525.Az

BUAK sədri Rövşən Tağıyev koronavirusa yoluxdu


 

BUAK sədri Rövşən Tağıyev koronavirusa yoluxdu<b style="color:red"></b>

Birləşmiş Ukrayna (BUAK) Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev koronavirusa yoluxub. Bu barədə BUAK "Facebook" səhifəsində məlumat yayıb.

Məlumatı APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən təsdiqləyiblər. Məlumatda bildirilir ki, Rövşən Tağıyev xəstəxanada koronavirus testindən keçib, testin nəticəsi pozitiv çıxıb.

Bildirilib ki, R.Tağıyevin vəziyyəti ağır deyil. Yoxlanışdan sonra onun evdə və ya xəstəxanada müalicəsini davam etdirəcəyi məlum olacaq.

 





08.04.2020    çap et  çap et