525.Az

Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti təxirə salındı


 

Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti təxirə salındı<b style="color:red"></b>

Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti təxirə salınıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər” barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2 noyabr 2020-ci il tarixinədək bütün təhsil müəssisələrində əlavə tətil günlərinin müəyyən edilməsi nəzərə alınaraq, yerdəyişmə prosesinin həyata keçirilməsi müvəqqəti təxirə salınır.

Elektron portalın açılma tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

 





19.10.2020    çap et  çap et