525.Az

Pakistanda sərnişin təyyarəsi qəzaya uğrayıb - Video


 

Pakistanda sərnişin təyyarəsi qəzaya uğrayıb - <b style="color:red"> Video</b>

Pakistan Mülki Aviasiya İdarəsinin sözçüsü Əbdül Səttar Airbus A320 sərnişin təyyarəsinin Kəraçi aeroportu yaxınlığında qəzaya uğradığını təsdiq edib.

APA-nın “Əl Cəzirə”yə istinadən verdiyi xəbərə görə, Ə. Sattar bildirib ki, ilkin məlumata əsasən, Lahor şəhərindən Kəraçiyə uçan təyyarədə 99 sərnişin, 8 nəfər ekipaj üzvü olub.

Kəraçi aeroportu yaxınlığında qəzaya uğrayan təyyarə evlərin üstünə düşüb.

***

Pakistanda sərnişin təyyarəsi qəzaya uğrayıb.

APA-nın xəbərinə görə, Geo TV Pakistan Beynəlxalq Aviaşirkətinə məxsus təyyarənin bu gün Karaçi şəhəri yaxınlığında qəzaya uğradığı barədə məlumat yayıb.

Təyyarədəki sərnişinlərin sayı, ölənlərin olub-olmadığı dəqiqləşdirilir.

“Kyodo” agentliyi isə təyyarənin göyərtəsində 100-dək insanın olduğunu yazır.



 





22.05.2020    çap et  çap et