525.Az

“Anadolujet” martın 29-dan Bakıya uçuşlara başlayacaq


 

“Anadolujet” martın 29-dan Bakıya uçuşlara başlayacaq<b style="color:red"></b>

"Türk Hava Yolları" şirkətinin aşağı büdcəli törəməsi "Anadolujet” martın 29-dan 16 xarici ölkəyə, 28 istiqamətdə uçuşlara başlayacaq.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, onun uçuş istiqamətləri arasında Bakı, eləcə də Barselona, Berlin, Brüssel, Frankfurt, Təl-Əviv, Münhen, London kimi böyük şəhərlər də var.

Aviaşirkət reysləri 57 təyyarə ilə yerinə yetirəcək.

 





14.01.2020    çap et  çap et