəhlükəsizlik üzrə nüfuzlu təşkilatın rəsmi partnyoru seçilib<b style="color:red"></b>

Bakı Ali Neft Məktəbi (BANM) Elektron Ticarət Məsləhətçiləri Beynəlxalq Şurasının (The International Council of Electronic Commerce Consultants - EC-Council) rəsmi olaraq Akademiya Partnyoru seçilib.

BANM-dan verilən xəbərə görə, "EC-Council" kibertəhlükəsizlik üzrə dünyanın ən böyük texniki sertifikatlaşdırma orqanıdır.

Eyni zamanda, elektron ticarət və informasiya təhlükəsizliyi bacarıqlarına sahib olan şəxslərə dəstək verən peşəkar təşkilatdır. Qlobal miqyasda 145 ölkədə fəaliyyət göstərir və dünyaca məşhur Sertifikatlı Etik Haker, Sertifikatlı Təhlükəsizlik Təhlilçisi, Lisenziyaya Nəzarət Testi proqramlarına malikdir. Şura nüfuzlu təşkilatların kiber təhlükəsizlik təfəkkürünə təsir göstərən 200.000-dən çox informasiya təhlükəsizliyi üzrə mütəxəssis hazırlayıb.

Eyni zamanda, sözügedən qurum elektron ticarət və informasiya təhlükəsizliyi sahəsində bacarıqlara sahib olan mütəxəssisləri ətrafında cəmləyib.

"EC-Şura" sının Akademiya Portnyoru olmaq BANM-ə rəsmi "EC-Council" Akademiya Partnyoru sertifikatı əldə etmək,  eksklüziv tədbirlərdə iştirak etmək, müəllimlər üçün güzəştlər və təqaüdlər, kiber rəqabət güzəştləri, təqaüdlər qazanmaq kimi üstünlüklərdən yararlanmaq imkanı verir.

Qeyd edək ki, peşəkar sertifikatlaşdırma orqanı kimi tanınan "EC-Council"un mərkəzi ofisi Nyu-Meksiko şəhərində yerləşir.

S.QARAYEVA

 





13.11.2019    çap et  çap et