525.Az

ÜST koronavirus epidemiyasının uzun müddət davam edəcəyini bildirdi


 

ÜST koronavirus epidemiyasının uzun müddət davam edəcəyini bildirdi<b style="color:red"></b>

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus epidemiyasının uzun müddət davam edəcəyini bildirib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə şənbə günü ÜST-ün Fövqəladə Komissiyanın iclasında qeyd edilib.

İclasda ÜST nümayəndələri və onların tərəfdaşları koronavirusla bağlı məhdudiyyətlərin - xüsusi rejimin saxlanılması qənaətinə gəliblər.

Həmçinin iclasda iştirak edən ekspertlər koronavirusla mübarizədə göstərdikləri səylərə görə ÜST-ə və tərəfdaşlarına minnətdarlıqlarını ifadə ediblər.

Fövqəladə komissiya pandemiyanın qarşısının alınması üçün mütləq şəkildə səylərin birləşdirilməsinin vacibliyini qeyd ediblər. Eyni zamanda gəncləri xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə bütün mümkün vasitələrdən istifadə etməyə çağırıblar.

Qeyd edək ki, komissiyanın növbəti iclasında mütəxəssislər pandemiya ilə bağlı üçaylıq vəziyyəti qiymətləndirəcəklər.

 





01.08.2020    çap et  çap et