525.Az

Heydər Əliyev Mərkəzi İtaliyaya dəstək verdi


 

Heydər Əliyev Mərkəzi İtaliyaya dəstək verdi<b style="color:red"></b>

Azərbaycanın koronavirus (COVID-19) xəstəliyinin geniş yayıldığı ölkələrlə həmrəyliyinin ifadəsi olaraq aprelin 8-də Heydər Əliyev Mərkəzinin binası üzərinə İtaliya Respublikasının bayrağı videoproyeksiya olunub.

“Report” xəbər verir ki, bayraq təsvirini italyan musiqisi müşayiət edib.

Bununla da Heydər Əliyev Mərkəzi İtaliyaya həmrəylik nümayiş etdirib.

Qeyd edək ki, aprelin 3-dən başlayaraq hər gün virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur.

Videoproyeksiya ölkələrin adlarının ingilis dilindəki əlifba ardıcıllığına uyğun olaraq həyata keçirilir. Bununla Heydər Əliyev Mərkəzi «COVID-19»un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

 





08.04.2020    çap et  çap et