525.Az

Köhnə tanışlar: Aydın Məmmədov


 

Köhnə tanışlar: <b style="color:red">Aydın Məmmədov</b>

İllər öncəsi trafik qəzasında faciəli vaxtsız dünyasını dəyişən görkəmli türkoloq Aydın Məmmədovun vaxtiylə işlədiyi binadan hər gün giririk keçib stolumuzda əyləşirik.İş başlayır demək.Bura Tərcümə Mərkəzidir həm burada XƏZƏR jurnalı da hazırlanır.İş öz ahəngi ilə davam edir bəzən nahar yeməyində söhbət zamanı  ötənlər yada düşür yavaş-yavaş xatirələr qımıldanır. hərə öz bildiyindən danışır. Bu danışıqlar zamanı  rəhmətlik Aydın müəllim hər dəfə xatırlanır onun bir yerlisi var bu təşkilatda İlham Feyzullayev. Onun da yavaş-yavaş qırışığı açılır Aydın müəllimlə işlədiyi günləri  açıb çözələyir. Mən hər dəfə ona deyirəm ki : kişi,bunları cızmaqara elə, ardını mən düzüb qoşaram.Bax,neçə illərdi bu beləcə davam edir.Amma ay danışır ha Aydından. Danışmağa var ki... Danışmağa hamı pərgardır.Di gəl yaz e... Keç  kompüterin arxasına yaz ey...

Bir dəfə İlham müəllim Aydın bəyin bir yazısı haqqında danışdı dedi ki, bu yazı ya çap olunmayıb, ya da  çox az məlumdur oxuculara. Aydın Məmmədovun 70 illik yubileyi günlərində ( doğum tarixi 16 yanvar 1944- il)  həmin yazını oxuculara təqdim edirik. Amma daha öncə Aydın müəllimin başqa dostu Aydın müəllimə çox dəyərli bir poema həsr eləyən gözəl şair Vaqif Aslanla bu unudulmaz insan ziyalı haqqında söyləşimizi oxucular təqdim edirik.

Növbət sayılarımızda unudulmaz alim bu ölkənin ilk Xalq deputatlarından biri olan Aydın Məmmədovun  həmin essesini oxucular təqdim edəcəyik.

Not: Bu ön söz təşkilatın senzurasından keçirilikdən sonra çap olunur.Yazıların sonunda senzuraya təqdim olunmuş ÖN SÖZÜN olrijnalı çap üzü görəcək.

abdin41@mail.ru

tofigabdin.com

  Vaqif müəllim  bir naqolay  sualla başlayaq: Aydın müəllimlə necə tanış idiniz vaxtdan onunla təmasınız olub?

Sizin sualınız  sanki məni mürgüləri  gözlərimə yığılan   illərimdən ayırdı. Diksinib ayılan kimi oldum. Gözlərimi açdım qarşımdaŞəki fəhləsi” (indiki adıŞəkidir) qəzetinin 5 iyun 1979-cu il sayının   4- səhifəsindəki məlumatı bir oxudum: “ Şəkidə Sabir poeziyası günü. Dövlət Dram Teatrında keçirilən görüşü...Azərbaycan KP Şəki şəhər komitəsinin ikinci katibi Ə. Nəzərli açmış,.. şairlərdən Fikrət Qoca, Tofiq Abdin, həmyerlimiz, “Səbuhiədəbi məclisinin üzvü Vaqif Aslan öz şeirlərini oxumuş, tənqidçilərdən Aydın Məmmədov Kamil Vəliyev müasir poeziyanın qarşısında duran vəzifələrdən danışmışlar”.... Elə bu aradaDaş əlifbaşeirimi əlyazması şəklində sizə təqdim etməyim , onunQobustanjurnalının növbəti sayında çap edilməsi gözlərimin önündən gəlib keçdi.

Mənim  Aydın müəllimlə şəxsi tanışlığım ali məktəb illərimdən başlanmışdır. Şəxsi tanışlığımıza qədər mən kəndimizdə hamının dilinin əzbəri olanAlim Aydın  haqqında çox şey eşitmişdim. Bizi həm tale, qədər qismət oxşarlıqları birləşdirirdi. Biz bir kənddə doğulmuşduq-həmkəndli idik. Sadəcə olaraq Aydın müəllim kəndimizin aşağı ucqarındakı Tahirlər məhəlləsində , mən isə kəndimizin günbatan tərəfindən yuxarı ucqarındakı tatar uşağı məhəlləsində, lakin müxtəlif illərdəAydın müəllim 1944- ilin başlanğıcında (yanvarın 16-da), mən isə altı il sonra-1950-ci ilin ortalarında (iyulun 5-) doğulmuşduq. İbtidai təhsilimizi məhəllələrimiz kimi bir-birindən xeyli aralı yerləşən ibtidai məktəblərdə alsaq da, səkkizillik orta təhsilimizi müxtəlif illərdə, lakin eyni məktəblərdə almışdıqhər ikimiz Kiş kənd səkkizillik məktəbini bitirən kimi qonşu Oxud kəndinə orta təhsil almaq üçün piyada gedib gəlmişdik.  Fərq onda idi ki, Aydın orta məktəbi həqiqi mənada qızıl medalla başa vurmuşdu. Bunu ona görə deyirəm ki, sovet dönəmindəqızıl medala layiq bilinənlərinçoxu yerindən tərpənə bilmədiyi haldaidmandan”, səsi olmadığı haldanəğmədən”, ağla qaranın fərqinə varmadığı haldarəsmdən sairədən5” alanlar idilər. Fərq həm onda idi ki, biz Aydın kimi oxumaq istəsək , tədris edilən fənləri Aydın kimi hərtərəfli  mənimsəyə bilməmişdik bunlar da  nəzərə alınmışdı.

Mən Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna daxil olduqdan bir müddət sonra Aydın müəllimi şəxsən tanımışam.  Artıq 1969-cu il  idi.  Aydın ADU-nu  çoxdan fərqlənmə diplomu ilə bitirmişdi Moskva Dövlət Universitetinin aspiranturasının son kursunda oxuyurdu, lakin tez-tez Bakıya gəlib gedirdi.  Mən institutumuzun Dərnəgüldəki yataqxanasında qalırdım. Orada məndən yuxarı kursda təhsil alan həmkəndlimiz Qüdrət Muradov digər  şəkili tələbələr var idilər. Onlar Aydınla dostluq edirdilər. Aydın hər dəfə Moskvadan Bakıya gələndə dostları ilə görüşmək üçün həm bizim yaşadığımız tələbə yataqxanasına baş çəkərdi. Günlərin bir günü məni Aydına təqdim etdilər: “Kəndimizdəndr, özü yaxşı oxuyur.” Çox sağ olsunlar!  Mən Aydına heyranlıqla qulaq asırdım. Tələbə yataqxanasında tavada qızardılmış kartof süfrəsi arxasında (bəzən heç bu da olmurdu)keçən söhbətlərimiz elmi simpoziumları xatırladırdı.Dilçilikdən, ədəbiyyatdan, xüsusilə türkologiyadan gedən mübahisələrdə Aydın bizi necə zənginləşdirirdi! O həyatiliklə elmiliyi təbii  şəkildə özündə birləşdirən bir şəxsiyyət idi! Bizim tanışlığımız beləcə başladı davam etdi...    Mən institutu bitirib doğma kəndimizdə müəllimlik etməyə başladım. Bir müddətdən sonra Aydının Həştərxan həbsxanasında yatdığını eşitdim. Türkoloji düşüncələrinə görə ideoloji təhlükə hesab edilən Aydının Sistem tərəfindən müxtəlif bəhanələrlə həbs olunmasına mənim heç bir şübhəm yox idi. 1975-ci il avqust ayının sonlarında onu həbsdən azad etmişdilər. Aydın nəzarət altında olduğu üçün hələ bir müddət mərkəzdə deyil, kənddə yaşamalı idi. Bəziləri , hətta, vaxtilə ondan əl çəkməyənlər Aydınla ehtiyatlı davranmağa səy edirdilər. Lakin aradan bir az keçəcəkdi, Aydın özünü  dikəltdikcə o adamlar yenidən onun doğmalarına çevriləcəkdilər. Qısası,  1975-ci il avqustun sonlarından bizim tanışlığımız dostluğa çevrildi.  yaxşı ki, dostluğumuz heç vaxt qırılmadı.  Şəki fəhləsinin 9 oktyabr 1976- il sayında haqqımda yazdığıQələm dostumuz Vaqif Aslan  adlı yazısı ilə mənim yaradıcılığıma münasibətini bildirdi. Son dərəcə professional səviyyədə yazılan bu yazı ədəbi tənqidimizə gələn yeni nəfəsdən xəbər verirdi. O, bir azdan Bakıya qayıtdı, lakin Ədəbiyyat Dilçilik  İnstitutunda vakant yer olmadığı üçün BDU-nunTətbiqi riyaziyyatfakültəsinə yenicə verilən EHM-lər üzrə ilk proqramçı oldu. qədər paradoksal görünsə , Aydının riyazi təfəkkürü öz parlaqlığı ilə çoxlarını heyran qoydu. Növbəti il Aydın Ədəbiyyat Dilçilik  İnstitutunda fəaliyyət göstərməyə başladı.

Poema janrının tənəzzül etdiyi bir məqamda Siz Aydın müəllimdən poema yazdınız poema yaxşı da qarşılandı.Adətən belə yazılar proza formasında olur.Siz nədən poema janrını seçdiniz?

Aydın mənim yaddaşıma səmimiyyət, ərk, istiqanlılıq, müdriklik, insansevərlik, fədakarlıq, dönməzlik rəmzi kimi həkk edilmişdi. Aydın  həm   qayalara daşlara yazılan yaddaş kimi idi.  Sadəcə olaraq,  onun haqqında  mən nasiranə deyil, şairanə düşünürdüm. Aydının yol qəzasında həlak olmasının  elini, dilini yolunu sevənlər üçün dərəcədə dözülməz olduğunu gördüm. Sanki bütün Azərbaycan Kiş kəndinə yığışmışdı Aydını axirət evinə yola salırdı. Mən bu qəfil zərbədən ağrıyan başımı sızıldayan ürəyimi ovutmaq üçün bayatı çağırmaq istədim. Bir yandan da Aydınlaölümdaş” (ifadə rəhmətlik İsa İsmayılzadəyə məxsusdur) olan Dilarə xanım Əliyevanın sinəmizə dağ üstündən çəkdiyi  dağın yanğısını bayatılarsız soyuda bilmədim. Sadəcə olaraq,  bu yanğı  heç özüm bilmədən məni poema janrını seçməyə məcbur etdi.    Mərhum ədəbiyyatşünas Yaşar Qarayev  dolayı yolla  olsa da, “Aydınpoemasına işarə ilə  Q.Yaşarimzalı yazısını (“Ədəbiyyat qəzeti”, 23 aprel 1993- il.) “Epitafiya, yaxud baş daşına oxunan mahnıadlandırmışdı.

Poemada çox incə  yanaşmalar bəzən çox sıxıcı anlar olduğu bəlli.Bu poemanı işlərkən kimi çətinlikləriniz oldu sarsıntılar keçirdizmi?

Sizin son dərəcə həssaslıqla verdiyiniz bu suala cavab vermək o qədər asan deyildir. Mən bu poemanı yazmaq üçün xüsusi vaxt ayırmadım. Mən onu hissə-hissə yaddaşımda yazdım. Sonra vərəqlərə köçürdüm. Bəzən mən onu avazla oxuya-oxuya, bəzən kiminləsə söhbət edə-edə, bəzən sakitcə xəyala dalaraq, gözlərimi  xatirələrimdə düşüncələrimdə görünən nöqtələrə zilləyərək  yazdım. Onun bəzi hissələrini evdə məktəbdə, bəzi hissələrini isə kənddə şəhərdə yazdım. 1991-ci ilin yay tətili ərəfəsində mənimlə birlikdə Rusiyanın Ryazan vilayətinin Mixaylov şəhərində kəsbkarlıq edən müəllim yoldaşım Tahir İslamovAydınpoemasını  gündüzlər yaddaşıma, axşamlar dəftərimə yazdığımın    canlı şahididir. “Aydınpoemasını yazarkən qaynar qazan kimi paqqldayan hadisələrin içində əriyib getməmək üçün tez-tez tarixə, faktlara arqumentlərə üz tuturdum. 1988-ci ildən üzü bəri baş verən hadisələri öyrənir, müqayisə edir, mühakimə süzgəcindən keçirir, sonra da öz təbirimcə ümumiləşdirirdim. Eyni zamanda bu əsəri yazdıqcaİnsanlar baş verən hadisələr  barədə necə düşünür?” sualına cavab vermək istəyirdim. Mənim kənd mühitində yaşamağım, kəndimizin  şəhər tabeçiliyində olması, bir çox dillərdə nəşr edilən mətbu materiallarla teleradio verilişləri ilə müntəzəm maraqlanmağım da mənə  bu işdə çox kömək etdi. Əsəri yazarkən əsas çətinliyim özümlə bağlı oldu. Mən hadisələrə hadisələrin axarında zamana namuslu baxışın tərəfdarı olduğum üçün dediyim sözdə yürütdüyüm fikirdə obyektiv olmağa çalışdım.  Bəzən son dərəcə çətinliyə düşdüyüm məqamlar da olurdu ki, fikrimin ifadəsi üçün çıxış yolu tapmayanda  sarsılırdım.Qorxurdum ki, haradasa tutduğum yanlış bir mövqe gələcək qarşısında məni gözükölgəli edər.   Tarixi-siyasi, ədəbi-sosial, lirik-emosional, epikanalitik yanaşma tələb edən bir mövzuya girişmək, əlbəttə ki, çox məsuliyyətli çətindir. Elmdə siyasətdə xalqını ləyaqətlə təmsil edən Aydın fenomeninə olan heyranlığım mənə bu çətinlikləri unutdurdu. Bir o zaman ayıldım ki, gördüm, əsəri yazıb qurtarmışam.   

Sizin yaddaşınızda ilişib qalan poemaya daxil olmayan   gərək bunu da yazaydım”- deyə bir vəziyyəti sonradan yaşadınızmı?

(Davam edəcək)

 





23.12.2013    çap et  çap et