525.Az

Hürufi şairi Süruri və onun yeni əldə edilmiş divanı


 

Hürufi şairi Süruri və onun yeni əldə edilmiş divanı<b style="color:red"></b>

AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor əvəzi,
filologiya elmləri diktoru

(Şəkil: Süruri divanının Vatikan nüsxəsindən bir səhifə)    

Süruri XV əsrin sonuXVI əsrin əvvəllərində yaşamış hürufi şairimiz, şeirlərində Nəsimi ənənələrini davam etdirmiş, haqqında çox az məlumata malik olduğumuz, ədəbiyyat tariximizdə ancaq bir neçə şeirindən söhbət gedən sənətkarlarımızdandır. Akademik Həmid AraslıBöyük Azərbaycan şairi Füzulimonoqrafiyasında Süruridən Şah İsmayıl Xətai dövrünün görkəmli Azərbaycan sənətkarı, Həbibi, Şahi, Matəmi, Qasimi, Tüfeyli ilə bərabər saraydakı ədəbi məclisdə iştirak edən şair kimi bəhs etmişdir. Məlum olduğu kimi, bunlardan Tüfeyli Süruri hürufi idilər. Alim göstərir ki, Şah İsmayıl hürufi ideyalarının sərbəst inkişafına imkan yaratmış, hürufilər, bir sıra digər təriqət şairləri Səfəvilər dövləti ətrafında birləşmiş, şiəliklə uyuşmağa çalışmışlar: “Xüsusən amansız surətlə təqib olunan hürufilik Səfəvilər dövründə nəfəs almağa imkan tapmışdı. Odur ki, hürufilər şiələrlə əlbir olaraq mübarizə aparmağı əsas məqsəd kimi irəli sürür hürufi ideyalarını şiəliklə birləşdirməyə, uyğunlaşdırmağa cəhd edirdilər”. Sürurini Nəsimi irsinin varisi, onun ideyaları uğrunda mübarizə aparan sənətkar adlandıran H.Araslı qeyd edir ki, Fəzlullahı Allah kimi tanıyan şair Xətai sarayında yaşayarkən hürufi fikirlərini yaymış, bununla bərabər, dünyəvi məhəbbət mövzusunda da qəzəllər yazmışdır. Alim Sürurini Füzuliyə daha çox müasirlərinə təsir edə bilən şair kimi dəyərləndirmişdir. XVI əsrdəSüruritəxəllüslü bir neçə şair olduğundan bəzən bu şairləri bir-biri ilə qarışdırırlar. Ehtimal ki, I Sultan Səlim Təbrizi tutduqdan sonra onu da digər sənətkarlarla birgə Türkiyəyə aparmışdır. Onun Türkiyədə böyük nüfuz qazandığı, osmanlı şairlərinə təsir etdiyi, orada vəfat etdiyi göstərilir. Professor Azadə MusabəyliTürkiyədə yaranan Azərbaycan ədəbiyyatı XəlilininFirqətnaməsiadlı kitabınınAzərbaycandan Türkiyəyə gedən sənətkarlar onların əlyazmalarıadlı birinci fəslində ayrı-ayrı təzkirə əlyazmalarda rast gəldiyi Süruri şeirlərini təhlil etmiş, onlardan nümunələr vermişdir. A.Musabəyli göstərir ki, osmanlı müəllifi Lətifi təzkirəsində Sultan Səlimə istinad edilənMüənbər kakilin xurşidə salmışdır kəməndmətləli qəzəlin əslində Süruriyə aid olduğunu birdirir. Tədqiqatçı AMEA Əlyazmalar İnstitutunda, Sankt-Peterburq Universiteti kitabxanasında saxlanan əlyazmalara, İsmayıl HikmətinAzərbaycan ədəbiyyatı tarixikitabında verilən şeirin mətninə əsasən əsərin Azərbaycan şeirinə məxsusluğunu təsdiq etmişdir. Qeyd etdiyimiz kimi, mənbələrdə Sürurinin təxəllüslü ədiblər bir-biri ilə qarışdırılmış, osmanlı müəllifi Sürurinin klassik şairlərdən C.Rumi, Ə.Cami, Hafiz əsərlərinə yazdığı şərhlər divan müəllifi şairimizə aid edilmişdir. Azərbaycan şairi Süruri barədə bəzi mənbələrin qeydlərini nəzərdən keçirək. Osmanlı müəllifi Səhi bəy (?-1548) 1538-ci ildə tamamladığıHəşt behişttəzkirəsində şair barəsindəSultan Səlim dövründə, şah İsmayıl vəqtində fövt olduyazaraq onun yaşadığı dövr barədə təxmini məlumat vermişdir. Digər osmanlı müəllifi Qəstəmonulu Lətifi (1491-1582) 1546- ildə tamamladığı təzkirəsində şairiSüruriyi-Şərqiadlandıraraq onun Sultan Səlim Şah İsmayıl vaxtında həlak olduğunu, bəzilərinin sənətkarı rumlu (osmanlı) hesab etdiklərini göstərmişdir. Lətifi bu əsərində SürurininQönçədən gül nizə çəkdi şaha yoldaş olmağa”, “Çeşmi-pürxunumda xalun əksi, ey arami-can”, “Qamətüm qəmdən büküldi sünbüli-pürtab təkmisraları ilə başlanan qəzəllərinin olduğunu bildirmiş, onunTa müənbər kakilin xurşidə salmışdır kəməndmətləli qəzəlinin səhv olaraq Sultan Səlimə aid edildiyi qeyd etmiş, SürurininTəkrədifli qəzəlinə özünün yazdığı 5 beytlik nəzirəsini vermişdir.

Osmanlı müəlliflərindən Aşiq Çələbi (1520-1572) 1568-ci ildə tamamladığıMəşairüş-şüəraadlı təzkirəsində Sürurinin Diyari-Əcəmdən (Azərbaycan İrandan) Osmanlı dövlətinə gəldiyini, bir sıra elmlərdən xəbərdar olduğunu bildirmiş, onunTa ki, sevdayi-səri-zülfün məkanıdır könül”, “Çeşmi-pürxunumda xalın əksi, ey arami-can”, “Səlx oldu mahi-ruzəvü göstərdi tabi-eydmisraları ilə başlanan qəzəllərindən nümunələr vermişdir. XVI əsrdə yaşamış digər müəllif Qınalızadə Həsən Çələbi (1546-1604) 1586- ildə tamamladığıTəzkirətüş-şüəraəsərində Sürurinin Əcəm vilayətindən gəldiyini, I Sultan Səlim zamanında vəfat etdiyini, çox şeirinin olduğunu göstərir, onunDideyi-pürnəmdə xalın əksi, ey arami-canmisrası ilə başlanan qəzəlini xatırladır.

Görkəmli türk alimi İsmayıl Hikmət 1928-ci ildə Bakıda nəşr etdirdiyiAzərbaycan ədəbiyyatı tarixikitabında Süruri barədə təzkirələrdə rast gədiyi məlumatları nəzərdən keçirərək onu XV-XVI əsrlərdə yaşamış, özünəməxsus üsluba, istedada malik qüvvətli şair, divan müəllifi kimi səciyyələndirmişdir. Alim onu Şərq ədəbiyyatının formalaşmış qəlibləri, klişeləri çərçivəsində hisslərini ifadə edə bilən, ədəbiyyata yenilik gətirən sənətkar kimi təqdim edir: “Şairin ifadəsində çox coşqun olmasa da, bir rübabilik, bir hissilik var. Klişe olan o təbirlərin, o istiarələrin içində bir könül sığışdırmağa, bir hiss gizlətməyə çalışır”. İ.Hikmət Sürurinin qəzəlinə Lətifi, Şəmi, Zati, Vəsfi, Rəvani, Məsihi, Nitqi kimi osmanlı şairləri tərəfindən yazılan nəzirələri nəzərdən keçirmiş. Süruri qəzəlinin üstünlüyünü göstərmiş, onun bir neçə şeirinin mətnini vermişdir.

İndiyə qədər təzkirələrdə, müxtəlif əlyazmalarda Sürurinin bir neçə qəzəlinə rast gəlsək , onun divanı əldə olmadığından şairin yaradıcılığı barədə ətraflı fikir söyləmək imkanından məhrum idik. Vatikanın Apostol kitabxanasında adıSüruriyi-Əcəmkimi gedən sənətkarın bizim şair olduğunu ehtimal edirdik. Lakin son vaxtlara qədər həmin kitabxanadan onun divanının surətini əldə edə bilməmişdik. Heydər Əliyev fondunun yardımı Əlyazmalar İnstitutunun əməkdaşı, tarix elimləri doktoru Fərid Ələkbərlinin vasitəçiliyi ilə axırı ki, Süruri divanının surətini əldə edə bildik. Qeyd etmək istərdik ki, Sankt-Peterburq Universitetindəki məcmuədə şairin adıSüruriyi-Əcəmkimi getmişdir.

Süruri divanının surətini Vatikanın Apostol kitabxanasından əldə etdiyimiz nüsxəsini nəzərdən keçirdikdə görürük ki, 192 vərəqlik əlyazmanın 184 vərəqində şairin şeirləri köçürülmüşdür. Nüsxə rikabə-Şərq paginasiyası ilə səhifələnmişdir. Yəni hər səhifənin sonunda növbəti səhifədə yazılacaq ilk söz qeyd edilmişdir. Bu səhifələmə üsulunun qüsurlu cəhəti ondan ibarətdir ki, ortadan neçə səhifənin düşdüyünü bilmək mümkün deyil. Qeyd etdiyimiz kimi, əlimizə 184 vərəq həcmində çatan divandan naməlum sayda səhifələr düşmüş, bir sıra şeirlər natamam qalmışdır. 6 ya 5 misradan ibarət səhifələrdən bəziləri oxunmaz hala düşmüşdür. Bəzi səhifələrin kənarında xalq təbabətinə dair müxtəlif qeydlər, əlyazmanın sonunda mətnə aid olmayan yazılar köçürülmüşdür. 931 beyti əlimizə çatmış bu divan nüsxəsində Lətifi, Qınalızadə, Aşıq Çələbi təzkirələrində, İsmayıl HikmətinAzərbaycan ədəbiyyatı tarixikitabında Azərbaycan şairi Süruriyə aid edilən aşağıdakı mətləli şeirlər aşkar edildi:

Çeşmi-pürxunimdə xalın nəqşi, ey arami-can,

Miskə bənzər kim, qızıl valadə eylərlər nihan.

    

Ta ki, sevdayi-səri-zülfün məkanıdur könül,

Şahbazi-laməkanın aşiyanıdur könül.

    

Könlümü zülfinlə çək zəncirə, şeydalanmasun,

Sinəmi çak et ki, səndən özgə məvalanmasun.

Bu bir daha sübut edir ki, Vatikanın Apostol kitabxanasından surəti əldə edilmiş divan osmanlı müəlliflərininSüruriyi-Şərqi”, “Süruriyi-Əcəmadlandırdıqları şairimizə aiddir. Qeyd etmək istərdik ki, bu şeirlər toplusu çox böyük maraq doğurur, XV-XVI əsr ədəbiyyatımızda hürufi ideyalarının hərarətlə təbliğ edildiyini, Nəsimi ənənələrinin davam etdirildiyini sübut edir. Məlum olur ki, H.Araslı haqlı olaraq ehtimal etmişdir ki, Süruri əsərlərində hürufilik ideyalarını açıqcasına təbliğ etmiş, Fəzlullahı Allah kimi tanımışdır. Qeyd etdiyimiz kimi, Sürurinin həyatı barədə məlumamımız çox azdır. Onun divanındakı şeirlərin hürufiləri sarayına cəlb etmiş Şah İsmayıl Xətainin yanında olarkənmi, yoxsa I Sultan Səlimin Səfəvilər üzərində qələbə çalmasından sonra Türkiyədəmi yazıldığını demək mümkün deyildir. Onu deyə bilərik ki, şairin şeirlərində hürufilik ideyaları, Nəsimi təsiri ilkin nəzərə çarpan cəhətlərdir. 

Nəsimi kimi Süruri insan surətində ilahi əlamətlərin təzahür etdiyini iddia edir:

Kainatı məst edib Qurani-natiq bilməgə,

Xətti-saqi sureyi-ümmül-kitab oldu mana.

Şair məşuqənin saçını Quran ayəsinə, qaşınışəqqül-qəmərmöcüzəsinin şərhinə bənzədir. Hürufi sənətkar insan könlünün Allahın ən qədim  məkanı olduğunu deyir:

Kəbə istərsən könül mülkünü abad eylə kim,

Həqq-Təalanın qədimi xanədanıdır könül.

Nəsimi kimi Süruri insanı bəşər surətli Həqq adlandırır:

Zülfü qaşü kipriyindən, ey bəşər surətli Həqq,

Kaşifi-sirri-tilismü gənci-Quran olmuşam.

Allahın insanda təzahür etdiyini deyən şair şeirlərindən birində Nəsimi kimi Fəzlullah Nəimini ilahi saydığını açıq ifadə edir:

Çünki Həqqi surəti-adəmdə gördüm zahirən,

Mən Məsihəm, qatilü Dəccali-şeytan olmuşam.

Ol Süruriyəm ki, Fəzlin bəndəsi olalidən,

On səkkiz min aləmin varına sultan olmuşam.

Süruri qəzəllərində Nəsimi ruhu, Nəsimi ədası, onun şeirlərinin ritmi özünün ifadəsini tapmışdır. Nəsimi kimi o da hürufi ideyalarını ifadə edərkən özünü, öz şəxsiyyətini ön plana çəkir:

Ol mənəm ki, kaşifi-gənci-tilismi-aləməm,

Vaqifi-sirri-kəlamullahü vəchi-adəməm...

Küntü kənzin gövhəri nitqimdən olmuşdur zühur,

Dürri-vəhdət məndədir, yəni ki, gənci-mübhəməm...

Ol Süruriyəm ki, mən ruzi-əzəldən ta əbəd,

Fəzli-Həqqin bəndəsiyəm, padşahi-aləməm.

Əminik ki, Süruri divanının yeni əldə edilmiş Vatikanın Apostol kitabxanası nüsxəsinin araşdırılması XVI əsr ədəbiyyat tariximizin, həmin dövrdə inkişaf edən hürufi poeziyasının öyrənilməsində mühüm əhəmiyyətə malik olacaqdır. 

 





02.12.2013    çap et  çap et