525.Az

İctimai təhlükəsizliyə təhdid yaradan informasiyaların yayımı qadağan edilir


 

İctimai təhlükəsizliyə təhdid yaradan informasiyaların yayımı qadağan edilir<b style="color:red"></b>

İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında insanların həyat və sağlamlığına ziyan vurulmasına, əhəmiyyətli əmlak ziyanının törədilməsinə, ictimai təhlükəsizliyin kütləvi surətdə pozulmasına, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulmasına və başqa ictimai təhlükəli nəticələrin baş verməsinə təhdid yaradan yalan məlumatlar yerləşdirilməsinə yol verməməlidir.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

 

 





17.03.2020    çap et  çap et