525.Az

“Sevilənlər, sevənlər” rubrikasında növbəti görüş


 

“Sevilənlər, sevənlər” rubrikasında növbəti görüş<b style="color:red"></b>

Respublika Gənclər Kitabxanasının “Sevilənlər sevənlər” rubrikası altında keçirdiyi canlı yayımın növbəti qonağı yazıçı, jurnalist, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid olub.

AZƏRTAC xəbər verir ki, müsahibə xarakteri daşıyan canlı yayımda qonaq istifadəçiləri maraqlandıran sualları cavablandırıb, ədəbiyyat, jurnalistika, mütaliə və digər mövzular ətrafında maraqlı fikirlər söyləyib.

R.Məcid ilk növbədə jurnalistikaya gəlişindən, baş redaktoru olduğu qəzetin fəaliyyətindən, ənənəvi jurnalistikanın xüsusiyyətlərindən, müasir dövrdə mətbuatın qarşısında duran yeniliklərdən və vəzifələrdən danışıb.
 
Daha sonra qonaq Azərbaycan Yazıçılar Birliyinin fəaliyyətindən, dövlətimiz tərəfindən gənclərə göstərilən qayğıdan, gənc şair və yazarların səmərəli fəaliyyəti üçün yaradılan münbit şəraitdən söhbət açıb.

Sonda R.Məcid öz şeirlərini səsləndirib.

 





14.05.2020    çap et  çap et