525.Az

Prezidentin köməkçisi metronun açılması məsələsinə münasibət bildidi


 

Prezidentin köməkçisi metronun açılması məsələsinə münasibət bildidi<b style="color:red"></b>

“Həftəsonu ictimai nəqliyyatın dayandırılması və metro bir-biri ilə əlaqəlidir”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

O qeyd edib ki, bütün ölkələrdə virusun yayılmasına təsir edən bir nömrəli amil insanların hərəkətidir: “Ona görə də bir çox ölkələrdə nəqliyyatın dayandırılması təcrübəsindən istifadə edilir. Biz də buna məcburuq. Bu gün metronun açılması müzakirə olunmur. Çünki ən çox yoluxma metroda ola bilər”.

 





08.08.2020    çap et  çap et