525.Az

Daha 363 nəfərdə koronavirus aşkarlandı: 622 sağalan, 8 ölən var


 

Daha 363 nəfərdə koronavirus aşkarlandı: <b style="color:red">622 sağalan, 8 ölən var</b>

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 363 yeni yoluxma faktı qeydə alınıb, 622 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 31.221 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 24.495 nəfər müalicə olunaraq sağalıb, 438 nəfər vəfat edib, 6288 aktiv xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9817, ötən müddət ərzində isə ümumilikdə 708.632 test aparılıb.

 





29.07.2020    çap et  çap et