525.Az

Ukraynalı deputat: "Azərbaycan Ordusu torpaqlarının azadlığı üçün döyüşür"


 

Ukraynalı deputat: "Azərbaycan Ordusu torpaqlarının azadlığı üçün döyüşür"<b style="color:red"></b>

Qarabağ Azərbaycandır! Azərbaycan Ordusu öz torpaqlarının azadlığı üçün döyüşür. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri ölkəmizin Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə keçirilən dəyirmi masada çıxışı zamanı Ali Radanın deputatı Lyudmila Marçenko söyləyib. Deputat bildirib ki, hazırda Azərbaycan xalqı olduqca şərəfli tarix yazır.

“Azərbaycan bayrağı tarixi Xudafərin körpüsü üzərində dalğalanır. Bu, olduqca qürurvericidir”, - deyən Lyudmila Marçenko bildirib ki, Azərbaycan və Ukrayna dost, tərəfdaş ölkələrdir. Hər iki ölkə bir-birlərinin ərazi bütövlüyünü dəstəkləyir.

 





19.10.2020    çap et  çap et