525.Az

“Ermənistan hərbi və mülki obyektlər arasında fərq qoymur”


 

“Ermənistan hərbi və mülki obyektlər arasında fərq qoymur”<b style="color:red"></b>

“Beynəlxalq humanitar hüquq hərbi və mülki obyektlər arasında fərq qoyulmasını tələb edir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ADA Universitetində diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, lakin Ermənistan tərəfinin addımlarında bu fərq görülmür:

“Beynəlxalq humanitar hüquqa əsasən, hərbi hücumlar təkcə hərbi obyektlərə və orduya qarşı həyata keçirilə bilər. Bu qanunla bütün dinc sakinlər müdafiə olunur. O ana qədər ki, bu dinc sakinlər birbaşa döyüşlərdə iştirak edir. Bu, həmçinin, şəhərlərin, kəndlərin, evlərin və digər mülki obyektlərin bombardman edilməsi və digər vasitələrlə dağıdılmasını qadağan edir”.

 





19.10.2020    çap et  çap et