525.Az

Məhəmməd Əmin Rəsulzadənin soyağacı haqqında


 

Məhəmməd Əmin Rəsulzadənin soyağacı haqqında<b style="color:red"></b>

Bakı Avrasiya Universitetinin professoru

Tel.: +994-50-612-68-13
E-mail: adalet_tahirzade@yahoo.com
 

İlk müstəqil Azərbaycan dövlətini qurmuş Azərbaycan Milli Şurasının sədri, Azərbaycan  Cümhuriyyəti Məclisi-Məbusanında (Parlamanında) aparıcı qüvvə olan Müsavat bitərəflər fraksiyasının başçısı, Azərbaycanın istiqlal savaşını son nəfəsinədək mətinliklə aparmış böyük dövlət xadimi azman siyasətçi, görkəmli alim əvəzolunmaz jurnalist Məhəmmədəmin Rəsulzadə haqqında çoxlu əsərlər yazılsa da, təəssüf ki, onun dəqiq soyağacını yaratmağa indiyədək ciddi təşəbbüs göstərilməyib. Doğrudur, bəzi kitab məqalələrdə onun bir sıra qohumlarının adları çəkilib, ancaq Rəsulzadənin əcdadlarını müəyyənləşdirmək istiqamətində heç bir sistemli araşdırma ilə qarşılaşmırıq. Bu boşluğu doldurmaq üçün arxivlərimizdə araşdırmalar apardıq. Əldə etdiyimiz nəticələr əsasında qurduğumuz şəcərənin tamlığını iddia edə bilməsək hazırladığımız materialın doğruluğuna tam əminik.

Soyların tarixinin aydınlaşdırılmasında ən etibarlı qaynaqların başında çar hökumətinin vergi yığmaq məqsədiylə tərtib etdirdiyi əyal dəftərlərinin (rusca ona "kameralnoye opisaniye" deyilir) durduğu bütün genealoqların qəbul etdiyi gerçəklikdir. Bu üzdən biz ilk növbədə işə əyal dəftərlərini incələməkdən başladıq. Azərbaycan Respublikası Tarix Arxivində (ARTA) saxlanılan bu dəftərlərlərdən Rəsulzadənin özündən öncəki üç nəslini müəyyənləşdirə bildik.

"1832-ci ildə kollej qeydiyyatçısı Xotyanovskinin tərtib etdiyi Bakı əyalətinin əyal dəftəri"ndə Novxana kəndi ailələri siyahısında 140- sırada bu adları oxuyuruq: 

Məhəmmədtağı Kərbəlayı Əliəkbər oğlu            30 yaş  [təx. 1802]

Onun qardaşları: 1) Məhəmmədqasım               20 yaş  [təx. 1812]

2) Məhəmmədrəsul                  12 yaş  [təx. 1820]

3) Əliəkbər                               6 yaş    [təx. 1826]

Bunlar əkinçilərdir. İldə 2 manat 50 qəpik vergi ödəyirlər.

Sənəddə adı keçən Kərbəlayı Əliəkbər (bəzi qaynaqlarda "Əkbər" adlandırılıb) soyun bizə bəlli ilk kişisidir. Məhəmmədtağı, Məhəmmədqasım, Məhəmmədrəsul Əliəkbər onun oğullarıdır. 6 yaşlı Əliəkbərin, atasının adını daşımasının səbəbi, bizcə, budur ki, atası vəfat edərkən (təxminən 1819/20-ci ildə) o, ana boynunda olub, o üzdən doğulunca ona atasının adı verilib. Ancaq sonrakı əyal dəftərlərində biz bu Əliəkbərin izini itirir, yerinə Məhəmmədrəsulun oğlu Əliəkbərlə (Məhəmmədəmin Rəsulzadənin atası) qarşılaşırıq. Dəftərlərdə adı "Ağa" kimi getmiş, hətta ölümünədək sənədlərdə bu cür ikili adla xatırlanan şəxsin sağ əmisinin adını daşıması, Azərbaycan adət-ənənələrinə uyğun olaraq, mümkün deyil; deməli, Kərbəlayı Əliəkbərin oğlu Əliəkbər 6 yaşından sonra ölüb qardaşının adını yaşatmaq istəyən Məhəmmədrəsul yeni doğulmuş oğluna onun adını qoyub.

Tanış olduğumuz növbəti əyal dəftəri birincidən 31 il sonra - 1863- ildə tərtib edilib. "Bakı qəzası Maştağa nahiyəsi Novxana kəndinin əyal dəftəri" adlı bu sənəddə 1832-ci il əyal dəftərindəki 4 qardaşdan yalnız 2-sinin övladları ilə tanış oluruq. Böyük qardaş Məhəmmədtağının adı bu siyahıya düşməyib; deməli, o, 1863- ilədək yaşamayıb oğlu da olmadığına görə siyahıda xatırlanmayıb (qadınların adı müsəlman əyal dəftərlərinə salınmazdı). Kiçik qardaş Əliəkbər isə, artıq dediyimiz kimi, daha öncədən vəfat edib.

Bu əyal dəftərinin 442-ci vərəqində 39-cu (26-) yerdə qeyd olunmuş Məşədi Məhəmmədqasım Əliəkbər oğlu'nun 54 yaşı olduğu göstərilib (bu hesabla o, təxminən 1809-cu ildə doğulmuş olur). 1832-ci ildə 20 yaşı olan Məhəmmədqasımın 31 ildən sonra (1863-) 51 yaşı olmalı idi, halbuki burada 3 yaş çox göstərilib. Deməli, əyal dəftərlərindəki başqa yaşları da tam dəqiq saymaq olmaz - onlar gözəyarı müəyyənləşdirilib. 

Məşədi Məhəmmədqasımın oğul övladları bunlardır:

Məhəmmədrza                    26 yaş  [təx. 1837]

Hüseyn                            19 yaş  [təx. 1844]

Məhəmmədhəsən            13 yaş  [təx. 1850].

Təəssüf ki, bu oğulların törəmələrini əyal dəftərlərindən tapmaq mümkün deyil. Əldə başqa yazılı şifahi bəlgə bilgilər isə yoxdur.

Sözügedən əyal dəftərinin 531-ci vərəqində 307-ci (17-ci) yerdə qeyd olunmuş Hacı Molla Məhəmmədrəsul Kərbəlayı Əliəkbər oğlu'nun adı qarşısında 44 rəqəmi yazılıb. Deməli, Hacının 44 yaşı var təxminən 1819-cu ildə doğulub. Burada onun iki oğlu Ağa Əbdüləzizin adları çəkilir, Ağanın 15, Əbdüləzizin 12 yaşı olduğu göstərilib; başqa sözlə, Ağa təxminən 1848-ci, Əbdüləziz isə 1851-ci ildə dünyaya gəliblər.

Bu ailənin adı qarşısına 5 ildən sonra - 1868-ci ildə belə bir qeyd artırılıb: "Bu ailə molla təyin edildiyinə görə Xəzinə Odasının sərəncamına əsasən vergiödəyənlər təbəqəsindən çıxarılıb. № 165/1868, maddə 2".

Burada xüsusi vurğulanmalı məqam odur ki, adı çəkilən Ağa həm 3- Əliəkbər'dir - sonralar Bakı Ruhani Məclisinin üzvü olmuş, Məhəmmədəmin Rəsulzadənin atası Axund  Hacı Əliəkbər.  

Bu gün əlimizdə Axund Hacı Əliəkbərlə bağlı bir neçə bəlgə var. Bunlar həm Hacının öz tərcümeyi-halına işıq saldığına, həm Rəsulzadənin şəcərəsində yer almış insanlarla bağlı bəzi məqamlara aydınlıq gətirdiyinə görə tam mətnləri ilə oxucuları tanış etməyi faydalı sayırıq.

ARTA-dəki bir işdə 3 bəlgə saxlanılır. "Bakı şəhəri Hacı Pirverdi prixodunun mollası Hacı Molla Əliəkbər Hacı Molla Məhəmmədrəsul oğlunun ərizəsinə binaən müşarileyhi axundluq dərəcəsinə imtahan etmək barəsində" adlı bu işdəki həmin bəlgələr Hacı Əliəkbərin axund dərəcəsi almaq üçün Tiflisdə imtahan vermək istəməsiylə bağlı bir yerə toplanıb.

İlk sənəd türkcədir Hacının siyasi baxımdan etibarlılığı haqqındadır:

"Verilir bu şəhadətnamə Bakı uyezdinin (qəzasının) Novxanı qəryəsinin (kəndinin) kədxuda seliski sudyaları (kənd hakimləri)  tərəfindən ol xüsusda ki, məzbur qəryənin camaatından Bakı şəhərinin sakini Axund Hacı Molla Əliəkbər Hacı Molla Məhəmmədrəsul oğlu şəxsdir rəiyyətzadə təvəllüd tapıbdır atası Hacı Molla Məhəmmədrəsul Kərbəlayı Əliəkbər oğlu'nun mənkuheyi-şər'iyyəsi (şəriətlə nikahda olan arvadı) Xanpəri Əliqulu qızı'ndan heç vəqt podsud islist təhtinə (mühakimə istintaq altına) düşməyibdir əlavə, Hacı Molla Əliəkbər məzkur Hacı Molla Ağa adıyla daxı adlanır.

Bu şəhadətnamənin istehkamından ötrü onu məmhur edirik (möhürləyirik) tarix 25 yanvar səneyi-1892.

Kərbəlayı Niyaz vələdi-Məşədi Qoca - sudya

Hacı vələdi-Vəli - sudya

Kərbəlayı Ağaməli vələdi-Məşədi Məhəmmədəli

Kədxuda Cəfərqulu vələdi-Kərbəlayı Məhəmmədvəli

Yuxarıda adları sadalanan şəxslər savadsız olduğuna görə mən Molla İbrahim vələdi-Molla Şıxməhəmməd Bakulı onların yerinə qol çəkdim".

Sənədə Bakı qəzası Novxana kənd məhkəməsinin Bakı qəzası Novxana kəndi kəndxudasının möhürləri basılıb. Sənədə yapışdırılmış gerbli markanın altında rusca 4 fevral 1892-ci il tarixi yazılıb.

İkinci türkcə bəlgə Hacı Əliəkbərin doğum şəhadətnaməsidir:

"Verilir bu şəhadətnamə Zaqafqasın Şiəməzhəb Müsəlmanlarının İdareyi-Ruhaniyyəsindən ol xüsusda ki, Bakı quberniyasının uyezdinin Novxanı qəryəsinin sakini Hacı Molla Əliəkbər (Molla Ağa) Hacı Molla Məhəmmədrəsul oğlu təvəllüd edibdir öz sülbi atası Hacı Molla Məhəmmədrəsul Kərbəlayı Əkbər oğlu'nun şər'i mənkuhəsi Xanpəri Əliqulu qızı'ndan bu halda təxminən qırx beş sinnindədir (yaşındadır) təvəllüd etmək ili ayı günü məlum deyildir.

Filhəzə İdareyi-Ruhaniyyə bu şəhadətnaməni imza edib padşahlıq möhürüylə məmhur etdi. Yazıldı fevral ayının 3-mcü günündə 1892-mci ildə Tiflis şəhərində. Nömrə 231.

Bu şəhadətnamədən ötrü gerbovaya marka idarəyə yetişibdir.

Sədri-İdareyi-Ümurati-Ruhaniyyə, şeyxülislam (Axund Mirzə Həsən Tahirovun qolu)

Üzvhayi-İdareyi-Ruhaniyyə: Axund Mustafa Talıbzadənin qolu

Axund Hacı Məhəmmədhəsən Mövlazadənin qolu".

3- bəlgə Ruhani İdarəsinə yazılmış farsca ərizədir. Aşağıda onun ana dilimizə çevirməsini veririk:

"4 fevralə [18]92 q.                

 № 910

 

Zaqafqaziya Şiəməzhəb Ruhani İdarəsinə

Bakı şəhəri Hacı Pirverdi məscidinin mollası Axund Hacı Molla Əliəkbər Hacı Molla

Məhəmmədrəsulzadədən

ƏRİZƏ

 

Ərz edirəm ki, Ruhani İdarəsi hüzurunda duagu xahiş edirəm ki, özüm üçün axundluq ləqəbindən (dərəcəsindən) ötrü imtahan verəm. Buna görə Novxana kəndi kəndxudasının tərtib etdiyi bir nəsəbnamə tuğrasını (sənədini), Bakı qəzasının rəisinin 30 noyabrda verdiyi bəndənin xoşxasiyyət olması haqqında 5 saylı şəhadətnamə tuğrasını, təvəllüdüm haqqında Ruhani İdarəsinin fevral ayının 3- iltifat buyurduğu 231 saylı şəhadətnamə tuğrasını icazənamədən ötrü bir ədəd marka ilə birgə İdareyi-aliyyə hüzuruna təqdim edərək kəmali-ehtiramla təvəqqe edirəm ki, Ruhani İdarəsi həqiri imtahanda yoxlasın, hərgah buraxılsam Ruhani İdarəsinin hüzurunda imtahanda bacarıqlı olacağam. Umudvaram ki, duagunu məyus etməyərək attestat tuğrasını iltifat buyuracaqsınız ki, məyus məhrum olmayım.

1892-ci il fevral ayının 3-.  

Mən, Bakı şəhəri Hacı Pirverdi məscidinin mollası Axund Hacı Molla Əliəkbər Hacı Molla Məhəmmədrəsulzadə qol çəkdim."

Bu sənədin arxasındaca rusca aşağıdakı məzmunda qeyd aparılıb:

"C-b Tiflis valisinə, 5 fevral [1892-ci il], № 257.

Tiflis Valilik Şiə Məclisinə,  № 261.

4 fevral 1892-ci il. Zaqafqaziya Şiə Ruhani İdarəsi axund dərəcəsi almaq üçün imtahana buraxılmasını xahiş edən Bakı şəh. Pirverdi məscidinin mollası Hacı Molla Əliəkbər Hacı Molla Məhəmmədrəsul oğlu'nun təqdim etdiyi bu ərizəyə sənədlərə baxaraq təqdim edilmiş sənədlərin ruhani dərəcəsi almaq istəyən şəxslərin imtahan verməsi qaydası haqqındakı təlimatın 3- §-ının tələblərinə uyğunluğunu təsdiqləyərək MÜƏYYƏN ETDİ: adı çəkilən Hacı Molla Əliəkbər xahiş etdiyi imtahana buraxılsın, bundan ötrü imtahan günü Ruhani İdarəsinin iştirakı ilə bu fevral ayının 8-inə təyin edilməklə c-b Tiflis valisindən həmin günə öz nümayəndəsini göndərməsi xahiş edilsin, iştirak üçün Tiflis Valilik Şiə Məclisinin heyəti dəvət edilsin.

Sədr, Zaqafqaziya şeyxül-islamı: Axund M[irzə] H[əsən] Tahirov

Üzvlər: [Axund Yusif] Talıbzadə 

Axund Məhəmmədhəsən Mövlazadə

Katib:     (qol oxunmur)".

Hacı Əliəkbərin sonralar Bakı qəzası Ruhani İdarəsinin üzvü seçilməsi ona 1892-ci ildə axundluq attestatı verilməsini təsdiqləyir.

Bütün burayadək yazılanlardan Məhəmmədəmin Rəsulzadəyədək olan üç nəsil az-çox aydınlaşır. Bundan sonrakı nəsilləri isə Rəsulzadənin qohumlarından olan mərhum Aydın Hüseynzadənin "İstiqlal şairi Ümmügülsüm" (Bakı: "Çaşıoğlu", 2005) kitabına üstünlük verməklə bir sıra başqa qaynaqlardan dəqiqləşdirdik.

Əyal dəftərlərindən göründüyü kimi, Axund Hacı Molla Əliəkbər (Hacı Ağa) Əbdüləziz qardaş olublar.

Axund Hacı Molla Əliəkbər (1847/1848-1926) iki dəfə evlənib. İlk yoldaşı Zinyət xanım Zal qızı'ndan qızı Şəhrəbanu oğlu Məhəmmədəmin (31.1.1884, Novxana/Bakı-6.3.1955, Ankara) dünyaya gəlib. Zinyət xanım gənc yaşlarındaykən balalarını yetim qoyub. Hacının, ikinci yoldaşı Maral xanım'dan (təx. 1867-1937) övladı olmayıb, ancaq 70 yaşında dünyasını dəyişmiş bu xeyirxah insan sonralar ərinin qaynı Əbdüləzizin yiyəsiz qalmış nəvələrinə baxıb.

Şəhrəbanının ailəsi haqqında bilgimiz yoxdur. Məhəmmədəmin əmisi Kərbəlayı  Molla Əbdüləzizin qızı Ümmülbanu (?-1939) ilə ailə qurub ondan 5 övladı olub: Lətifə (1912-1943), Rəsul (1914-6.3.1938), Xalidə (1916-1943), Azər (1920-?) (bir övladları körpə ikən ölüb).

M.Rəsulzadə xaricə getdikdən sonra onun ailəsi hədsiz təqiblərə məruz qalıb. 6 noyabr 1937- yoldaşı Ümmülbanu xanım, analığı Maral xanım, qızı Xalidə oğlu Azər Qazaxıstana sürgün ediliblər. Maral xanım 1937-, Ümmülbanu xanım 1939-da sürgündə dünyalarını dəyişiblər. Xalidə xanım 1943- gizlicə Bakıya gəlib ... üç ay sonra itkin düşüb.

Lətifə xanım kökcə Lahıc kəndindən olan Damad bəydə ərdəydi. Firuzə, Eşvə (1933-1943) Sona (3 yaşında ölüb) adlı qızları olub. Bunların da başı olmazın müsibətlər çəkib. 1941-ci ildə Lətifə xanım iki qızı ilə sürgünə göndərilib 1943- 10 yaşlı qızı Eşvə ilə birgə aclıqdan soyuqdan ölüb. Onun əri Damad da 1941- həbs edilib, başına gəldiyi indiyədək bəlli deyil.

İlk oğlu Rəsul ailəsiylə birgə Qasım İsmayılov (indiki Zərgərpalan) küçəsindəki 129-cu evdə yaşayıb. O. 1926- ildə oxumağa başlayıb 1933- Bakıda 9 saylı orta məktəbi bitirib. Həmin il Maliyyə-İqtisad Texnikumuna girib oranı 1936-da bitirib. Keçmiş maliyyə komissarı (naziri) Nəsir Tağıyev həmin komissarlığın kadr bölümünün müdiri Abbas Sadıqovun tövsiyəsi ilə Biləsuvar Rayon Maliyyə Şöbəsinə yerli büdcə üzrə müfəttiş təyin edilib orada işləməyə başlayıb. 1937-nin martında onu Xızı Rayon Maliyyə Şöbəsinə eyni vəzifəyə dəyişdiriblər.  Noyabrda ailəsi sürgün edilib. 7 dekabrda onun həbs olunması üçün sənədlər hazırlanıb, ancaq nədənsə, bu həbs yalnız 15 yanvar 1938-ci ildə gerçəkləşdirilib. Tutuqlanmaya əsas: "Məhəmmədəmin Rəsulzadənin oğludur" "əksinqilabi aparıb". Cəmisi iki dəfə dindirilib. Hər şey "sübut olunub" Azərb. SSR XDİK Üçlüyünün qərarı ilə 1 mart 1838-ci il qərarı ilə 6 mart 1938- 24 yaşında güllələnib, əmlakı da müsadirə edilib, yalnız 27 oktyabr 1989-cu ildə bəraət alıb.

İstintaq sənədlərindən aydın olur ki, təqib olunan Rəsulzadələr ailəsinə Bakı şəhərində rayon milis idarəsinin rəisi Rzaqulu Əşrəfov (1934- ilədək), Məhəmmədəmin bəyin bacanağı olan yazıçı Seyid Hüseyn, həkim İsmayıl Balakişiyev daim maddi mənəvi yardım göstəriblər, həkim Balakişiyev onları həmişə pulsuz müalicə edib. Novxana kəndində isə ailəyə Hacı Baloğlan İsgəndər Hacı Nağı oğlu böyük maddi köməklik göstərib, onları unla təmin ediblər. (Əslində unla təmin etmək o illərdə ən ciddi yardım idi).

Məhəmmədəmin bəyin kişik oğlu Azər bəy rəssamdı. O, sürgün yerindən vətənə dönməyib ömrünün sonunadək Karaqandada yaşayıb. Azər bəyin cənazəsi Novxanaya gətirilərək burada babasının yanında dəfn edilib. O, Rəsulzadənin, ata yurdunda dəfn edilən yeganə varisidir.

Azər bəyin oğlu, Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının prezidenti Rəis bəy (1948)  tanınmış rəssamdır.

Məhəmmədəmin Rəsulzadənin ikinci həyat yoldaşı Leyla (Vanda) xanım'dan (?-5.1962) övladı olmayıb.

Hacı Molla Məhəmmədrəsulun oğlu, Axund Hacı Əliəkbərin qardaşı Kərbəlayı Molla Əbdüləziz (1851-1932) Ümleyla xanım'la (?-1917) ailə qurub. Üç övladları olub: Ümmülbanu (?-1939), Məhəmmədəli (1882-1982) Ümgülsüm (1900-1944).

Ümmülbanu Məhəmmədəmin Rəsulzadənin həyat yoldaşı idi.

Məhəmmədəli Raziyyə xanım'la (?-1979) evlənmişdi. Musa (?-1942), Aydın (?-1988) Gündüz adlı üç oğulları olub.

Məhəmmədəli gənc yaşlarından siyasətlə maraqlanıb. O, Məhəmmədəminin ən yaxın silahdaşlarındandı. Müsavat Partiyasının qurucularındandır. 1919-da Azərbaycan Cümhuriyyəti Parlamanına üzv seçilmişdi. O da Türkiyəyə mühacirət edib. Orada da evlənib, ancaq uşaqları olmayıb.

Məhəmmədəli Rəsulzadə mühacirətə getdikdən sonra yoldaşı Raziyə xanımı uşaqları Musa, Gündüz Aydınla birgə həbs edərək, sonra da Məhəmmədəminin ailəsinə qoşaraq Qazaxıstana sürgünə yollayıblar.

Kərbəlayı Molla Əbdüləzizin qızı Ümmügülsüm (1900-1944) məşhur yazıçı Seyid Hüseyn Sadıqzadə' (1887-6.1.1938) ərə gedib. 4 övladları olub: Oqtay (1921), Cığatay (1923-1947), Toğrul (1926-1995) Qumral (1930-2010).

Ümmügülsüm məşhur şairə idi. Azərbaycanın istiqlalı mövzusunda yazırdı. 1937- onun əri Seyid Hüseyn, 1938- isə özü həbs edilib. Seyid Hüseyn güllələnib, Ümmügülsüm isə 8 il həbs alaraq sürgünə göndərilib, uşaqları başsız qalıb. Cığatay xəstələnərək 24 yaşında ölüb. Seyid Hüseynin bacısı qızı Səyyarə xanım uşaqları öz himayəsinə götürüb onlara doğma ana kimi baxıb. Bu qayğı sayəsində Oqtay Azərbaycanın xalq rəssamı, Əməkdar incəsənət xadimi, rəssam Toğrul da Əməkdar incəsənət xadimi olub. Qumral həyatını məşhur ziyalı Əlipaşa Səbur Hüseynzadənin oğlu, alim yazıçı Aydın Hüseynzadə ilə bağlayıb.

1945- sürgündən dönən Ümmügülsümü kommunistlər Bakıda yaşamağa qoymayıblar. Şamaxıya gedib burada bir neçə ay yaşayaraq dünyadan köçüb.

Bu, Rəsulzadə soyunun indiyədək bəlli olan ən kamil tarixçəsidir.

 

30.12.2013.











 





01.02.2014    çap et  çap et