525.Az

“Ermənilər Cəbrayılın kəndlərini yenidən zəbt etməyə cəhd göstəriblər"


 

“Ermənilər Cəbrayılın kəndlərini yenidən zəbt etməyə cəhd göstəriblər"<b style="color:red"></b>

“Ermənistan silahlı qüvvələri müvəqqəti humanitar atəşkəs rejimindən sui-istifadə edib, 18 oktyabr saat 00:00-dan bir neçə dəqiqə keçmiş Cəbrayıl və Hadrut istiqamətində mövqelərimizə hücum etdilər”.

APA-nın xəbərinə görə, bunu Müdafiə Nazirliyinin (MN) Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov ADA Universitetində diplomatik korpus üçün keçirilən brifinqdə deyib.

“Ermənistan ordusu eynilə Füzuli, Ağdərə istiqamətlərində də hücuma keçdilər. Ermənilər Azərbaycan Ordusunun Cəbrayılın işğaldan azad etdiyi ərazilərini yenidən zəbt etməyə cəhd göstərdilər, lakin onlar döyüş meydanından qaçmalı oldular”, - deyə MN-in İdarə rəisi qeyd edib.

 





19.10.2020    çap et  çap et