525.Az

"Ermənistan çox yanlış yoldadır" - Prezident


 

"Ermənistan çox yanlış yoldadır" - <b style="color:red">Prezident</b>

Əgər Türkiyə açıq mövqe göstərməsəydi, bu gün başqa qüvvələr bu işlərə qarışa bilərdi.

Azərbaycan Prezidenti İlham Əliyev bunu Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

“Onsuz da Ermənistanın məqsədi bundan ibarətdir, onlar bu münaqişənin coğrafiyasını genişləndirmək istəyirlər və çox yanlış yoldadırlar. Çünki görürlər ki, bizim qarşımızda təkbaşına duruş gətirə bilmirlər. Döyüş meydanında biz onları məğlub edirik. Hər gün cəbhədən çox gözəl xəbərlər gəlir. Bu gün səhər mən yeni kəndlərin azad edilməsi haqqında məlumat vermişəm. Azərbaycan Ordusu zəfər marşındadır və qarşımızda duran bütün vəzifələr yerinə yetirilir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

 





19.10.2020    çap et  çap et