525.Az

Nursultan Nazarbayev Məmməd İsmayılı təltif etdi


 

Nursultan Nazarbayev Məmməd İsmayılı təltif etdi<b style="color:red"></b>

Türk dünyasının məşhur şairi Məmməd İsmayıla Qazaxıstan Prezidenti Kasım-Comərt Tokayevin təqdimatı ilə medal verilib. Qazaxıstan Xalq Assambleyasının yaradılmasının 25 illiyi münasibəti ilə təsis olunmuş medal Elbaşı Nursultan Nazarbayevin imzası ilə təqdim edilib. 

Bu barədə redaksiyamıza uzun illər şairlə Çanaqqala Universitetində çalışmış və dostluq etmiş Egey Universitetinin professoru Aydın İbrahimov məlumat verib.

Nursultan Nazarbayevin təşəbbüsü ilə qurulmuş və onun rəhbərliyi ilə fəaliyyət göstərən Qazaxıstan Xalq Assambleyasının yaradılmasının 25 illiyi münasibəti ilə təsis olunmuş medal Azərbaycan şairinə türk dünyası qarşısında xidmətlərininə görə verilib.

İmzası və uzun illər ədəbi-ictimai fəaliyyəti ilə Avropanın ədəbi mühitində, kecmiş sovetlər məkanında və türk dünyasında populyar olan Məmməd İsmayıl Türk Dünyası Vəqfinin mükafatını alan ilk azərbaycanlı şairdir. 

Günümüzün demokratik mәtbuatının tәmәlini qoyan Azərbaycan və Rus dillərində 300 minə yaxın tirajla çap olunan  “Gәnclik”-“Molodost” jurnallarının yaradıcısı vә baş redaktoru olub.

1996-cı ildən Türkiyənin Çanaqqala universitetində professor kimi fəaliyyət göstərməkdədir. Türkiyədə çalışdığı illərdə 14 kitabı nəşr edilib.

 





07.07.2020    çap et  çap et