525.Az

Türkiyə-İran sərhədində zəlzələ Naxçıvanda 3-4 bal hiss edilib - YENİLƏNİB


 

Türkiyə-İran sərhədində zəlzələ Naxçıvanda 3-4 bal hiss edilib -<b style="color:red"> YENİLƏNİB</b>

Türkiyə-İran sərhədində zəlzələ Naxçıvanda hiss edilib.

APA-nın Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, bu gün yerli vaxtla saat 09:52-də Naxçıvan stansiyasından 110 km cənub-qərbdə Türkiyə-İran sərhədində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.

Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Zəlzələ Naxçıvan Muxtar Respublikası ərazisində 4-3 bala qədər hiss olunub.

 

 





23.02.2020    çap et  çap et