525.Az

Erməni siyasətinin iç üzü: rəzillik və miskinlik


 

Erməni siyasətinin iç üzü: <b style="color:red">rəzillik və miskinlik </b>

Ermənilərin və onların havadarlarının Azərbaycana qarşı təcavüzkar niyyətləri, işğalçılıq planları tarix boyu dəfələrlə ən amansız formalarda özünü göstərib.

"Böyük Ermənistan" yaratmaq xülyası da bu mənfur niyyətlərin ana konsepsiyasını təşkil edib. Bu planların həyata keçirilməsi yolunda erməni işğalçıların atdıqları addımlar 1918-ci ildən etibarən daha da intensivləşib. 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasından sonra ermənilərin və onlara arxa duranların əməlləri nəticəsində azərbaycanlıların öz doğma yurdlarından didərgin salınması siyasətinin yeni mərhələsi başlanıb. Regionda işğalçılıq siyasətini həyata keçirən ermənilər zamanla tarixi saxtalaşdırmaq, təhrif etməklə, zəbt etdikləri torpaqlarımızın tarixi adlarını dəyişdirərək vandal erməni xislətini aşkar ortaya qoyublar. Bu proses 1988-1992-ci illərdə daha da kəskinləşdi, xalqımıza qarşı böyük vəhşiliklər törədildi, qəddar etnik təmizləməyə əl atıldı, azərbaycanlılar Xocalıda dəhşətli soyqırım aktının qurbanına çevrildi.  Nəticədə Dağlıq Qarabağ (Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə və Hadrut), eləcə də ona bitişik yeddi rayonun (Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan) ərazisi işğal olundu, bir milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü.

Sözügedən dövrdə dövlət mexanizminin yetərincə işləməməsi, güclü nizami ordunun olmaması ölkəmiz üçün ağır nəticələrə gətirib çıxardı. Lakin tarixin çətin sınaqlarından çıxan Azərbaycan bu gün öz müqəddəratını özü həll etmək gücündədir. Bunu bariz nümunəsi kimi 2016-cı ildə baş verən aprel döyüşlərini göstərmək kifayətdir.

Bu döyüşdəki qələbəmiz nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar və Madaqiz kəndləri istiqamətində yollar düşməndən azad olundu.

Aprel döyüşlərində məğlub olan düşmənlərimiz artıq yeni münaqişə ocağı yaratmaq istəyirlər. Belə ki, ermənilər 12 iyul 2020-ci il tarixindən etibarən Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu ərazisi boyunca təxribatlar törədərək, ağır silahlarla hücumlar edir. Lakin Azərbaycan ordusu düşmənə layiqli cavab verir. Döyüşlərdə ordumuzun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və həmçinin, düşmən hücumunun qarşısını alarkən digər hərbi qulluqçularımız da qəhrəmancasına şəhid oldular.

Tovuz hadisələri bir daha göstərdi ki, ermənilər Azərbaycana qarşı daim işğalçılıq niyyətindədir və hər vəchlə torpaqlarımızın işğalına çalışır, artan iqtisadi potensialımızı təhdid edərək strateji baxımdan əhəmiyyətli bölgələrimizi hədəfə alırlar. Lakin törətdiyi hücumların nəticəsiz qaldığını görən miskin ermənilər növbəti təxribata əl atdılar, yəni müxtəlif ölkələrdə azərbaycanlılara qarşı fitnə-fəsad törətməyə başladılar. Öz çirkin niyyətlərini daim beynəlxalq ictimaiyyətdən gizlədən ermənilər, artıq mənfur, çirkin istəklərini ört-basdır edə bilmədilər. Odur ki, dünyanın müxtəlif yerlərində azərbaycanlılara qarşı vəhşiliklər etməyi başladılar. Necə deyərlər, artıq silah gücü ilə bir şey əldə edə bilməyəcəyini görüb, öz xain niyyətlərini yeni müstəvidə, yeni formada həyata keçirməyə çalışdılar. Lakin dünya bununla onların necə barbar olduğunu bir daha anladı. Mənfur erməni faşizmi belə çirkin və nifrətəlayiq hərəkətlərlə özünün qaranlıq iç üzünü, sivil dünyaya və insanlıq adına ləkə olan murdar siyasətini, rəzillik və miskinliyini yenidən ortaya qoymaqdan başqa heç nəyə nail ola bilmədi. 

Tarixən erməni nankorluğuna və zülmünə məruz qalan xalqımız artıq güclü bir dövləti ilə təcavüzkar düşmənin qarşısında inamla dayanıb. Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında millətimiz hamılıqla sıx şəkildə, sarsılmaz əzmlə səfərbər olub. Dövlətimizin sonsuz gücünün və xalqımızın böyük ruh yüksəkliyimizin gerçək ifadəçisi olan ordumuza dəstək yürüşü də məhz bunun bariz nümunəsi idi. Bu kimi önəmli addımlar bir daha göstərir ki, xalq öz Prezidentinin, ordusunun yanındadır və onunla ürəkdən həmrəydir. Bu da ölkəmizin gələcəyini həmişə aydınladacaq, onu yeni-yeni uğurlara aparacaq, düşmənin qarşısında qüdrətli və yenilməz edəcək çox mühüm amildir! Çünki birlik məğlubedilməzlik və sarsılmazlıq simvoludur. Bizim birliyimizin ən parlaq bəhrələri iqtisadiyyatımızın daim tərəqqiyə doğru yönəlməsi, birliyimizi parçalamaq istəyənlərin önünə çıxarılan aşılmaz sədd və ən əsası isə işğal olunmuş torpaqlarımızın azadlığı, doğma Qarabağımızın səmalarında dalğalanacaq üçrəngli bayrağımız olacaq!

Gültən ABDULLAYEVA
3 saylı Bakı "ASAN Xidmət" mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin rəisi v.i.e.

 





08.09.2020    çap et  çap et