525.Az

Nikola Yurçeviç istefaya göndərildi


 

Nikola Yurçeviç istefaya göndərildi <b style="color:red"></b>

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç vəzifəsindən azad edilib.

Apasport.az saytının məlumatına görə, bu barədə qərar AFFA-nın İcraiyyə Komitəsinin iclasında verilib.

Millinin AVRO-2020-nin seçmə mərhələsindəki çıxışını müzakirə edən komitə üzvləri baş məşqçinin hesabatını dinləyib.

Tsikli uğursuz sayan qurum bu ilin əvvəlindən yığmanı çalışdıran xorvatiyalı mütəxəssisin işini qeyri-qənaətbəxş hesab edib. Bu səbəbdən müqaviləsi fevralda başa çatacaq mütəxəssis istefaya göndərilib.

 





13.12.2019    çap et  çap et