525.Az

UNEC-ə qəbul olan abituriyentlər 4 ilə iki diplom əldə edə biləcəklər


 

UNEC-ə qəbul olan abituriyentlər 4 ilə iki diplom əldə edə biləcəklər<b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) qəbul olan abituriyentlər universiteti bitirdikdə Avropa və Rusiyanın ali təhsil müəssisələrinin diplomunu da əldə edə biləcəklər.

Universitetin  İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, UNEC-də bakalavr səviyyəsi üzrə Fransanın Monpelye Universiteti, Fransanın ICD Beynəlxalq Biznes Məktəbi, Moskva Dövlət Humanitar İqtisad Universiteti və Rusiya Ali İqtisadiyyat Məktəbi Milli Tədqiqat Universiteti ilə ikili diplom proqramı reallaşdırılır. Eləcə də bakalavrlara Böyük Britaniyanın London Universiteti/London İqtisadiyyat Məktəbinin (LSE) beynəlxalq proqramına qoşulmaq imkanı yaradılıb.

İkili diplom və beynəlxalq proqrama qoşulan tələbələr 4 illik təhsillərini başa vurduqda, UNEC-lə yanaşı, seçdikləri xarici universitetin də diplomunu əldə edəcəklər. Bu isə onlara xarici təhsil təcrübəsini öyrənmək, eləcə də məzun olduqda əmək bazarının tələblərinə daha çevik cavab verən, rəqabətqabiliyyətli mütəxəssis olmaları üçün böyük şans yaradır.

S.QARAYEVA

 





10.07.2020    çap et  çap et