525.Az

Yalan söyləmək ehtiyacı... - Yeganə İskəndərova yazır


 

Yalan söyləmək ehtiyacı... - <b style="color:red">Yeganə İskəndərova yazır </b>

Yer kürəsində nə varsa hamımız kainatın parçaları və ya hüceyrələriyik. Dünya balanslıdır, çünki enerjinin qorunması qanunu kainatda həmişə tətbiq olunur.

Bu qanuna görə həqiqət norma, yalan isə patologiyadır. Kainatda olduğu kimi, insan orqanizmində də hər bir hüceyrə özünəməxsus rolunu yerinə yetirir və bununla da mövcudolma hüququnu qazanır. Bir hüceyrənin rolu pozulursa, bütün orqanizm xəstələnir. Yalançı insan da kainat üçün xəstə hüceyrədir, çünki düzgün işləməsini pozur, ahəngdar məlumat əlaqələrini məhv edir. Buna görə də, bir yalana cavab olaraq kainat bir insana bir cəza göndərir ki, yalanlarının səhvliyini başa düşsün və bunu dayandırsın. Cəza, ilk baxışdan yalanla əlaqəli olmayan hər hansı bir mənfi həyat şəraiti şəklində ola bilər. İnsan yalan danışmağa davam edərsə, daha da ağır cəza gəlir. Hətta şəxsi həyatında xoşbəxtliyin olmaması və ya işlərində uğursuzluq da ola bilər.

Real həyatda xoşbəxt ola bilməyən xəyallar üzərində qurulmuş dünyada yaşayan, hisslərini gizlətmək bacarığına sahib olan yalançı adamlar - mitomanlar həyat fəlsəfələrinə görə dünyaları öz təyin etdikləri qaydalara əsasən qururlar. Beyində ağ maddəsi çox olan daha yaxşı yalan danışaraq xəstəlik səviyyəsinə çatırlar.

İlkin olaraq onların xəstəliklərini çox yaxın bildikləri insanlar, qohumları ortaya çıxarır və müalicə olunmaları üçün razı salmağa çalışırlar. Onlara xəstə kimi baxaraq təcrid etmək də olmaz. Çünki çox zaman onlar heç xəstə olduqlarını da bilmirlər. Belə hallar baş verərsə, xəstəni mülayim şəkildə izah etməklə düzgün mütəxəssisə yönləndirmək lazımdır. Onları öz dünyaları ilə baş-başa buraxmaq bir insan itirmək deməkdir.

Zaman keçdikcə, onlar uydurduqları dünyaya o qədər aludə olurlar ki, real həyatla bağlantıları qopur. Sonradan onları real həyata qaytarmaq çətin olur. Ancaq yalanları bir-bir ortaya çıxdıqdan sonra ətrafındakıların inamını itirirlər. Əhatəsindən əks münasibəti duyar-duymaz mütəmadi olaraq dost çevrəsini dəyişirlər. Onların yalanlarını düzəltmək kimi məqsədləri də olmur. Əgər bir şəxs yalan dedikdən sonra ona olan inam, etibarın şübhəyə keçdiyini duyursa, yaxınları ilə münasibətləri səngiyirsə peşmanlıq hissi keçirib etiraf etsə deməli, o, mitomaniya xəstəsi deyil.

Yalan söyləmək artıq həyat tərzinə çevrilmiş adamlar üçün bu o qədər də asan deyil, çünki mitomaniya öz söylədiyi yalana inanma xəstəliyidir. İlk növbədə siz özünüzü xilas etməlisiniz. Patoloji yalançıya xüsusi rəğbətiniz varsa o sizi öz ağlınıza şübhə etməyə sövq edəcək. Səhv etdiyinizi, səhv başa düşdüyünüzü və ümumiyyətlə şübhələrinizin əsassız olduğuna sizi inandırmağa çalışaraq psixikanıza ciddi zərbələr vuracaq. Və bu bəladan qurtarmaq üçün yeganə çıxış yolu mümkün qədər tez uzaqlaşmaqdı. Yalan aşkarlanarsa, subyektin nüfuzu və vicdanı ciddi zərər görəcəyini siz də mənim kimi düşünürsinizsə səhv etmiş olursunuz. O bir zamanlar belə idi. İndi isə hər kəsin öz həqiqəti var. Ümumyyətlə, dünyada da fərqli həqiqətlər mövcuddu. Hər bir insanın qarşılıqlı eksklüziv fikirlərı, fərqli dünyagörüşləri və dəyər sistemləri var. Mitoman bir şeyə inanırsa və ya inanmırsa bu onun həqiqət olduğuna dəlalət etdiyi rəyidir. Öz yalanına inandığı zaman isə bəzən şüursuz bəzən də şüurlu olaraq riyakarlıq edir. Yer kürə şəklinə malikdir və öz oxu ətrafında fırlanır. Yəni bu mütləq həqiqətdirmi?! Bəlkə də yox. Həqiqət bəzən bizə görünmür, təxəyyülümüzdə inandığımızı mənbələrə istinadən qəbul edirik və ya etmirik. Bəlkə həqiqətlər və yalanlar prizmasına kənardan baxanda başımızın üzərini alan qara buludlar və yaxud problemin kökü qorxmuş insanlar daha yaxşı idarəolunan olurlar, teoriyasıdır?!

Əslində həqiqət insanları bir araya gətirən sosial müqavilənin əsasını təşkil edən, hamı üçün ortaq bir dəyərlər sistemini tanımağa hər kəs üçün - yaşamaq hüququ, təhsil hüququ, tibbi xidmət hüququ, inkişaf və xoşbəxtlik hüququnun əsasını təşkil edən vahid bir sistemdi.

Deyirlər, düşünmək mühakimə etməkdir. Nə qədər insan varsa, o qədər də fərqli düşünən, həyatımızda-sosial şəbəkələrdə, mediada mühakimə edənlər, bəzən həqiqəti söyləyən, bəzən də yalanlar yayan, danışdıqlarına, paylaşdıqlarına özləri də inanan, neqativ əhval - ruhiyyə ilə insanların psixikasına mənfi təsir edən adamlar da var. Pessimist düşüncəyə aludə olub içimizdəki işıği sönməyə qoymayaq. Çətinlik hər dövrdə olub, bizə gələn bu bəlanı deyilənlərə əməl edərək, soyuqqanlı ötüşəcəyinə, həyatımızın öz axarına düşəcəyinə inanaq.

 





20.06.2020    çap et  çap et