525.Az

Qeyri-leqal məşğulluq hallarına nəzarət gücləndiriləcək


 

Qeyri-leqal məşğulluq hallarına nəzarət gücləndiriləcək<b style="color:red"></b>

Azərbaycanda kişi və qadın işçilər üçün bərabər məşğulluq imkanlarının yaradılması ilə bağlı qanunvericilik təkmilləşdiriləcək.

“Report” xəbər verir ki, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Sazişində öz əksini tapıb.

Sazişə əsasən, hər üç qurum gender bərabərliyini təmin etmək, kişi və qadın işçilər üçün bərabər məşğulluq imkanlarının yaradılması məqsədilə əmək qanunvericiliyini beynəlxalq normalara uyğun olaraq təkmilləşdirmək öhdəliyi götürüb.

Bundan başqa hər üç qurum qeyri-formal məşğulluğun qarşısını almaq məqsədilə işçiləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə cəlb edən və onlara qeyri-rəsmi ödənişlər verən işəgötürənlər üzərində sosial tərəfdaşların birgə nəzarətini gücləndirmək öhdəliyi götürüb.

 





25.03.2020    çap et  çap et