525.Az

Dubayda boşanma qadağan edildi


 

Dubayda boşanma qadağan edildi<b style="color:red"></b>

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən böyük şəhəri olan Dubayda evlənmə və boşanma prosesləri ikinci əmrədək qadağan olunub.

“Report” “Milliyet”ə istinadən xəbər verir ki, qərarın koronavirus pandemiyasına qarşı görülən qabaqlayıcı tədbirlər çərçivəsində verildiyi açıqlanıb.

Ölkənin Ədliyyə Nazirliyinin veb-saytında ailələrarası da olsa, toy məclislərin təşkil edilməməsi istənilib.

Qeyd edək ki, BƏƏ-də qeydə alınmış koronavirusa yoluxma hallarının sayı 2 700-ə yaxınlaşır. Ölkədə indiyədək 12 nəfər pandemiyanın qurbanı olub. 

 





09.04.2020    çap et  çap et