525.Az

Avstriyada yazıçı Kamal Abdullanın “Yarımçıq əlyazma” romanının təqdimatı keçirilib


 

Avstriyada yazıçı Kamal Abdullanın “Yarımçıq əlyazma” romanının təqdimatı keçirilib<b style="color:red"></b>

Yazıçı Kamal Abdullanın istər Azərbaycanda, istərsə xarici ölkələrin mətbuat səhifələrində geniş müzakirələrə polemikalara yol açmış məşhurYarımçıq əlyazmaromanının Avstriyada təqdimat mərasimi keçirilib. 

 Qrats Karl Frants Universitetinin Alman dili ədəbiyyatı institutunun təşkilatçılığı ilə keçirilmiş tədbir həmin universitetinDradivaberladlı kitab evində reallaşdırılıb.

Tədbiri giriş sözü ilə açan Qrats Universitetinin Alman dili Ədəbiyyatı İnstitutunun rəhbəri, professor Paul Portmann-Tselikas müəllif barədə məlumat verib, onu müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olmaqla yanaşı, tanınmış ədəbi tənqidçi, ədəbiyyatşünas, dilşünas mədəniyyətşünas alim kimi səciyyələndirib.

Qeyd edilib ki, yazıçının bu əsəri indiyədək ingilis, rus, ərəb, fransız, türk, qazax, portuqal digər dillərə tərcümə edilərək, ABŞ, Rusiya, Misir, Fransa, Polşa, Qazaxıstan, Braziliya s. ölkələrdə çap edilib Qoldeqqnəşriyyatında Aygün Mehbalıyevanın tərcüməsində işıq üzü görən bu roman yazıçının alman dilli məkanda debütü sayılır.

Almaniyanın Vürtsburq Universitetinin professoru Ziqlinde Hartmann romanın əsas mövzusu, onun aid olduğu tarixi dövrlər, Azərbaycanda cərəyan edən hadisələrdən bəhs edib, yazıçının əsərin ana qayəsini təşkil edən tarixi şəxsiyyətlər hadisələrə yanaşma tərzi, onları öz dili ilə ifadə üslubu barədə danışıb. O, eyni zamanda bu əsərdə əksini tapan alman ədəbiyyatının önəmli əsərlərindən biriNibelunqlar nəğməsiKitabi Dədə Qorqudarasında səsləşən məqamlara da toxunub.

Almaniyanın Maynts Universitetinin professoru, “Kitabi Dədə Qorquddastanının XX əsrdə alman dilinə son tərcüməçisi, tanınmış türkoloq alim Hendrik Boeshotten romandakı Dədə Qorqud Şah İsmayıl Xətai personajların reallıqla uzlaşan məqamlarına toxunmuş, yazıçının bənzərsiz üslubu yazı manerası haqqında söz açıb.

Tədbirdə çıxış edən Kamal Abdulla kitabın alman dilində ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkürünü bildirmiş, bu əsərin səs sözə böyük qiymət verilən Avstriyada nəşr olunmasına görə məmnunluğunu ifadə edib. Müəllif qeyd edib ki, bu romanın dünyanın müxtəlif ölkələrində oxucular tərəfindən Azərbaycan ədəbiyyatının bir nümunəsi kimi maraqla qarşılanması həmin əsərdə Azərbaycanın görkəmli şəxsiyyətlərindən tariximizin önəmli dövrlərindən bəhs olunması onun üçün xüsusi əhəmiyyət daşıyır.

Romanın tərcüməçisi Aygün Mehbalıyeva əsərin alman dilinə tərcüməsi ilə bağlı özünəməxsus məqamlara toxunub, tərcümə zamanı orijinalın keyfiyyətlərini qorumaqla Dədə Qorqud, Şah İsmayıl müasir dövrlərə xas dil üslubuna xüsusi diqqət yetirildiyini bildirib.

Sonra Azərbaycan alman dillərində romandan parçalar oxunub.

Sonda müəllif oxucuları maraqlandıran sualları cavablandırıb, əsərin ədəbi-bədii keyfiyyətləri ilə bağlı diskussiya aparılıb.

Zəngin ədəbi ənənələri olan Avstriyada  yazarımızın bu uğuru Azərbaycan ədəbiyyatı adına əlamətdar hadisə kimi yadda qaldı. 

Günay ƏLİYEVA

 





23.11.2013    çap et  çap et