525.Az

Misirdə dünyanın ən qədim şəkilli kitabı tapılıb


 

Misirdə dünyanın ən qədim şəkilli kitabı tapılıb<b style="color:red"></b>

Arxeoloqlar Misirdə dünyanın ən qədim şəkilli kitabını tapıblar. Təxminən 4 min il əvvəl hazırlandığı güman edilən bu unikal kitabda fironların ölümdən sonra Osiris tanrısının yanına getməsi izah edilir.

AZƏRTAC MENA informasiya agentliyinə istinadla xəbər verir ki, fironun tabutunun üzərində eramızdan əvvəl 2055-1795-ci illərdə yazılmış "İki yolun kitabı" adlanan bu artefaktda minlərlə talisman və ilahi yazılar var. Onların hamısı ölümdən sonrakı həyat haqqındadır. Talismanların əksəriyyəti piramidalarda olan mətnlərdən köçürülüb və ancaq fironlara aid olub. Bu cür təsvirlər və yazılar Qədim Misirin bir çox abidələrində - obelisklər, sərdabalarda, habelə papiruslarda mövcuddur.

Arxeoloqlar qeyd ediblər ki, mətn və şəkillər fironun dəfnindən sonra kahinlərin nəzarəti altında işlənilib. Qədim Misirdə dəfn ayinlərində iştirak edən kahinlər belə düşünüblər ki, fironlar Osiris tanrısının hüzurunda daha xoşbəxt həyat sürəcəklər. Bundan başqa, kitabda hökmdarların tanrının hüzurunda məhkəməyə çıxarılacağı da təsvir edilib.

 





15.01.2020    çap et  çap et